Sevmirəm (13-cü bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 8 817
Səs ver:
(səs: 5)
Aydın kafedən çıxan kimi, Leyla Eldara zəng vurub həmin kafeyə çağırdı. Yarım saat gözlədikdən sonra Eldarın gəldiyini görüb, onu öz masasına çağırdı. Eldar stulu çəkib oturan kimi, sevinclə sözə başladı:
-Hər şey super gedir! Planımız işə yarayır. Mən bilirdim belə olacağını, sonunda qalib gəlirəm o Yasəmənə.
Eldar kinayə ilə gülümsəyib dedi:
-Leyla bu monoluqun bitdi? Bəlkə nə olduğunu adam kimi danışasan mən də başa düşüm?
-Sən də gərək bütün həvəsimi öldürəsən. Planımız...daha doğrusu planım baş tutdu. Aydın məndən sübut istədi bundan yarım saat əvvəl.
-Hmm...buna əsla inanmazdım. Demək belə, oldu. Mənim photoshop bacaran dostlarım var, həll edərik.
Leyla biraz əsəbi şəkildə:
-Yox, cənab Aydın canlı sübut istəyir. Şəkil, video və s. qəbul etməyəcəkmiş.
Eldar yumruğunu masaya vurub dedi:
-Onda hansı qalibiyyətdən danışırsan? Olmayan xəyanəti necə sübut edəcəyik?
-Bax yənə deyirəm, vacib olan Yasəmənin xəyanət etməsi deyil, Aydının xəyanət zənn etməsidir. Kiçik bir planla bunu da təşkil edərik.
-Nə planı?
-Sən mənə inan, dediklərimi elə. Hər şeyi düşünmüşəm. O Yasəməni məhv edəcəm!
-Bilirsənki hər şey alınsa mən Yasəmənlə evlənəcəm. Onda bizi də ayırmağa çalışasan?
Leyla qəh-qəhələrlə gülüb dedi:
-Yox əlbətdəki! Onsuzda illərlə sevdiyi insandan ayrılıb, heç sevmədiyi insanla evlənmək ona ən böyük cəza olacaq.
-Başa düşmədim? Mən cəzayam?
-İncimə amma Aydından sonra sən adama cəza kimi gəlirsən. Nəysə, planı danışıram... 1 saat sonra sən Yasəmənin evində olmalısan, nə olursa olsun mən gələnə kimi o evdən çıxma.
-Bəs birdən o məni qovdu?
-Eldar əlil bir qıza gücün çatmayacaqsa, özünə niyə oğlan deyirsən? Mən gələn də Aydını da gətirəcəm. Aydını görən kimi, sanki çoxdan sevgiliymiş kimi davran...
1 saat sonra:
Leyla tənginəfəs halda Aydının ofisinə girib həyacanla dedi:
-Aydın...Aydın tez ol getməliyik.
Aydın ayağa qalxıb həyacandan əsən Leylanın çiynindən tutub onu sakitləşdirməyə çalışdı:
-Sakit ol Leyla. Hara, niyə getməliyik?
-İstədiyin sübutu görməyə. İndi...indi Eldarla Yasəmən evdədirlər. Həm də sənin evində. Tez ol gedək...
Aydın əsəbləşib Leylanın qolunu sıxıb dedi:
-Əgər yalan deyirsənsə işin bitdi! Sən düş həyətə maşının yanında məni gözlə.
Leyla başını yelləyib qapıdan çıxdı.
Aydın sağ tərəfindəki şkafa yaxınlaşıb qapağını açdı. İçindəki balaca kassanın şifrəsini yığıb açdıqdan sonra içindəki silahı götürüb qapıya tərəf getdi. Qapının ağzında dayanıb telefonunu cibindən çıxarıb ekrandaki Yasəmənin şəklinə baxdı...
Yasəmən telefonundaki mesajı gülümsəyərək oxuyarkən qapının zənginə diksindi. Yaxınlaşıb qapını açdıqda qarşısında Eldarı görüb qapını təkrar örtmək istəsədə Eldar güclə onu itələyib içəri keçdi.
Yasəmən əsəbi şəkildə soruşdu:
-Eldar sənin nə işin var burda? Get!
-Niyə elə deyirsən Jasminim? Səni nə qədər sevdiyimi bilmirsən?
-Eldar nə sevgisi? Mən evliyəm, bilmirsən?
Eldar kinayə ilə gülümsəyib dedi:
-İkimiz də bilirik ki, o əsla səni mənim qədər sevə bilməz. O səni adam yerinə qoymayanda, mən sənə aşiq idim.
-Bəsdi Eldar! Rədd ol burdan! Aydın səni görsə heç də yaxşı olmaz sənin üçün!
Eldar Yasəmənin qarşısında diz çöküb, ondan uzaqlaşmağa çalışan Yasəmənin əlindən tutdu:
-Səni sevirəm Yasəmən, çox sevirəm.
-Burax əlimi axmaq!-deyib əlini Eldarın əllərindən qurtarmağa çalışırdı. Birdən qəzəbli bir səs eşidildi:
-Burax onu əclaf!
Yasəmənlə Eldar üzlərini çevirdikdə əlindəki silahı onlara tutub qəzəblə baxan Aydını və qorxudan böyümüş gözlərlə Aydına baxan Leylanı gördülər. Yasəmən Eldarın qorxudan donmasından istifadə edib əlini onun əllərindən xilas edib biraz kənarə çəkildi.
Aydın qəzəblə az qala bağıraraq dedi:
-Sən hansı cürətlə mənim arvadıma toxunursan?
Eldar Aydının əlindəki silahdan qorxub kəkələyərək nəsə deməyə çalışdı:
-Mə...mən...mən...görün...göründüyü kimi de..deyil.
Leyla Eldarın qorxudan hər şeyi etiraf edəcəyini anlayıb Aydının qolundan tutub dedi:
-Aydın dəyməz...rədd elə ikisinidə getsin. Belələrinin qanına əlini bulamağa dəyməz.
Aydın Leylanı bir əliylə elə güclü itələdiki Leyla arxasındaki divara çırpıldı. Gözünü Eldardan çəkmədən qışqırdı:
-Sən qarışma Leyla! Sağ ol məni ayıltdığın üçün, amma bundan sonrasının sənə dəxli yoxdur!
Artıq Leyla da qorxmağa başlayırdı. Aydının silah çəkəcəyini heç düşünməmişdi. İstədiyi sadəcə Yasəmənin həyatının məhv olması idi, lakin kimsənin ölümünə bais olmağı heç istəmirdi.
Aydın hələ də silahı Eldara tuşlamış vəziyyətdə Yasəmənə baxıb soruşdu:
-Sevirsən onu?
-Nə? Mən onu?
-Onu sevirsənsə sizi bağışlaya bilərəm. Mənim evimdən rədd olub gedərsiz birlikdə!
-1 dəqiqə, yəni sən ona inanırsan?
Aydın:
-Gözlərimlə gördüyüm şeylərə inanıram. Xahiş edirəm inkar etmə, bu mənə daha çox əzab verir. İkinizdə gedin burdan-deyib silahını aşağı saldı.
Yasəmən Aydına yaxınlaşıb:
-Senin casərətin çatmaya bilər, amma mənim cəsarətim çatar-deyib silahı onun əlindən dartıb aldı. Tam qarşısındaki Leylaya tərəf tutub dedi:
-Bilirəm, hər şeyi sən planlamısan.
Leyla biraz çəkinsə də Yasəmənin heç nə etməyəcəyini düşünüb dedi:
-Sən nə danışırsan? Öz günahını mənim üstümə yıxmağa çalışma. Səndən belə bir şeyi heç gözləməzdim.
Yasəmən kinayəylə gülümsəyib:
-Demək öz xoşunla deməyəcəksən? Onda məndən incimə-deyib silahı Eldara tuşladı.
-Eldar bu işdə sənin də əlin var. Düzünü de!
Eldar da Yasəməndən qorxmadığı üçün etiraz etməyə çalışdı:
-Nəyi deyim sevgilim? Sirrimiz açıldı onsuzda, gedək burdan.
Yasəmən qəzəblə qışqırdı:
-Bu oyunlardan əl çək! Mən polis rəisinin qızı Yasəmən Əlizadəyəm! Sən oyuncaq tapancalarla oynarkən, mən əsil silahları gözü yumulu söküb-yığırdım. Əmin ol ürəyini, ya da o boş beynini nişan almaq mənim üçün çətin deyil.
Eldar Yasəmənin bu qətiyyətindən qorxub həqiqəti etiraf etməyə qərar verdi:
-Mənlik heç nə yoxdu, hamısı Leylanın planı idi. Məndən sadəcə kömək istədi, mən də səni sevdiyim üçün razı oldum. O...o sizi ayırmaq, sənin həyatını məhv etmək istəyirdi. Bağışla məni, çox peşmanam. İnan bundan sonra əsla qarşına çıxmayacam. Ömrünün sonuna kimi məni görməyəcəksən.
Yasəmən üzünü Leylaya tərəf çevirib kinayə ilə gülümsəyib dedi:
-Dostun səni satdı. Məndən nə vaxt əl çəkəsən? Uşaqlığımızdan bəri eyni şey, bezdim bundan. Anla artıq mənim həyatımı məhv edə bilməzsən, amma mən sənin həyatını məhv edə bilərəm!
Sonra üzünü Aydına çevirib:
-Burda ölümə layiq olan bir insan var, o da sən! Necə buna inana bildin? Məndən belə bir şeyi necə gözləyə bildin anlamıram. Özdə gör kimin sözünə inanmısan. Bu ifritənin sözlərinə inanıb mənim paklığıma necə şübhə edə bildin axı? Məni çox incitmisən, amma bu sonuncu damla oldu. İnana bilmirəm, gözümün qabağında başqasıyla öpüşən adam məni xəyanətdə günahlandıra bilir. Öz arvadına şübhə edən adam bu dünyada yaşamamalıdır!-deyib silahı ona tərəf tutdu.
Leyla Yasəmənin bu davranışlarından qorxub, ürkmüş vəziyyətdə dedi:
-Yasəmən sən...sən nə eləmək istəyirsən?
-Yoruldum zəif olmaqdan, əzilməkdən. Hər şeyin intiqamını almağın vaxtı gəlib. Əgər sən də ölmək istəmirsənsə Eldarı da götür burdan get!
-Yasəmən dəli olm...
-Gedin dedim! Yoxsa bu evdən 1 əvəzinə, 3 meyit çıxar.
Eldarla Leyla qorxudan titrəyərək qapıya tərəf gedirdilər, onların "kiçik" zənn etdikləri bu oyun, artıq onların həyatlarını təhdid edirdi. Tam qapıdan çıxarkən Yasəmənin qəzəblə dediyi sözləri eşitdilər:
-Həyatım boyunca birdə qarşıma çıxsaz, əmin olun öldürərəm!
Onların getdiyinə əmin olan kimi Yasəmən Aydına baxıb dedi:
-Ölməyə hazırsan?
Aydın Yasəmənə yaxınlaşıb:
-Buna cəsarətin çatacaq?-deyib gözlərinə baxdı.
-Əlbətdə!
"paaarrt"...
Aydın əliylə ürəyini tutaraq dizləri üstünə çöküb Yasəmənə baxdı.
Artıq ikisi də özünü saxlaya bilmədiyi üçün qəh-qəhələrlə gülməyə başladılar...

Müəllif: Cəmilə Məmmədli
(səs: 5)
Şərhlər: 5
Baxılıb: 8 817
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri