Sevdiyim bir fahişə (4-cü bölüm)

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 10 430
Səs ver:
(səs: 3)
- Niyә bu qәdәr tәlәsirdin? Mәn gözlәyirdim qapida...
Leyla bezgin üz ifadәsi ilә:
- Haradaysa 1 aydiki görüşmürük, salamlaşma şәklinә çox duyqulandim. Keç içәri, keç.
Sәlim içәri keçәrәk sözә başladi:
- Mәnim bildiyim Leyla hәr gün zәng vurub mazqimi çürüdәrdi. 5 gündü gәlmisәn axtarib elәmirsәn.
- 3 gün olar gәlmişәm, ağ elәmә.
- Hәr nәysә...
- Bilsәn olanlari... Yaxşi ki işә çixmağima hәlә 2 hәftә qalib.
Sәlim divanda yerini rahatlayaraq:
- Nolub yene dalaşmusuz?
- Dalaşsaydiq yaxşiydi. Çay süzüm, gәlim.
Leyla mәtbәxә gedәrkәn, Sәlimdә qalxib Ayşәnin olduğu otağa girdi. Qapini rahatca açib içәri girdi. İşiği yandirib geri çevrilәrkәn yerindәcә qaldi.
Leyla çaylari gәtirәrәk:
- Oturdaa niyә ağac kimi bitmisәn?
Sәlim yavaş-yavaş Leylaya yaxinlaşaraq piçildadi:
- Otağimda ruh var...
Leyla әvvәl heçnә anlamayaraq qaşlarini çatdi. Daha sonra Sәlimin dediklәrini dәrk etdi.
- Ora niyә girdin?
- O kim idi axi?
- Otur, danişim.
Yarim saat keçmişdi artiq. Әgәr Leyla kimәsә başindan keçmiş bir hadisәni danişirdisa onu bütün tәsvilati ilә danişardi. Bu dәfә Sәlimin sәbri çatmadiği üçün daha da tezlәşdirmiş vә nәhayәt hәr şeyi Sәlimә danişmişdi.
- Kәnd qizlari da az deyilmiş haaa...
- Gijdәmә, Sәlim! Әminәm bu işin altinda başqa nәsә var.
- Nә? Nә var?
Leyla Sәlimә baxaraq heçnә demәdi.
Sәlim: Mәncә... Bәlkә...
- Nә bәlkә?
- Bәlkә bunu... Buna tәcavu...
Leyla Sәlimin sözünü kәsәrәk:
- Danişsa da başa salsa bizi dә.
- Ay qiz, bunlar sәnә dә nәsә edәr götürüb gәlmisәn rahatca... Yәqin sizi axtarirlar indi.
- Orda qoysaydim öldürәrdilәr anlamirsan???
- Bu düzәlәn kimi işin әslini öyrәnib, göndәr. İndi gözlәyәk nә vaxta oyanar.
- Sәn mәnә ağil öyrәtmә.
- Ağil varki?
-Sәәliimmmm?!
- Aycaannnn...
- Dәli...
- Mәn qaçim restorana başsiz qoymuşam orani.
- Gözlәrim yaşardi, mәnim işgüzar qardaşim.
- Daha bu nәdirki, mәnim xeyirxah bacim.
Sәlim Leylanin yanağindan öpәrәk evdәn çixir. Leyla isә Ayşәnin otağina keçir.
- Ayşәm, bu gün yaxşisan? Yaxşi görünürsәn, hәkim dedi. Bayaq qardaş...
- Leyla?
Leyla Ayşәnin danişmasina tәәccüblәnib tez yanina oturdu.
- Mәn bilmirәm.
- Nәyi canim? Nәyi bilmirsәn?
- Bilmirәm niyә elә oldu. Axi mәn...
Leyla Ayşәnin nә demәk istәdiyini anlayib iki әli ilә üzünü ovucladi.
- Mәn inaniram. İnaniram sәnә, Ayşәm. Sәn sadәcә yaxşi ol. Tez sağal. Hәr şeyi öyrәnәciyik. Bunlarin hesabini verәcәklәr onlar.
Şşş... Ağlama... Daha ağlamaq yoxdu.
Ayşә sakitlәşmәk әvәzinә daha da hönkürmәyә başladi. Leyla әvvәl sakitlәşdirmәk istәsә dә daha sonra Ayşәnin yalniz ağlayaraq sakitlәşәcәyini fikirlәşdi.
Ayşә Leylanin dәsdәyi ilә özünә gәlmәyә başlayirdi. Belәcә 2 hәftә dә keçmiş Leylanin işә çixmasina cәmi 1 gün qalmişdi. Ayşә isә bu vaxt әrzindә özünü toplamişdi.
- Ayşә, qalx hazirlaş gedirik, etiraz istәmirәm.
- Dedim axi isdәmirәm.
- Ay qiz, evdә tәk qalacaqsan?
- Hara gedirsәnki?
- İşim var.
- Getdәә... Mәn qalaram.
- Olmaz. Gәl sәnә paltarlarimdan verim. Al bu şalvar sәnә olar
- Mәn şalvar geyinmirәm.
- Geyinmirdin düzdü. Amma sәnә yaraşacaq, niyә dә geyinmәyәsәn?
Ayşә biraz düşündükdәn sonra Leylanin paltarlarini geyinir.
- Biraz da makyaj... Prinsessa olacaqsan.
- O olmasa olmaz?
- Nccc olmaz.
Leyla Ayşәni aliş-veriş mәrkәzlәrindәn birinә aparmiş vә Ayşәnin bütün ehtiyaclarini almişdi. Ayşә nә qәdәr etiraz etsә dә...
Leyla maşini işә salaraq:
- İndi isә gedәk yemәyәәә...
- Evә gedirik?
- Daha yaxşi fikrim var.
- Buralar çox gözәldi.
- Hmm sәn bir dә gedәcәyimiz yeri gör.
...20 dәqiqә sonra...
- Çatdiiiiiiq...
Ayşә maşindan enәrәk:
- Bu nәdi? Lo ve
Leyla Ayşәyә yaxinlasib piçildadi:
- Sev mәni...
- Nә?
- Restoranimizin adi...
- Sizindi?
- Mәn universitetdә oxuyanda qardaşimla açmişdiq. İndi isә o işlәdir.
İçәri girdәklәri andan Ayşә maraqla әtrafi incәlәyirdi.
Az sayda rәngli masalar, şirniyyatla dolu vitrin, işiqlar vә kiçik bir sәhnә...
Bir oğlan onlara yaxinlaşdi.
- Sәni mәnә Allah göndәrdi...
- Nә olub?
- Fatimә işdәn çixdi, tәk qalmişam burda.
- Niyә? Neynәdin qiza?
- Mәn heçnә. Nәysә al bunlari, keç içәri gәlirәm.
Әlindәki padnusu Leylaya verәrәk qaçdi.
- Gәl, Ayşә gedәk içәri.
Ayşә hәlә dә Sәlimә baxirdi.
Leyla hәlә dә Ayşәnin ona qulaq asmadiğini görüb:
- Ayşәәәәәәәәә?????
- Ayyy yavaşşş...
- Qolum qopdu tez gәl.
Ayşә Leylanin arxasiyca getdi.
- Leyla önlüyü taxaraq birini dә Ayşәyә uzatdi.
- Al tax bunu, mәnә kömәk elә.
Ayşә heçnә demәdәn önlüyü taxdi.
- Tez tez tez .... 3 çay, 2 çiyә..
Sәlim Ayşәnin varliğini nәhayәtki hiss edib dayandi.
- Bu Ayşәdi. Ayşә bu da mәnim ekizim Sәlim.
Ayşәnin üzündәki yaralar sağaldiğindan Sәlim onu tanimamişdi. Ayşә dә Sәlimi xatirlamirdi.
- Şad oldum. Siz istiyirsiz әylәşin...
- Mәnә kömәk edәcәk.
- Leyla, 2 dәqiqә danişa bilәrik?
Leyla Sәlimin әlindәki qәlәm vә kitabçani alaraq Ayşәyә verdi.
- Ayşә sәn müştәrilәrlә maraqlanarsan?
- Mmәn axi...
- Çox asandi. Sadәcә nә isdәdiklәrini soruşacaqsan o qәdәr.
- Yaxşi.
Sәlim Ayşәnin getdiyindәn әmin olub Leylaya baxdi.
- Sәn nә edirsәn?
- Sәnә kömәkçi gәtirmişәm.
- Mәzәlәnirsәn?
- Әlindәn hәr iş gәlir. Yemәk bişirir, tәmiz...
Sәlim әli ilә Leylani susduraraq:
- Şşşş... Bu nә sәsdi?
- Mәn sizi başa düşmürәm.
- I do not understand you. (Mәn sәni anlamiram)
- Üstümә qişqirma!
- Forgive me, I do not know
your language (bağişla, mәn sәnin dilini bilmirәm)
Leyla Sәlimin güldüyünü görüb:
- Nә gülürsәn? Get qurtar qizi
- Qizi? Bәlkә müştәrimizi?
Leyla Ayşәni çәkişdirәrәk:
- Gәl, canim, gedәk.
- O mәnә qişqirdi.
- Aaa sәn ağliyirsan?
Leyla Ayşәni mәtbәxә apararkәn Sәlim dә müştәrilәri sakitlәşdirirdi.
- O qişqirmirdi.
Ayşә uşaq kimi ağlayaraq:
- Yalançi... Aciladi mәni.
- Bax, hardan bilirsәn?
Ayşә biraz dayanib:
- Sәsindәn...
Leyla gülәrәk:
- Kefsәnee... Ay qiz uşaq deyirdiki...
- Uşaq? Atam yaşdaydiee...
- Nәysә ,Ayşә, nәysә...
Bu zaman Sәlim dә gәlәrәk:
- 3 fincan kofe...
Leyla Sәlimin sözünü kәsәrәk:
- Fatimә yoxdu Ayşә var.
- Nә?
- Mәn sabahdan işdәyәm. Ayşә dә evdә tәk qalmasin. Bura gәlәr hәm başini qatar, hәm dә sәnә kömәyi dәyәr.
- Şeyy... Leyla...
- Buranin yarisi mәnim olduğuna görә razilaşdiq.

Müəllif: Sevinc
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 10 430
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri