Ağlayanda-Atasızlığını.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 158
Səs ver:
(səs: 4)
Avqustun biri göz açdı dünyaya biri.
Ətrafa baxdı,sonra nəfəs alıb ağladı.
Basdı bağrına valideyni onu,
Gülümsəyərək ətrafa saçdı nuru.
Başladı qızcığazın gözəl günləri,
Ana-ata qucağında Şirin,qayğılı günləri.
Hər istədiyi yerinə yetirilirdi,
Çünki o varlı ailənin qızı idi.
Yaltaqlanırdı hamı ona,
Görmək istəyirdi evlərində onu gəlin,hər ana.

Keçdi zaman,qız bilmədi ki,bir gün,
Qarşı gələcək o da,həsrətli anlara...

Gəldi qara xəbər ...
Çünki rəhmətə getmişdi qızcığazın atası hədər...
BaŞladı qara günlər
Cəmi 4 il çəkdi bu xoşbəxtlik,
Amma qızın xəbəri yox idi 
Bundan sonra baŞlayacaq bədbəxtçilik
12 il keçdi hadisənin üzərindən
Hələ yarasına tapa bilmədi o məlhəm.
Olanları yuxu kimi xatırlayırdı,
Ona atasını baş daşındakı rəsm tanıtdırırdı
Hər il ziyarətə gedirdi atasını,
Baş daşına iz salırdı axıdaraq göz yaşını.
Hələ dərk etmirdi o həyatı,
Hələ çatmırdı ona insan mənəviyyatı...
Ta ki bu sözləri eşidənədək
”Sən artıq atasız qızsan!!!”
Deyilirdi bu sözlər çox vaxt ona
Bu cümlə salırdı qızın qəlbində dərin yara ...
Artıq dərk etməyə başlamışdı həyatın acısını,
Sinə gəzirdi hönkürərək axıtmaq üçün göz yaşını...
Dondu qız o an,
Düşdü gözlərindən damlalarla qan
Duruxub ətrafa saldı nəzər.
Gördü alçaldıcı baxışlar,eşitdi acı sözlər,
Çünki o artıq varlı ailənin qızı deyildi,
Qürurla gəzmək üçün başı uca deyildi.
Hörmət qoyulmurdu ona əvvəlki tək.
Baxılırdı ona yetim,aciz bir qız tək.

Boğulurdu sonsuz arzular içində,
Xəyallar qururdu gələcəyə aid öz içində...
Amma sonra ayılırdı ,
Deyilən sözləri xatırlayırdı
Çünki o artıq varlı ailənin qızı deyildi,
Qürurla gəzmək üçün başı uca deyildi.
Getmək istəmirdi heç bir yana,
Çünki yanaşılırdı ona biganə.
Başa düşmək istəmirdi onu heç kəs 
Etdiyi hər hərəkətdə görürdülər səhv .
Qız qəbul etmək istəmirdi olanları,
Canını qurtarmaq üçün düşünürdü intiharı,
Güc toplayıb o alırdı əlinə ülgücü,
Damarlarını kəsməyə çatırdı ancaq gücü...
Çəkilirdi kənara,qapanırdı otağa
Əsirdi əlləri,döyünürdü ürəyi,
Gülürdü üzü,amma yenə ağlayırdı gözləri...
Ülgüc damara yaxınlaşırdı, 
Bu hərəkət artıq onu aşırdı.
Yenə durub fikirləŞirdi,
Anasını göz önündən keçirirdi.
Bacarmırdı,hayfını qollarından alırdı,
Kəsirdi,doğrayırdı,amma damara dəymirdi,
Anasını öldürər bu hərəkətilə,bilirdi...
Artıq hər hərəkətində nələrisə düşünməliydi...
Düşünəcəkləri isə...

Ölümündə-Anasını.
Geyimində-Namusunu.
Güləndə-Atasını.
Ağlayanda-Atasızlığını.
(səs: 4)
Şərhlər: 2
Baxılıb: 5 158
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri