Sevmirəm (14-cü bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 10 283
Səs ver:
(səs: 5)
Dünən:
-Kimdən gəlib?
Yasəmən bu sualdan biraz çaşdı. Hər şeyi demək istədi, amma nədənsə bunun vacib olmadığını düşündü:
-Heç...sən tanımazsan...-dedikdən sonra, sanki ürəyinə nəsə dammış kimi davam etdi:
-Əslində mən də tanımıram. Bilmədiyim nömrələrdən mənə mesajlar gəlir durmadan.
Aydın Yasəmənin hər şeyi ona deməsindən sevinsə də, özünü əsəbi göstərib qaşlarını çataraq dedi:
-Ver görüm telefonu, nə mesajlardı o.
Yasəmən ürkəkcə telefonu yanındakı divanda oturmuş Aydına uzatdı. Onun verəcəyi rəaksiyadan qorxurdu. O gün restoranda baş verənlərdən sonra, Aydının necə qısqanc olduğunu anlamışdı. Aydın Yasəmənin uzatdığı telefonu alıb səbirsizcə mesajları oxumağa başladı. Hər mesajı oxuduqca daha çox əsəbləşirdi. Hansısa axmaq Yasəmənə, onun Yasəməninə "sevgilim", "Yasəmənim" yazmağa cürət etmişdi. "Səni əlimə keçirsəm, öldürəcəm əclaf!"-düşünüb Yasəmənə baxıb soruşdu:
-Bunları mənə əvvəldən niyə deməmisən?
Yasəmən başını aşağı salıb utanaraq dedi:
-Mən...mən elə bilirdim sən göndərirsən.
Aydın Yasəmənin bu dediklərindən biraz tutuldu. Yasəmən bu mesajların ondan gəldiyini düşünmüşdü və əslin də o göndərməli idi belə mesajları. Amma onun cəsarət etmədiyi bir şeyə, hansısa axmaq cürət etmişdi. Nəsə demək istəyirdiki birdən ağlına Leylanın dedikləri gəldi. Artıq şübhələnməyə başlamışdı. O mesajlar Leylanın dediklərindən sonra gəlməyə başlamışdı:
-Yasəmən mən deyəsən bu mesajların kimdən gəldiyini bilirəm.
Yasəmən təəccüblə soruşdu:
-Doğurdan? Kimdən?
Aydın Leylanın ofisinə gəlib dediklərini Yasəmənə danışdı. Yasəmənin hələ də təəccüblə ona baxdığını görüb əlavə etdi:
-Mən düşünürəm ki, bu mesajların Leylayla əlaqəsi var.
Yasəmən özünə gəlib soruşdu:
-1 dəqiqə Leyla mənlə Eldarın arasında nəsə olduğunu dedi?
Aydın "hə" mənasında başını yellədi.
Yasəmən gülməyə başladı. Biraz güldükdən sonra özünə gəlib dedi:
-Deməli Eldarla mən hə? Hansı axmaq buna inanarki? Bunun yalan olduğu elə açıqdıki...
Aydın xəcalət tərləri töküb zorla gülümsəyərək dedi:
-Əlbətdə buna heç bir axmaq inanmaz.
-Bəs indi neynəyəcəyik?
-Məncə Eldarında bu işdə əli var. Mən onu tutduğum yerdə öldürürəm. Amma Leyla qızdı, ona heç nə edə bilmərəm. Onun dərsin sən verərsən öz əllərinlə-deyib Yasəmənin əlini tutdu:
-Ya da sən bu incə əllərini yorma-deyib tutduğu əli öpüb dəvam etdi:
-Əminəm Nilufərlə Gülnar onun dərsini böyük həzz alaraq verərlər.
Yasəmən gülümsəyib gözlərini hiyləgərcəsinə qıyaraq dedi:
-Əslində mənim daha yaxşı planım var. Onları biraz qorxuda bilərik.
-Necə? Mənim planım çox yaxşı idi axı.
-Hə, əlbətdə. Birini öldürüb həbsə girmək super plandı.
-Of! O axmaq ona layiqdi. Sən de görüm planını...
Yasəmən gülümsəyərək dedi:
-Planım belədi...
1 saat əvvəl:
Aydın ofisdən çıxarkən qapının ağzında dayanıb telefonunu cibindən çıxarıb ekrandaki Yasəmənin şəklinə baxdı. Gülümsəyib menyuya girib mesaj yazmağa başladı: "Planımız əla gedir gözəlim. Leyla mənə sübut göstərəcəyini dedi, məncə o axmaq evə gələcək. Azca döz, 10-15 dəqiqəyə ordayam sevgilim."
İndi ürəkdən gülən ər-arvadın planı işə yaramışdı. Leylayla Eldara həyatlarının dərsini vermişdilər. Artıq gülməyini kəsib özünə gələn Yasəmən soruşdu:
-Aydın bu silah gerçəkdi?
-Yasəmən atamdan qalma silahım var, amma oyuncaqla əsl silahı ayıra bilməyən qıza onu əmanət edə bilmərəm.
Yasəmən incikliklə gözlərini süzdürüb dedi:
-Qorxurdun əsl olsa birdən səni həqiqətən vuraram?
Aydın gülümsəyib Yasəmənin yanağını sığallayıb dedi:
-Yox, qorxurdum özünə zərər gələr. Sənə nəsə olsa mən neynəyərəm? Həm onsuz da sən əsla məni vurmazsan, elə deyil?
-Hmm... Bilməm, çox hirslənsəm bəlkə...
-Mənim necə də mərhəmətli arvadım var. Çox sağ ol.
Yasəmən:
-Yaxşı, yaxşı zarafat edirdim. Həm mən nişan almaq cəhənnəm, tətiyi çəkməyi də bacarmıram-deyib uşaq məsumiyyəti ilə çiynini çəkdi.
Aydın gülümsəyib:
-Bəs sən polis rəisinin qızı Yasəmən Əlizadə idin? Başqaları oyuncaq tapancalarla oynayanda, sən əsl silahları gözü yumulu söküb-yığırdın?
-Mən? Nə əsl silah, atamgil 9 yaşıma kimi mənə ancaq plastik bıçaqla yemək yeməyə icazə verirdilər. Həm mən artıq Yasəmən Əlizadə deyiləm, Yasəmən Məmmədovayam.
-Hə, mənim arvadım. Super aktyorluq qabiliyyətin var imiş. Oyun olduğunu bilməsəm, az qala mən də qorxacaqdım.
-Sən də super oynayırdın. Əlində silah elə davranırdınki, güya doğurdan da Eldarı vuracaqdın.
-Əslində silah əsl olsaydı doğurdan vurardım. O əclaf ikinci dəfə idiki sənin əlini tuturdu. Sənə ancaq mən toxuna bilərəm, başqa heç kim!
Aydının bu sözləri Yasəmənin qürurunu oxşayırdı. Hansı qadın qısqanılmağı istəməzki? Hələ bir də sevdiyin insan səni dəlicəsinə qısqanırsa...
Bu dəfə Yasəmən uşaq şıltaqlığı ilə dedi:
-Qısqanc...
-Kim? Mən?
-Əlbətdəki sən.
-Yox gözəlim, mən qısqanc deyiləm. Sadəcə o axmağın sənə toxunmağa cürət etməsi əsəbləşdirir məni.
Yasəmən kinayəylə gülümsəyib:
-Hı hı, sən deyəndi.
-Ey mənə inanmırsan?
-Yooox...
Aydın:
-Deməli mənə inanmırsan? Onda cəzasını çəkəcəksən gözəlim-deyib öpmək üçün Yasəmənə yaxınlaşdı.
Yasəmən əlindəki silahı Aydının alnına dayayıb gülümsəyərək dedi:
-Ey, çox yaxınlaşma, yoxsa ölərsən.
-Deməli arvadımı öpmək üçün ölüm sınağından keçməliyəm hə?
-Hə. Bir də cəht etsən səni bu silahla öldürərəm.
Aydın gülümsəyib əliylə silahı itələdi:
-Bu məni dayandırmaz gözəlim-deyib qəribə baxışlarla Yasəmənə baxdı.
Bu baxışlardan qorxan Yasəmən söhbəti dəyişməyə çalışıb " əlindəki oyuncağa diqqətlə baxıb dedi:
-Aydın sən bunu hardan almısan? Oyuncaq olduğu uzaqdan heç bilinmir. Ey bura "made in china" yazılıb. Nə qədər də simicsən Aydın. Gərək elə mütləq çin malı alaydın? Nç nç nç, ayıb olsun, heç səndən gözləməzdi...- Yasəmən sözünü bitirə bilmədi. Çünki onun niyə boş-boş danışıb söhbəti dəyişməyə çalışdığını anlayan Aydın əliylə ağzını tutub gülümsəyərək dedi:
-Doğurdan belə dayanmadan boş-boş danışaraq söhbəti dəyişə biləcəyini zənn edirsən?
Yasəmən məsum gözlərlə Aydına baxıb "hə" mənasında başını yellədi.
-Səncə mən o qədər axmağam?
Yasəmən gözlərini süzdürüb çiynini çəkdi.
Aydın gülümsəyib dedi:
-Bilirsən səni neyniyərəm?
Yasəmənin ürkmüş gözlərlə ona baxdığını görüb gülümsəyərək:
-Bax belə çoxlu-çoxlu öpərəm-deyib əlini çəkərək Yasəmənin dodaqlarına yapışdı. Əvvəlcə zərif olan öpüşlər getdikcə daha da ehtiraslanırdı. Artıq Yasəmən də ilk dəfə idiki qollarını Aydının boynuna dolayıb qarşılıq verirdi öpüşlərinə. Aydın Yasəməni qucaqlayıb dodaqlarını ondan ayırmadan yavaşca qaldırdı. Onu öpə-öpə Yasəmənin otağına apardı. Yavaşca yatağa uzadıb özü də onun yanında uzandı. Ehtiraslı nəzərlərlə onu süzüb qucdedi:aqlayaraq yavaşca özünə tərəf çəkdi. Dodaqlarından yenə öpüb yavaşca aşağı enirdiki Yasəmən onu dayandırıb
-Ey, neynəmək istəyirsən?
Aydın bic-bic gülümsəyərək:
-Səncə? Bu yaşa kimi öyrənməmisən?-deyib göz vurdu.
Yasəmən biraz utansada, özünü toplayıb:
-Mən sənə yalvarmadım axı.- deyib qalib gəlmiş kimi gülümsədi...

Müəllif: Cəmilə Məmmədli
(səs: 5)
Şərhlər: 4
Baxılıb: 10 283
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri