Ayrılırıq biz indi, son görüşdü

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 567
Səs ver:
(səs: 1)

                              

Ayrılırıq biz indi, son görüşdü,

 

Bu gün əllərindən üzülür əlim,

 

Səbəb isə, həm heç yoxdu, həm də çox,

 

Əsl səbəb?-Həyatdıda, nə bilim?

 

 

Gəl son dəfə biz qol-qola dolaşaq,

 

Bir də keçək gəzdiyimiz yerləri,

 

Səssiz-səssiz sahilə də yanaşaq,

 

Gəl bir daha seyr eləyək Xəzəri.

 

 

Bu fəvvarə yadına düşür görəsən?

 

Eh, burada oturduğumuz səki,

 

Əzab çəkmə, bu qədər dərd eyləmə,

 

Tək ayrılan biz deyilik.. Səndəki.

 


 

Bax orada aşiqlərin bağı var,

 

Sevgililər ağaca ad yazarmış,

 

Bu ağacın kölgəsində dayanıb,

 

Kötüyünə baş hərflər cızarmış..

 

 

Hər bir sevən ürəyini açarmış,

 

Qol budağı min sirr ilə doludu,

 

Vüsal yatır,həsrət yatır kökündə,

 

Ağac deyil,bu ki eşqin yoludu.

 

 

Sevgisini sirr saxlayan hər aşiq,

 

Bu ağacla dillənərmiş,dinərmiş.

 

Kötüyünə yazılan eşq sözləri,

 

Dildən-dilə bir nağıla dönərmiş.

 

 

Yaşanmamış nakam neçə məhəbbət,

 

Əfsanətək danışılar,dinlənər,

 

Sevgililər bir-birini ananda,

 

Bu ağacın budaqları yellənər.

 

 

 

Eh, görürsən, bütün eşqər nağıldı,

 

Elə bizim nakam olan sevgi tək,

 

Maraqlıydı, şirin idi, amma ki,

 

Hər nağılın bir sonu olsun gərək.

 

 

Ayrılırıq,biz indi son görüşdü,

 

Bu sevgiyə daha ümid yeri yox,

 

Heç olmasa gəl ad yazaq ağaca,

 

Görən deyər "biri vardı,biri yox"

.................

 

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 567
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri