Çiçəyin tökülən ləçəkləri (12-ci bölüm)

Müəllif: Narın Yağış
Şərhlər:
Baxılıb: 1997
Paylaş:
Səs ver:
(səs: 1)
Günlər, aylar keçmişdi. Heç nə unudulmamış, yaralar qabıq bağlamamışdı. Hər gün hər şey film kadrları kimi Çiçəyin gözünün önündən keçirdi. Çiçək həyata nifrət edirdi, yaşama səbəbi yox idi. Hətta intihara da təşəbbüs göstərmişdi. Bacarmamışdı. ALLAHa sığınıb bu fikrindən daşınmışdı.
O aylarca aynaya baxmadı. Şəkil çəkdirmədi. Baxıb da o boşluğu görməkdən qorxdu. Çiçəyin içində durmadan alovlanan bir yanğn vardı. Və bu alov yalnızca özünü yandırırdı...
Hər kəsin ona oyun oynadığını zənn edirdi. Hər kəsə, hər şeyə böyük bir yalanmış kimi baxırdı. Beynində minlərlə sual dolanırdı. Ağlını itirmişdi. Onu dəlixanaya aparmaqlarından qorxurdu. Sözün əsl mənasında dəlixanadakı dəlilərdən fərqi qalmamışdı...
Çiçək demək həyat demək idi bir vaxtlar. Artıq o həyat dolu qızdan əsər əlamət qalmamışdı. Yaşarkən ölmək. Yaşayan bir ölü olmaq. Çiçək buna ideal nümunə olmuşdu. Süleyman onun qatili idi, o da məzarsız bir ölü...
Bir Çiçəyin ləçəyindəki şeh tək onun gözlərindən yaş əksik olmurdu. Ləçəklərdən düşən şeh yanağından süzülürdü.
Gözlərindəki həyat işığı sönmüşdü. O gözləri işıldayan qızın gözlərində dərin bir boşluq görünürdü.
Gülüş dodaqlarında qurumuşdu. Qəhqəhələri ilə ətrafi aydınladan qız, səssizliyi ilə ətrafı dumanlandırırdı.
Çiçək artıq o Çiçək deyildi. Onun hər bir gözəl xasiyyəti onun bir ləçəyi idi. Çiçəyin ləçəkləri tək-tək tökülmüşdü...
-Firuzə xala: Eh, qızım, sən yenə ağlayırsan?
-Yoo, ağlamıram. Əsnədim gözüm sulandı
Çiçəyin kim bilir neçənci yalanı idi bu. Ağladığı halda "ağlamıram" deyişi. Kitab qarşısında açıq, guya kitab oxuyur. Lakin fikri yenə dalğın, ürəyi yenə sancılı. Beynində durmadan Süleymanın adı səslənirdi. O səsi susdurmağa çalışırdı. Dərindən nəfəs alıb fikrini dərsinə cəlb edirdi. Belə bir vaxtda oxumaq Çiçək üçün çox çətin idi. Olanları unudub, fikrini toplayıb dərsi qavramaqda çətinlik çəkirdi. Amma yenə də bacarırdı. Dərslərini heç vaxt axsatmırdı. Müəllimləri yenə ondan ağız dolusu danışırdılar...

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 1997
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv