Sənin gözlərində unudulmuşam..

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 045
Səs ver:
(səs: 3)
Bir qərib yoçuyam yolum sonsuza...
bir xöşbəxt məhəbbət axtarıram mən.
Guya sonsuzlara çıxıb getməklə,
Özümü həsrətdən qurtarıram mən.

Sən mənim sevgimdə solan baharsan...
ümidim heç olub,külə dönübdü.
Mənim ürəyimdə dərdsən,qubarsan,
Həyatım bir acı dilə dönübdü.

Sevgim sən,eşqim sən,arzum sən idin,
nə sevgim,nə eşqim,nə arzum qalıb.
Yalvarıb,yaxardım "gəlmərəm"dedin,
Mənimsə qürurum enib,alçalıb.

Sən yoxsan...ömrümdən getdin əbədi,
səni küləklərə tapşırdım,gülüm.
Məni gözüyaşlı etdin əbədi,
Oyaşı sel edib daşırdım,gülüm.

Arzumdun,duyğumdun ürəyimdəki,
sənin həsrətinlə sənsiz qalmışam.
Məni bu dünyada axtarma,çünki
Sənin gözlərində unudulmuşam...

(səs: 3)
Şərhlər: 3
Baxılıb: 4 045
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri