Adın dilimin əzbəri, əlimdəki sazımdasan.
Sən olmusan varım, yoxum, tək diləyim,
Dərd ortağım, çoxumda həm azımdasan.
Necə unudaram səni, ürəyimin arzusunu
Bağlanmısan qədərimə, alın yazımdasan.
Nə fərq edər ayların, fəsillərin dəyişməsi
Sən həm qışım həm baharım yazımdasan.
Sənsən səslədiyim, Allahımdan istədiyim
Tanrıya etdiyim hər duada, niyazımdasan.
Xəyalınla gülərəm xəyalınla mən ağlaram
Hər sevincimdə, axan göz yaşlarımdasan.
Səndən əvvəl də yaşayırdım hec bilmirəm
Tək bildiyim bu günümdə, sabahımdasan.
De səni sevmək niyə günahdır niyə yasaq,
Yaşadığım hər gözəllikdə, səvabımdasan.
Sanma ki əl uatmazımsan, cox uzaqdasan
Damarımdakı qan, candan ötə canımdasan,
Sənsiz hec olmadım qalmadım, olmaram ki,
Axı çəkdiyim hər nəfəsdəsən həyatımdasan..
Müəllif: Nüsrət Kəsəmənli