Mən səni sevmirəmki?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 13 501
Səs ver:
(səs: 5)


Deyirsən al boynuna de ki, sevirəm
 səni
 Axı necə alım boynuma
 Mən səni sevmirəm ki!
 Gəl dost kimi oturaq dərdimi
 deyim sənə
 Sevmək belə olur ki, mən səni
 sevmirəm ki!
 Ağlayıram yaşımla yanağımda
olursan
 Gulurəm guluşumlə dodağımda
olursan
 Baxıram gah sağımda, gah
solumda olursan
 Sevmək beləmi olur,mən səni
 sevmirəm ki!
 Xəbərin yox hopmuşam gəzirəm
 qanındayam
 Ayrı gəzən cəsədim,ruhumla
 canındayam
 Bircə sözunə bəndəm çağırsan
 yanındayam
 Sevmək belə olur ki,mən səni
 sevmirəm ki!
 Niyəsə sevinirəm mən səni şad
 görəndə
 Amma xoşum gəlməyir adının
 yanında ad görəndə
 Qısqanclıqdan ölurəm yanında yad
 görəndə
 Sevmək beləmi olur,mən səni
 sevmirəm ki!
 Deyirsən, de ki, sevirəm səni
 Sənə sevirəm desəm itirəcəksən
 məni
 Ölüm-zülm söylədim urəyimdən
 keçəni
  Əşşi daha nə istəyirsən, mən səni
 sevmirəm ki???


(səs: 5)
Şərhlər: 2
Baxılıb: 13 501
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri