AGLA VE QELBE ISIQ SACAN SOZLER

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 11 165
Səs ver:
(səs: 3)

AGLA VE QELBE ISIQ SACAN SOZLER


Mənim ümmətim üçün arzu rəhmətdir.Əgər arzu olmasaydı,heç bir ana öz övladına süd verməzdi və heç bir bağban ağac əkməzdi..(Həzrəti Muhəmməd s.a.v)

 

Kimin ürəyi arzu və ümidlə doludursa,o,artıq gələcəkdə yaşayır..(Leopold Şefer)

 

İnsan arzularının sonu yoxdur.Ağlı başında olan insan gercəkləşməyəcək arzulara bel bağlamaz..(İohann Lavater)

 

Yoxsul da olsan, varlı da olsan, arzularına çatmaq üçün mütləq fədəkarlıq göstərməlisən..(Çarzl Marden)

 

Arzu və istəklərimiz azaldıqca sıxıntılarınız da azalacaq..(Hyu Seymur Voulpol)

 

Arzularımız bizdən əsl istədiyimiz şeyi belə gizlədir..(İohann Volfqanq Höte)

 

Bir insanın rahatlığının və rifahının pozulması üçün çox vaxt arzu dalınca qaçması kifayətdir..(Alessandro Mndzoni)

 

Arzu eləbir şeydir ki,heç doymaq bilməz.Bir çox insanların həyatı arzularını təmin etmək yollarını axtarmaqla keçir..(Aristotel)

 

Bu dünya tələdir, yemi də istəklər..(Cəlaləddin Rumi)

 

Arzular gələcək haqqında xatirələrdir..(Lev Davidoviç Landau)

 

Arzu həqiqətdən qaçmaq deyil, əksinE

 

ona yaxınlaşmaq üçün vasitədir..(Uilyam Somerset Moem)

 

Arxalarınca getməyə cəsarətiniz varsa,bütün röyalar gerçəkləşə bilər..(Volt Disney)

(səs: 3)
Şərhlər: 0
Baxılıb: 11 165
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri