Təkcə səni

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 705
Səs ver:
(səs: 0)

 

 

Təkcə səni istəyirəm,

Son bir kərə görüm deyə.
Bir saatlıq yanımda ol,
Dərd-sərimi bölüm deyə.

Biz birlikdə gəzən zaman,
tez tutardın əllərimdən.
Qəlbimdəki arzuları
Oxuyardın gözlərimdən.

 

Yağan yağış damcısınının
İslanardıq altında biz.
Qucaqlaşıb sığınardıq
Bir çətirin altında biz.

Yenə səni istəyirəm,
Hava kimi, saf su kimi.
Allahıma yalvarıram
Əlin açan yolçu kimi.

Yalvarıram, sən dönəsən.
Uçub gedən durnalartək.
Bir yetimin ilahidən
Dilədiyi arzulartək.

 

Təkcə səni istəyirəm,
Gözlərindən öpüm deyə.
Bir əlacsız xəstə kimi,
Qollarında ölüm deyə.


 

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 705
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri