Bir Qadının Taleyi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 439
Səs ver:
(səs: 2)

 

Dəniz kənarinda bir qadin durub

Qəmli gözləriylə dənizə baxir.
Kim bilir həyatdan necə yorulub?
Dərdləri gözündən dənizə axır
BİR QADIN TALEYİ
Insanlardan uzaq, qəlbi sıxılır
Ruhunu incidən axı çox olur,
Dəniz dərdlərini sanki aparır
Dalğalar getdikcə gözdən yox olur.
BİR QADIN TALEYİ
Kimsə anlamadı arzularını,
Qəlbindən keçəni duyan olmadı
Saran yox qəlbinin yaralarını
Kimsə dərdlərinə dərman olmadı
BİR QADIN TALEYİ
Düşünür ki, bir gün ölüb gedəcək,
Dalğalar ardınca izin siləcək
Qəbrinə görəsən kimlər gələcək?
İnsanlar ardından nələr deyəcək?
BİR QADIN TALEYİ
Qovuşa bilmədi sevdiyinə o,
Tənha həyatını sürdürəcəkdir
Qoxlaya bilmədi körpəsini o,
Başqa körpələri seyr edəcəkdir.
BİR QADIN TALEYİ
Sevənlər sahildə gəzib-dolaşır
Onun sevgilisi kim bilir harda?
Cavanlar uzaqdan yaman baxışır
Onun sevdiyi yox aralarında

BİR QADIN TALEYİ
Əyninə gəlinlik geyə bilmədi
Dərdini kimsəylə bölə bilmədi
Analıq hissləri qəlbində qaldı
Bütün əzablarla yalnız üzləşdi.
BİR QADIN TALEYİ
Birdən xəyallardan qadın ayıldı
Hər kəsi süzərək ətrafa baxdı
Anladı kimsəyə lazım deyilmiş
Başını qaldırıb Səmaya baxdı
BİR QADIN TALEYİ
Səmaya açaraq o qollarını
Uçub bu Dünyadan getmək istədi
Unudub Dünyanın insanlarını
Həyatı tərk edib ölmək istədi.

BİR QADIN TALEYİ
Birdən kimsə onun qolundan tutdu
Məni qoyub söylə, hara gedirsən?
Etdiyi savablar əlindən tutdu,
Özünü öldürmək-günah bilmirsən?

BİR QADIN TALEYİ
Belə getsə sonun cəhənnəm olar
Bütün əməllərin bihudə olar
Ölməyi istəsən-istəməsən də
Bir gün bütün ruhlar canından olar.
BİR QADIN TALEYİ
Hələ ki vaxtın var, yaşamalısan
Dünyada yenilik yaratmalısan
Sən hələ burada çalışmalısan
Dənizə nağıllar anlatmalısan


 

(səs: 2)
Şərhlər: 1
Baxılıb: 4 439
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri