Məndə Yağmalıyam

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 310
Səs ver:
(səs: 0)
Məndə Yağmalıyam
          Çətindir mənimlə birgə yaşamaq ,
Bəzən gözlərimdə dəyişir aləm .
Mənimlə ömür - gün yoldaşı olmaq
Bir az da çətindir ,
Başa düşürəm .
Nə duman çəkilir , başımdan nə çən , 
Tufanlı boranlı dağam mən , nəyəm ?!
Nə bilim ,
Dünyada mən öz əlimdən
Bəlkə də birinci şikayətçiyəm .

Məndə bir " mən " də var .... Məndən bixəbər ,
Nə eşidər məni , nə sayar məni .
Yer var ki o məni hörmətsiz eylər ,
Yer də var şöhrətə çatdırar məni .

Bir qəmi bir ürək gəzdirə bilər , 
Yüz ürək qəmi var bu bir sinəmdə .
Mən yerdən göylərə baxsam da əgər ,
Göy ürəyimdədir....
Yer ürəyimdə .

Bir insan olsaydım nə idi dərdim , 
Yaşardım hər fəsil bir paltar geyib ,
Evimdə çay içib ,
Çörək də yeyib
Bir insan qəmini çəkə bilərdim .

Sinəmdə xalqların bədbəxt taleyi , 
Bəzən bir aldanmış qadın gileyi ,
Bəzən bir torpağın batan çeşməsi ,
Bəzən bir üzsüzün üzə düşməsi ,
Könlümün yayını çəkib qırırlar ,
Səndən diqqətimi yayındırırlar .

Elə ki , tutuldum , gözlə bir qədər , 
Bir az qayğıkeş ol sən ana kimi .
Yağış yağan kimi açılır göylər ,
Mən də yağmalıyam .....
Yağana kimi .

Müəllif:Nəriman Həsənzadə

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 310
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri