Gec qalma! O gün bu gündür ...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 782
Səs ver:
(səs: 2)
Salam Gülən gözlü dostum,

Nə gözəldir dünyaya Gülən gözlərlə baxa bilmək və insanlara
təbəssümlər saça bilmək sənin kimi.
Bilirəm,məyus olursan sönük gözlərlə qarşılaşınca.
Nə edək dostum,hər kəs sənin kimi ola bilməz
Duya bilirəm "Xeyr olmalıdır" dediyini.
Haqlısan dostum, əslində bütün insanlar sənin kimi olmalıdır.
Bilsələr bir təbəssümlə nə edə biləcəklərini,
Bir uşağın gözlərindəki istiliyi bir təbəssümdə necə görə biləcəklərini,
Ümidsizliklə dolu bir insana necə dünyaları verəcəklərini bilsələr
və gülən gözlərin buzları necə əritdiyini, ürəkləri necə birləşdirdiyini bilsələr,
onlarda sənin kimi olmaq istərdi əminəm ...

Və sevgi saçırsan gülən gözlərinlə dostum.
Saf və heç bir gözləntisi olmayan bir uşaq kimi.
Xeyr dostum, "SEVGİ" yalnız sevgiliyə duyulmaz.
Sevgi hamı üçün eyni olmalıdır .. Heç kəs qızıl yığırmış kimi kasasına
kilidləyə bilməz onu. Onun yeri ürəkdədir.
Bir ananın qəlbindədir onun yeri, övladına verə bilmək üçün
Onun yeri bir bağbanın əlləridir, sevgi toxumlari səpə bilmək üçün.

Bəli ...
Sevgi hər yerdədir .. Yetər ki, sən onu tapmaq istə.
Sevgini tapmaq asan ...
Çətin olan onu əlində tuta bilməkdə. Unutma dostum,
sevgini duya bilməklədə iş bitmir ...
Sevgini göstərməkdə lazımdır. Hayat qısadır dostum, bu gün olan sabah yoxdur.
Sevgini göstərmək gözləməklə olmaz, sabah çox gec ola bilər. Əlindəkini itirmədən qiymətini bilməlisən. Bilirəm dostum,

mənə haqq verirsən. İndi sevdiyinin yanina qaç ..


Sonra, ona Gülən gözlərlə gülümsə
"Səni sevirəm" de içindən gələn ən isti səsinlə.
Xeyr bunlar gülməli şeylər deyil dostum ..
Səni sevirəm ana, ata, bacı, qardaşım, dostum və.s demək gülməli deyil.
Bu sənin kimi bütün canlıara qarşı sonsuz bir sevgi duyan bir insan üçün
heç də çətin deyil, yalnız biraz cəsarət lazımdır dostum.
Bu, yalnız ürəyinin buz bağladığını,
daşlaşdığını zənn edən insanlara biraz çətin
gələcək, amma onlar da sənin göstərdiyin cəsarəti göstərdiklərində,
ürəklərində sevgi tərpənişi hiss etdiklərində və ağlamağı
öyrənə bildiklərində inan hər şey onlar
üçün və bütün insanlar üçün daha gözəl olacaq.
Bəli dostum, gülmək varkən sifət asmaq Niyə ki?,
güldürmək varkən ağlatmaq Niyə?,
gözəl sözlər söyləmək varkən ürəkləri qırmaq Niyə?

Həyat çox qısadır dostum ..
Və bu dünyadakı heş bir şey qırılan ürəklərə dəyməz.
İndi isə hələlik dostum, amma yenə gəl.
Yanına sənin kimi gülən gözlü,
ürəyi sevgi dolu insanları alıb yenə gəl.
Məni çox gözlətmə ... Çünki, sabah burda olamaya bilərəm.
Sevdiklərinə "Səni Sevirəm" demək üçün gecikmə!

Heç zaman gecikmə.....



 
 
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 4 782
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri