Sevmirəm (5-ci bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 10 792
Səs ver:
(səs: 6)
İlk gecə... Qadın olmağın ilk gecəsi. Qorxu, həyəcan, sevinc və əlbətdəki maraq. Hər bir qızın həyatının ən unudulmaz günü. Hələ bir də sevdiyinin olursansa...toxunulmazlığını, paklığını, bədənini sevdiyinə təslim edirsənsə o gecə həyatının ən sehirli gecəsi olur.
Bu gecə də Yasəmənin sehirli gecəsi olmalı idi. Xəyal etməyə belə cəsarət etmədiyi an yaxınlaşırdı. Həyəcandan, qorxudan və sevincdən tir-tir əsirdi. Bəyaz yatağında qırmızı gecəliyinin içində Aydını gözləyirdi. Ürəyinin döyüntüsünün səsindən qulaqları batacaqdı sanki. Amma nə qədər həyacanlı olsada, qəlbində başqa bir qorxuda var idi, adını qoya bilmədiyi, səbəbini anlamadığı qorxu. O qədər gərgin idiki açılan qapının səsindən qorxub diksindi. İçəri girənin kim olduğunu bilsə də başını çevirib qapıya baxdı. Aydın qapıya söykənib qəribə baxışlarla Yasəməni süzürdü. Bu baxışlardan qorxan Yasəmən üstündəki yorğanı daha da yuxarı çəkdi. Aydın Yasəmənin bu ürkəkliyindən zövq alırmış kimi onu baxışlarıyla qorxutmağa davam edirdi.
Əslində həqiqətəndə zövq alırdı Aydın Yasəmənin ondan qorxmasından. Qapıya söykənmiş halda, qollarını sinəsində çarpazlayıb böyük bir zövqlə qorxudan və həyəcandan titrəyən Yasəməni izləyirdi. Daha çox onu izləmək istəsə də, Yasəmənin o saf halının sehrinə qapılmağa başladığını hiss edib asta addımlarla yatağa yaxınlaşdı. Hər atdığı addımının Yasəməni daha çox qorxutduğunu görüb düşündü: " Görəsən mənim hər sözümə cavabı olan, durmadan məni alçatmağa çalışan cəsur qıza nə oldu Yasəmən xanım? Amma etiraf etməliyəm, bu titrək halın məni cəsurluğundan daha çox cəlb edir. Bu gecə unudulmaz olacaq". Üzündə yaranan gülümsəməylə yatağın kənarında oturdu. Yorğanı özünə sıxıb yatağa qısılan Yasəmənin əlindən tutub yavaşca özünə doğru çəkdi. Tutduğu ələ zərif bir öpüş qondurub, öz ehtiraslı nəzərlərini Yasəmənin dodaqlarında, boynunda, sinəsində gəzdirdi...
Yasəmən Aydının isti nəfəsini boynunda hiss etdikcə indiyə kimi tanış olmadığı hisslər yaşayırdı. Özünü toplamağa çalışsada qorxu qarışıq həyəcandan hələ də titrəyirdi. Aydın ani hərəkətlə Yasəməni özünə sıxıb qulağına pıçıldadı:
-Qorxma...toxunmayacam sənə. Sənə əsla toxunmayacam, taki bunun üçün mənə yalvaranacan...
Aydının qollarında olmaqdan aldığı həzzdən gözlərini yummuş Yasəmən, eşitdiyi " sözlərdən yaranan şokla gözlərini geniş açdı. Aydının intiqamı həqiqətən çox ağır olmuşdu. Zifaf gecəsi bir qızı rədd etməkdən daha ağır nə ola bilərdiki? Hələ üstəlik bir sədəqə kimi "yalvardıqdan" sonra toxunacaqmış... Yasəmən sadəcə donub qalmışdı. Bu evliliyin Aydının intiqam planının bir hissəsi olduğunu bilsədə, belə bir şeyi heç gözləmirdi. Nə tərpənə, nə də söz deyə bilmirdi. Amma beynində durmadan bir cümlə səslənirdi: "əzilmə Yasəmən, onun qalib gəlməsinə icazə vermə. Bu oyun hələ bitməyib!" bu düşüncələrlə Aydını özündən azca kənara itələyib məsum nəzərlərlə ona baxıb soruşdu:
-Əminsən?
Aydın qalib gəlmiş kimi kinayəylə gülümsəyib dedi:
-Əminəm...
Birdən Yasəmən böyük bir sevinclə əl çalıb, "oley" deyə qışqırdı. Aydının təəccübdən geniş açılmış gözlərinə baxıb şən şəkildə dedi:
-Çox...çox sağ ol Aydın. Bu səndən aldığım ikinci hədiyyədi. Nəysə, yəqin sən ayrı otaqda yatacaqsan hə? Onda indi get, mənim çox yuxum gəlir. Gecən xeyrə saxta həyat yoldaşım-bütün bunları birnəfəsə dedikdən sonra, həqiqətən yatırmış kimi uzanıb gözlərini yumdu.
Aydınsa hələ də eşitdiklərinə inana bilmirdi. Ayağa qalxıb bilincsizcə otaqdan çıxdı. Yasəmənin otağının qarşısındaki otağın qapısının ağzında dayandı. Yumruğunu sıxıb "səfeh qız!" deyə pıçıldadı. Əslində bu olanlar Aydının planına heç uymurdu. O eşitdiyi sözlərdən sonra Yasəmənin ağlayacağını, o da Yasəmənin göz yaşlarına dözməyib "təsəlli üçün" onu öpüb-oxşayacağını, davamınında gələcəyini düşünmüşdü. Amma Yasəmən hər zamankı kimi Aydının planların alt-üst etmişdi. Bu gecə sınan Yasəmən olmalı idi, amma yenə sınan Aydın olmuşdu. "O qız bunu necə edir axı? Nə vaxt onu incitməyə çalışsam incinən mən oluram. İndi mən otaqda onunla olmalı idim, amma axmaq kimi başqa otağın qarşısında dayanmışam. Dəli şeytan deyir dediyin sözləri ud, qayıt otağa görüm onda necə qurtulacaq əlimdən...amma yox, qalib gələn mən olacam. Of Yasəmən, of. Əmin ol bunların əvəzini bir gün səndən çıxacam!"- bu kimi düşüncələrlə Aydın qapını açıb öz otağına keçdi. O qədər əsəbi idiki örtüyü qapını dayanmadan yumruqlayırdı.
Yasəmən Aydın otaqdan çıxan kimi səssizcə ağlamağa başladı. Arada da "gic, axmaq, səfeh, deli..." kimi uşaqcasına sözler pıçıldayırdı.
Hər ikisidə bir-birinə çox qəzəblənmişdilər. Bir-birlərinin planlarını pozmuşdular. Əslində ikisinində niyyəti eyni idi, amma inadkarlıqları sayəsində ayrı otaqlarda əsəbdən partlayırdılar. Nə Yasəmən, nə də Aydın bu gecə tək yatmaq istəmirdi. Nə məqsədlə olursa olsun ikisidə özünü həqiqətən evli hiss edirdi. Lakin bu onların tək yatacaqları son gecə deyildi...
Səhər Yasəmən əl-üzünü yuyub çay qoymaq üçün mətbəxə getdi. Gördüyü mənzərə qarşısında gülsünmü, ağlasınmı bilmədi. Yerdə sınmış yumurtalar, stolun üstünə sanki səpilmiş göyərti, ora-bura dağılmış un və bütün bunların səbəbkarı üst-başı bərbad vəziyyətdə qaz plitəsində nəsə bişirməyə çalışırdı. Yasəmən Aydının bu halına səssizcə gülüb, soruşdu:
-Aydın neynirsən?
Aydın arxaya çevrilib ona gülümsəyərək baxan Yasəməni görüb gülümsədi.
-Görmürsən? Omlet bişirirəm.
-Aaa doğurdan? Bu mənzərəni görəndə soyuducudaki hər şeyin sənə hücum etdiyini və sənin özünü cəsurca müdafiə etdiyini düşünmüşdüm.
-Ha ha ha, çox gülməlidi-deyib hələ də qapının ağzında duran Yasəmənə yaxınlaşdı Aydın.
-Bax belə lağ etdiyinə görə yalvarsan da sənə omletimdən verən deyiləm.
Yasəmən Aydının köynəyindəki yağ, yumurta ləkələrinə baxıb gülümsədi.
-Əzizim onsuzda omletin ikimizə də çatacağını düşünmürəm. Çünki bir hissəsi yerdədi, birazı köynəyindədi və qalanın tavada olmasına sadəcə ümid edirəm.
Aydın mətbəxə, paltarına bir nəzər salıb günahkar uşaqlar kimi çiynini çəkib gülümsədi:
-Hmm... Yaxşı boynuma alıram ki, o qədər də səliqəli iş görmürəm. Amma əminəmki dadı çox gözəl olacaq. Həm 100% sən heç yumurta sındıra bilmirsən, amma mənə lağ edirsən.
Yasəmən tam ciddi üz ifadəsiylə:
-Bax bunu düz dedin Aydın. Bu yaşıma kimi neçə dəfə cəhd etsəmdə yumurta sındıra bilməmişəm. Amma sən bu işi çox yaxşı bacarırsan- deyib əliylə yerdəki sınmış yumurtaları göstərib gülümsəyərək davam etdi:
-Bəlkə sənin metodunla yoxlayım? Hə, demək yumurtanı böyük ehtiyyatla atırsan yerə, bəs sonra?
-Bax sonrası qarışıqdı Yasəmən, yəqin sən bacarmayasan. Sonra gedib az danışıb, çox işləyən arvad alırsan, o da yerləri təmizləyib günortaya kimi yatmaq əvəzinə tezdən durub ərinə yemək bişirir.
-Hmm. Doğurdan da qəliz məsələdi. Amma bunu heç səndə bacarmamısan axı.
Bu söhbətə ikisidə güldükdən sonra bir müddət tərpənmədən bir-birlərinə baxdılar. Aydın səhər daha gözəl görünən arvadına baxıb düşünürdü: "Şirin qızdı. Əsəbləşəndə daha şirin olur. Of, istədiyi hər qızı əldə edən mən-Aydın indi öz halal arvadıma uzaqdan baxa bilirəm ancaq. Gərək o sözləri deməyəydim axşam. İndi dediyim sözdən necə dönüm? Ey mən axı toxunmayacam demişdim, öpməyəcəm deməmişəm ki?". Ağlına gəlmiş bu fikirlə gülümsəyib Yasəməni öpmək üçün əyildi...
Yasəmən ona çox yaxınlaşmış Aydının məqsədini anlayıb gülümsəyərək düşündü: "pah, o qədər də asand deyil Aydın bəy. Dünən gecə dediyiniz sözləri unutmamışam"
-Aydın sənə bir söz dəməliyəm.
-Sonra deyərsən gözəlim.
-Yox, indi deməliyəm.
-Of! De Yasəmən.
-Yeməyin yanır.
Aydın bunun sadəcə Yasəmənin ondan qaçmaq üçün bahanəsi olduğunu düşünsədə hiss etdiyi yanıq iyindən şüphələnib arxaya döndükdə həqiqətən tavadan qara dumanlar çıxdığını gördü.
Bir saat ərzində yeni evlilər gülərək, atmaca ataraq mətbəxi yığışdırmaqla məşğul oldular. Aydın işə gecikdiyi üçün tələsik hazırlaşıb evdən çıxmağa hazırlaşırdıki Yasəmənin qapının ağzında onu yola salmaq üçün gözlədiyini gördü.
-Xeyirli işlər.
Aydın əyilib Yasəmənin yanağından öpüb, "sağ ol" deyə pıçıldadı.
-Aydın bizim axrımız necə olacaq?
-Bilmirəm. Amma əminəmki çox maraqlı olacaq gözəlim...

Müəllif: Cəmilə Məmmədli
(səs: 6)
Şərhlər: 7
Baxılıb: 10 792
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri