Bir payız axşamı hiss etdim ki mən,
Deyəsən sevirəm özüm bilmədən
O günün gecəsi əlimdə qələm,
Yazdım öz şeri yata bilmədən
Hələ payız axşamı qəmli, kədərli,
Genlərim düşürdü yadıma mənim
Sanki kinonun bir lenti kimi
Gəlirdi yavaşca göz qabağına
Uşaqlıq illərim,məktəb illərim,
Sevincli, kədərli, adi günlərim
Elıə bil toplandı hamısı zənbildə
Ağlamaq hissiylə gəldi qəlbimə
Bəlkə bir sevgi, bəlkə bir gecə
Yaranan hisslərin səbəbkarıdır
Bilmirəm nə olub mənə bu gecə,
Kimsə bu gecənin səbəbkarıdır
Az qalıb bir azdan günəş çıxacaq
Qəlbim bu gecəylə vidalaşacaq
Gecənin ən gözəl şirin anları,
Bir saat içində geridə qalacaq
Gözlərim yumulur,yuxumda gəlir,
Gecəni yuxuma qurban vermərəm
Sanki bütün bunlar yuxuma girib
Sənli yuxulardan oyanmaq istəmirəm
Tərk etmək istəmir gecəni qəlbim
Deyəsən gecədə qalacaq qəlbim
Yox gecə deyil, başqa bir qəlbə
Qalacaq əbədi qəlbim.
Özüm başqa dünyalarda,
Qəlbim onun qəlbində qalacaq.
Deyəsən əbədi qalacaq qəlbim.
Redakte etdi: PRETTY GİRL