Sevmirəm (7-ci bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 10 721
Səs ver:
(səs: 5)
Kim idi bu Leyla?
Hər şey Əlizadə ailəsinin 8 il boyunca övladlarının olmamasıyla başladı. Artıq ümidlərini itirən ailə uzaq qohumlarından Zahid bəyin 2 yaşlı qızını övladlıq götürmək istədi. 8 uşaq atası olan Zahid bəy axrıncı qızını imkanlı ailəyə sevinə-sevinə verdi. Əlizadə ailəsi bütün sevgilərini kiçik qıza-Leylaya verdi. Lakin 2 il sonra möcüzə uşaq Yasəmən dünyaya gəldi və təbii ki, evin yeni və əbədi şəhzadəsi o oldu. Leylanın elə o vaxtdan qəlbində kin yarandı Yasəmənə qarşı. Böyüdükcə Yasəmənin əlilliyini anlayıb bundan istifadə edirdi. Əlinə keçən hər fürsətdə əliliyini üzünə vurub, özünün ondan üstün olduğunu Yasəmənə qəbul etdirməyə çalışır. Yasəmən uşaqkən bunu etmək asan idi, lakin böyüdükcə gözəlləşən və müsbət keyfiyyətləri ortaya çıxan Yasəmən çoxlarının diqqətini çəkirdi. Sırf Yasəməni əzmək üçün heç sevmədiyi Aydını belə əldə etmişdi. Amma Yasəmənin 17-ci ad günündə Leylanın bütün planları məhv olmuşdu... Restoranda böyük məclis qurulmuşdu. Hər zamankı kimi Leyla bütün nəzərləri özünə çəkmək üçün olduqca qısa və sinə dekoltəli qara donunu geyinib, çox ağır makiaj etmişdi. Restoranın qapısının ağzında həyəcanla Eldarı gözləyirdi. Heç sevmədiyi Nilufərdən dəfələrlə xahiş etmişdi qrup yoldaşı Eldarı gətirsin deyə. Aydınla sevgili olmasına baxmayaraq 2 il idiki Eldarı sevirdi. Sonunda uzaqdan yanında Nilufərlə gələn Eldar göründü. Leyla özündən əmin addımlarla Eldara yaxınlaşıb əlindən tutub heç nə dəmədən çəkib restoranın arxasındaki oturacaqlara tərəf apardı. Birdən dayanıb Eldarın gözlərinə baxaraq sözə başladı:
-Eldar sənə bir söz deməliyəm...
-Nə söz Leyla? Of, tez de xahiş edirəm.
Leyla qollarını Eldarın boynuna dolayıb:
-Mən səni sevirəm-deyib Eldarı öpmək üçün başını uzatdı.
-Eldar Leylanın qollarını boynundan çəkib yüngülcə itələdi:
-Leyla sən nə danışdığını bilirsən?! Sənin sevgilin yoxdu?
-Mən...mən ayrılacam ondan. Onu sevmirəm, səni sevirəm.
-Leyla mənə sevgilisinə xəyanət edən qız lazım deyil. Həm mən başqasını sevirəm...
-Leyla qəzəblə qışqıraraq soruşdu:
-Kimi?! De görüm kimdi o!
-Yasəmən... Mən Yasəməni sevirəm.
-Nə?! O şikəsti? O...o qız sənə nə verə bilər axı?
Eldar Leylaya qəzəblə baxıb heç nə demədən arxasını dönüb getdi.
Leyla anlamırdı. Yenə Yasəmən qalib gəlmişdi. Hər şeyi əlindən aldığı kimi, sevgisini də əlindən almışdı. Anlamırdı, yəni Yasəmənin əlil olduğunu görən tək o idi? Ağıllı Yasəmən, gözəl Yasəmən, sakit Yasəmən...Yasəmən...Yasəmən! Bezmişdi artıq, hər kəsin Yasəməni sevməsindən hər kəsin ondan danışmasından bezmişdi. Niyə heç kəs anlamırdı? O həyatı boyu heç kim olacaqdı, olmalı idi! Amma o şikəst hər kəsin sevimlisi olmuşdu. Əlizadələrin qızı o olmalı idi, Eldar onu sevməli idi, Yasəmənin olan hər şey onun olmalı idi. Amma olmadı... Leyla qəzəblə restorana tərəf getdi, heç kəsə baxmadan birbaşa nəsə oxuyan müğənniyə yaxınlaşıb mikrofonu demək olarki zorla əlindən aldı. "səni məhv edəcəm Yasəmən"-deyə pıçıldayıb mikrofonu yuxarı qaldırıb danışmağa başladı:
-Salam əziz qonaqlar. Siz bura bacılığım Yasəmənin ad gününə yığışmısız. O mehriban, o gözəl, o səmimi Yasəmənin! Məndə onu təbrik edirəm, amma özümə məxsus şəkildə. Hə 17 il bundan əvvəl bu ifritə dünyaya gəldi. O gələnə kimi mən Əlizadə ailəsinin şəhzadəsi...yox kraliçası idim. Sonra ALLAHın özü belə Yasəməni cəzalandırıb əlil olaraq dünyaya gətirdiyini öyrəndik. Amma Əlizadə ailəsi Azərbaycandaki 100lərlə ailə kimi o şikəsti uşaq evinə atmaq əvəzinə kraliça kimi böyütdülər. Mənim olmalı olan hər şeyi ona verdilər. O da özünü insan zənn etdi. Hələ birdə sevməyə cəsarət etdi. Özdə bilirsiz kimi? O axmaq...-qəh-qəhələrlə gülməyə başladı- axmaq qız A... Sözünü bitirə bilmədi. Son anda Nilufər ağzından tutub danışmağa qoymazkən, Gülnar da mikrofonu dartıb əlindən aldı.
Artıq Leylanın əsl üzünü görmüş Əlizadə ailəsi onu Yasəməndən uzaq tutmaq üçün Rusiyada yataqxanalı kollecə oxumağa göndərdilər. 3 gün əvvəl Yasəmənin Aydınla evləndiyini öyrənən Leyla geri qayıtmışdı. Yasəmənin həyatını məhv etmək üçün geri qayıtmışdı... İndi Aydını ehtirasla öpən Leyla-həmin Leyla idi.
Aydın qapıda köhnə sevgilisi Leylanı görəndə çox təəccüblənmişdi. Leylanın gözlənilmədən onu öpməsinə köhnə vərdişlə qarşılıq vermək istədi. Amma ağlına gələn bir söz onu dayandırdı-"Yasəmən!". Qollarını boynuna bərk-bərk dolayıb dodaqlarına yapışan Leylanı güclə özündən ayırıb yüngülcə itələdi. Leyla sanki biraz əvvəl rədd edilən o deyilmiş kimi sevinclə danışmağa başladı:
-Sevgilim bilirsən səndən ötrü nə qədər darıxmışam? Axırda dözmədim həsrətinə gəldim.
-Leyla nə sevgili? Eşitməmisən mən...
-Oy canım, eşitmək demişkən bura gələndə eşitdim ki, güya sən o Yasəmənlə evlənmisən. Gülməlidi hə?
Leyla bütün bunları az qala qışqıra-qışqıra deyib Yasəmənin eşitməsinə ümid edirdi. Birdən gözünə mətbəx qapısının ağzında dayanan Yasəmən sataşdı. Süni qəh-qəhələrlə gülərək dedi:
-Nə?! Yasəmənin burda nə işi var? Aydın məhləmizdə bircə o qalmışdı bu evə gətirmədiyin. Sonunda onu da gətirdin?
Aydın qəzəblə yumruğunu sıxıb:
-Ağzının danışığını bil! O mənim arvadımdı.
Leyla kinayəli şəkildə gülümsəyib:
-Doğurdan? Mənə maraqlıdı görəsən o kalyaskasında sənə necə qadınlıq edir-deyib əliylə Yasəməni göstərdi.
Ortalığa cansıxıcı sükut çökmüşdü. Heç kəs bu sükutu pozmağa cəsarət etmirdi, əslində heç kəsin sözü yox idi danışmağa. Bu an hər şey Aydının verəcəyi cavabdan aslı idi, amma Aydın inadına susurdu. O sustuqca Yasəmənin içində "xoşbəxt ailə" olma ümidi ölürdü.
Leyla qalib gəlmiş kimi gülümsəyib:
-Bilirdim-deyib gəldiyi kimi də hələ də açıq qapıdan çıxıb getdi.
Aydın günahkar kimi başını aşağı salıb dayanmışdı. Əslində özüdə bilirdi günahkar olduğunu. Nəsə deməli idi, çox yox..15 dəqiqə əvvəl dediklərinin arxasında durmalı idi. Amma bacarmamışdı.
-Mən...mən işə getməliyəm- deyib pencəyini asılqandan götürüb oda çıxdı evdən.
Yasəmən örtülən qapının səsinə diksinsədə eyni gündə yaşadığı sevinc və kədərin yaratdığı şokla gözünü belə qırpmadan olduğu yerdə qalmışdı. Eyni vəziyyətdə çoxmu qaldığını bilmirdi, sadəcə çalan qapı zənginə ayılıb bilincsizcə yaxınlaşıb qapını açdı. Onu qucaqlayıb bərk-bərk öpənin kim olduğunu anladığı an:
-Nilufər...- deyib hönkürərək ağlamağa başladı.
Bir saat sonra:
Yasəmən 10 illik rəfiqəsiylə yatağında oturub göz yaşları içərisində hər şeyi danışdı:
-Nunu nə yaxşı ki, gəldin. Gülü də rayona gedib, mən tək neynəyəcəkdim sən də olmasaydın?
-Eh Jasmin mənim 6cı hissim mənə dediki refiqəm çətin vəziyyətdədi, mən də Türkiyədən gəldim.
-Doğurdan?
-Yox, Aydınla evləndiyini eşitdim və deyəsən tək eşidən mən deyilmişəm. 100% əminəm ki, o ifritə sizin aranızı vurmaq üçün qayıdıb. Gərək Gülüylə ikimiz elə o ad günündə onu boğub ataydıq Xəzərə.
-Nunu o yenə qalib gələcək və bu gün Aydın bunu isbat etdi. Onun bir öpüşüylə dediyi hər şeyi unutdu- deyib kədərlə başını aşağı saldı Yasəmən. Nilufər əliylə Yasəmənin başını qaldırıb, gözlərinin içinə baxaraq dedi:
-Yox! Yasəmən Aydın sənin ərindi. Əgər onu sevsəydi Leylanın əri olardı. Mənim rəfiqəm elə bir qıza əsla uduza bilməz! Sənin olan uğrunda mübarizə apar. O qıza həddini bildir.
Yasəmən gülümsəyib soruşdu:
-Necə?
-Hələ bilmirəm, amma fikirləşərik. Bu gənc yaşda dul qalmaq istəmirsənsə o qıza qalib gəlməlisən.
Yasəmən təəccüblə:
-Dul niyə?- soruşub Nilufərə baxdı.
-Çünki o axmaq səni buraxıb o Leylanı tutsa, məndən onun boğazından tutub canı çıxana qədər buraxmaram, sən də dul qalarsan.
İkisidə gülməyə başladılar. Yasəmən özündən əmin bir şəkildə dedi:
-Onda mübarizəyə başlayaq! Bu oyun hələ bitməyib...

Müəllif: Cəmilə Məmmədli
(səs: 5)
Şərhlər: 5
Baxılıb: 10 721
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri