Məni görməmisən

Müəllif: sirin_kiz
Şərhlər: 1
Baxılıb: 3 825
Səs ver:
(səs: 1)

 

Bəzən büdrəmişəm, düzü yanında,
Sevgidən salmışam sözü yanında.
Min dəfə keçmişəm azı yanınnan,
Məni görməmisən, görməmisən sən.

Gözlərim həsrətlə dolub qalmışam,
Yolunda gül kimi solub qalmışam,
Üz-üzə gələndə donub qalmışam,
Məni görməmisən, görməmisən sən.

İzini ömrümə düzüb keçmisən,
Keçdiyin yollardan bezib keçmisən.
Yanımnan qanqalı üzüb keçmisən,
Məni görməmisən, görməmisən sən

Mənəmi veribsən sənsiz küçəni?
Alıb aparıbsan sirli gecəmi.
Yalançı yuxular aldadıb səni,
Məni görməmisən, görməmisən sən.

Yaxşı istəyibsən, yaman tapmısan,
Günəş axtarıbsan, duman tapmısan,
Həqiqət gəzibsən, yalan tapmısan,
Məni görməmisən, görməmisən sən.

Dönüb boylanıbsan ötərgi səs,
Mənəm sənin üçün yarpağtək əsən,
Xətrinə dəyməsin, korsan ya nəsən?
Məni görməmisən, görməmisən sən.

Payız demirəm ki, ömrün yaz olsun,
Yüz il də,min il də sənə az olsun,
Ölsən, başdaşına bu söz yazılsın,
"Məni görməmisən, görməmisən sən!"


 
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 825
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri