Hər Şey Səndə Gizli.

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1724
Paylaş:
Səs ver:
(səs: 4)
Hər şey səndə gizlidi!
Yerin səni çəkdiyi qədər ağırsan,
Qanadlarının çırpındığı qədər yüngülsən.
Ürəyinin atdığı qədər canlısan,
Gözlərinin uzağı görə bildiyi qədər gəncsən.
Sevdiklərin qədər yaxşısan,
Nifrət etdiklərin qədər pis.
Nə rəng olursa olsun qaşın, gözün,
Qarşındakının gördüyüdür rəngin.
Yaşadıqlarını qazanc sayma,
Yaşadığın qədər yaxınsan sonuna.
Nə qədər yaşasan yaşa,
Sevdiyin qədərdi ömürün.
Gülə bildiyin qədər xoşbəxtsən!
Kədərlənmə! Bəlkə ağladığın qədər güləcəksən.
Əsla bitdi deyə düşünmə hər şeyi.
Sevdiyin qədər seviləcəksən...
Günəşin doğuşundadır, təbiətin sənə verdiyi dəyər,
Və qarşındakına dəyər verdiyin qədər insansan.
Bir gün yalan danışacaqsansa əgər,
Burax qarşındakı sənə güvəndiyi qədər insansan.
Ay işığındadır sevgiliyə duyulan həsrət,
Və sevgiliyə həsrət qaldığın qədər ona yaxınsan.
Unutma, yağışın yağdığı qədər yaşsan,
Günəşin səni isitdiyi qədər isti.
Özünü tək hiss etdiyin qədər güclü,
Özünü gözəl hiss etdiyin qədər gözəlsən.
Bax budur həyat!
Bax budur yaşamaq!
Bunu xatırladığın qədər yaşayarsan,
Və qarşındakını unutduğun qədər tez unudularsan.
Çiçək sulandığı qədər gözəl,
Quşlar cəh-cəh vura bildiyi qədər sevimli.
Və hər şeyi öyrəndiyin qədər bilərsən.
Bunu da öyrən " Sevdiyin qədər sevilərsən"..

Müəllif:Can Yücəl.





loading...
(səs: 4)
Şərhlər:
Baxılıb: 1724
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv