Sevmirəm (17-ci bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 10 432
Səs ver:
(səs: 3)
1 ay sonra:
Aydın səhər tezdən qapıdan çıxıb getmək istəyirdiki Yasəmənin səsinə diksinib geriyə çevrildi:
-Sabahın xeyir.
-Sənin də.
Yasəmən:
-Səhər tezdən hara belə?-deyib gözlərini qıyaraq diqqətlə Aydına baxdı.
-Hara olacaq, əlbətdəki işə.
Yasəmən sınayıcı nəzərlərlə baxmağa davam edib, birdən gülümsəyərək dedi:
-Yalan deyirsən.
Aydın gülümsəyərək Yasəmənə baxıb:
-Doğurdan? Hardan bildin?
-Sənin hərəkətlərindən canım.
-Pah. Qoy mən təxmin edim: gözlərimi qaçırdım, səsim titrədi, əlim əsdi və ya klassika-qızardım?
-Ha ha ha, çox gülməlisən. Heç biri super yalançı. Səni uşaqlıqdan tanıyıram, yalan deyəndə düz adamın gözlərinin içinə baxırsan.
Aydın gülümsəyərək Yasəmənə yaxınlaşıb:
-Eh gözəlim. Adam öz ərinə yalançı deməz deyib- onu öpmək üçün əyilirdiki, Yasəmən :
-Eləmi? Bəs super dahi bu gün bazar olduğunu unutmusan?-deyib kinayəylə gülümsəyərək ona çox yaxın olan Aydına baxdı.
Aydın bu sözləri eşidib donub qaldı, biraz özünə gəlib udqunaraq dedi:
-Bunu əvvəldən deyə bilməzdin?
Yasəmən qalib gəlmiş kimi gülümsəyib:
-Əslində deyə bilərdim, amma sənin indiki halını görə bilməzdim axı.
Aydın:
-Nç nç nç, sənin kimi ağıllı bir qızdan, belə uşaqcasına hərəkətləri heç gözləməzdim-deyib süni təəssüflə başını yellədi.
Yasəmən qollarını çarpazlayıb, gözlərini qıyaraq Aydına baxıb dedi:
-Hələ də ağlına başqa yalan gəlməyib hə?
-İnan elə bil beynim donub. Həm sənə bu qədər yaxınkən düşünə bilirəmki...
-Ay nə qədər romantiksən...
-Adama elə baxırsanki qorxudan ağlıma heç nə gəlmir.
Yasəmən:
-Və tanıdığımız öküz ərim. Romantika bitdi, kobudluqlara davam-deyib gözünü süzdürdü.
-Aaa mən heç də kobud deyiləm gözəlim.
-Hələ də ağlına heç nə gəlmir?
-Yaxşı ki, dünyadaki bütün qızlar sənin kimi ağıllı deyil, yoxsa bu yaşıma kimi bir qızın əlini belə tuta bilməzdim.
-Nə yəni, ağlına gələn yeganə çarə yaltaqlıqdı?
Aydın:
-Əslində səni öpüb hər şeyi yadından çıxartmağı planlayırdım, amma görünür bu da işə yaramayacaq-deyib çarəsizcə çiynini çəkdi.
Yasəmən:
-Of, yaxşı get. Gələn dəfə də ya daha məntiqli yalan tap, ya da həqiqəti de-deyib gülümsədi.
Aydın sevinclə gülümsəyərək:
-Hələlik gözəlim-deyib Yasəmənin yanağından öpüb getdi.
Aydın qapıdan çıxdığı anda Yasəmənin gözləri doldu. Bayaqdan özünü güclə şən göstərməyə çalışırdı. Hiss edirdi... Gözündən axan bir damla yaşı barmaqlarının ucuyla silib pıçıldadı: ALLAHım yalvarıram düşündüyüm kimi olmasın...
Aydın həyətə düşüb maşınına mindi. Sükanı əlləriylə bərk-bərk sıxaraq öz-özünə pıçıldayırdı:
-Yox! Mən pis heç nə etmirəm. O sadəcə mənim dostumdu...dostum...
Bunları nə qədər təkrar etsədə vicdanı ona səhv etdiyini deyirdi. Yalan yalanı gətirər, ən birinci kiçik bir yalanla başlamışdı hər şey. Bir tək yalanı artıq boğurdu Aydını, bu yalandan qurtulmaq istəyirdi. Yasəmənə deməmişdi o yalanı, əslində ona yalan deyə bilmirdi onsuzda. Başqasına demişdi...
15 gün əvvəl:
Aydın işə gedirdi. Fikri hələ də səhər Yasəmənlə olan inadlaşmalarında idi. Gülümsəyərək "inadkar keçi..."-pıçıldayırdıki birdən bir qız demək olarki özünü maşının qabağına atdı. Aydın tez əyləci basıb, maşından endi. Fikri dağınıq olduğu üçün günahın özündə olduğunu zənn edirdi. Qız maşının qabağında yerə yıxılmış halda ayağını tutub ufuldayırdı. Aydın təlaşla:
-Bağışlayın xanım, sizi görmədim. Gəlin sizi xəstəxanaya aparım-deyib qolundan tutaraq qaldırmağa çalışırdı ki, qızın üzünə diqqətlə baxıb pıçıldadı:
-Xəyalə?
Xəyalə Aydının qolundan tutub ayağa qalxaraq təəccüb qarışıq sevinclə gülümsəyib dedi:
-Aydın? Bu sənsən? İnana bilmirəm, instut bitdikdən bəri səni görmürəm.
Aydın özünə gəlib:
-Hə Xəyalə, qəribə təsadüfdü. Bağışla, bilmədən oldu. Gəl səni aparım xəstəxanaya, ciddi nəsə ola bilər.
Xəyalə ətəyinin tozunu əliylə təmizləyib, Aydının gözlərinə baxaraq:
-Yox, mən çox yaxşıyam. Biraz dincəlsəm daha da yaxşı olacam-deyib mənalı şəkildə gülümsədi.
Aydın nə demək istədiyini anlayıb maşının qapısını açıb gülümsəyərək dedi:
-Yaxşı, onda gəl gedək bir kafedə oturub çay içək. Həm biraz söhbətdə edərik.
Xəyalə "yaxşı" mənasında başını yelləyib maşına oturdu...
Artıq bir saat idiki kafedə oturub söhbət edirdilər. İnstut xatirələrindən danışıb gülürdülər. Sonunda Aydın maraqdan soruşdu:
-Xəyalə evlisən sən?
Xəyalə bu suala gülüb dedi:
-Nə evlənmək? Mən hələ çox cavanam, bu yaşda evlənənin ağlı yoxduki. Amma mamamgilin fikrincə güya evdə qalmışam. Səndən evli olub-olmadığını soruşmaq belə gülünc olar hə? Yəqin yenə gündə bir sevgiliylə gün keçirdirsən.
Aydın buna gülüb evli olduğunu demək istəyirdi, lakin Xəyalə ilə danışmaq onu əvvəlki Aydın etmişdi sanki. Yasəməndən öncəki, hər qızı əldə etməyə çalışan Aydın geri qayıtmışdı. Amma yenə də içindən bir səs onu dayandırmağa çalışırdı. Sonunda güclə özünü toplayıb az qala pıçıltıyla dedi:
-Əlbətdə. Subaylıq sultanlıqdı...
Dediyi anda peşman olmuşdu. Özünü Yasəmənə xəyanət etmiş kimi hiss edirdi. Amma artıq gec idi, ilk yalan deyilmişdi... Yalan da, yalanı çağırmışdı. Ondan sonra son 15 gündə demək olarki hər gün Xəyalə ilə
görüşürdülər. Kinoya, kafelərə, diskolara, müxtəlif əyləncə məkanlarına gedir, iki "dost" kimi əylənirdilər. Aydın hər evdən çıxanda Yasəmənə bahənələr uydururdu və onun buna inanmadığını bilirdi. Artıq bu çox sıxırdı Aydını. Qurtulmaq istəyirdi bu yalandan və bu gün qurtulacaqdı. Əvvəlcə indi gedəcəyi görüşdə Xəyaləyə hər şeyi danışacaq, sonra evə gəlib onsuzda çox şeyi anlamış Yasəmənə danışacaqdı olanları. Bitəcəkdi bu gün...
Aydın bu fikirlərlə dərindən nəfəs alıb maşını işə saldı. Sözləşdikləri kiçik çay evinə çatıb maşından endikdə Xəyalənin az irəlidəki masada əyləşib ona əl elədiyini gördü. Gözlərini bir anlıq yumub dərindən nəfəs alıb ona tərəf getdi. Salamlaşıb əyləşdikdən sonra sözə başladı:
-Xəyalə sənə bir şey etiraf etməliyəm...
Xəyalə onun sözünü kəsib:
-Nə deyəcəyini bilirəm. Bu "dostluq" oyunu səni də sıxdı hə? -deyib sevinclə gülümsədi.
Aydın nə demək istədiyini anlayıb tələsik dedi:
-Əslində hə, amma sənin düşündüyün kimi deyil. Xəyalə mən evliyəm və inan bunu səndən gizlətməyi heç istəməzdim. Mənə nə oldu bilmirəm, səni aldatdığıma çox peşmanam. Məncə bu dostluğu bitirək.
Xəyalə qəzəbdən titrəyirdi. Belə olacağını heç gözləmirdi. Əliylə alnını tutub:
-Aydın mənə ordan su ala bilərsən?-deyib digər əliylə yaxınlıqdaki kiçik dükkanı göstərdi. Aydın peşmanlıq və utanc dolu ifadəylə ona baxıb "yaxşı" mənasında başını yelləyib getdi. 5 dəqiqə sonra əlində su geri qayıdıb ona verərək təlaşla dedi:
-Yaxşısan Xəyalə? Səndən çox, çox üzr istəyirəm.
Xəyalə şüşədəki sudan bir qurtum içib Aydına baxıb:
-Bəs niyə mənlə görüşürdün? Dost idik güya? Qızla oğlandan əsla dost olmaz" deyən sən deyildin? Heç olmasa mənə səbəbin de.-deyib başını aşağı saldı.
Aydın halsız halda oturacağa əyləşib sözə başladı:
-Mən təxminən 3 ay bundan qabaq evlənmişəm. Arvadım...yəni Yasəmən əlildi, yeriyə bilmir. Əslində çox gözəl, ağıllı, yaxşı qızdı. Amma onunla çox şey edə bilmirik. Səninlə kinoya, diskoya, restoranlara getdik, saatlarca parklarda gəzdik. Amma onunla olmur. Bilirəm bu onun günahı deyil, amma yeriməsini çox istərdim... Səninlə rastlaşanda əvvəlki əyləncəli həyatım yadıma düşdü, o günlərim üçün darıxdığımı anladım. Evləndiyimi deyə bilmədim, çünki evləndiyimi hələ özümdə qəbul edə bilməmişdim. Səninlə gözəl günlər keçirdim, amma mən Yasəmənə bunu edə bilmə...-Aydının sözünü eşitdiyi hıçqırıq səsi kəsdi. Sanki kimsə səssizcə ağlayırdı. Anladıki ağlayan Xəyalədi. Başını qaldırıb Xəyaləyə baxdıqda isə təəccübdən donub qaldı...

Müəllif: Cəmilə Məmmədli
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 10 432
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri