Sevdiyim bir fahişə (9-cu bölüm)

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 8 083
Səs ver:
(səs: 1)
Ayşә alqiş sәslәrini eşitmәdәn belә qaçaraq çölә çixdi. Pillәlәrin birindә oturub ağlamağa başladi. Birdәn kiminsә yaninda oturduğunu hiss etdi.
- Dünәn bütün hirsimi sәndәn çixdim. Bugün dә sәndәn üzr isdәmәk üçün belә dәliliy elәdim. Xoşuna gәlәr elә bildim. Sәn, sәn uşaq kimisәn. Qayğiya ehtiyaci olan... Sәnin yaninda davranişlarimi idarә edә bilmirәm.
Ayşә sadәcә burnunu çәkә-çәkә dinlәyirdi.
- Bağişla, Ayşә, bağişla. İsdәmәzdim belә olsun. Yәni, sәni incitmәk. Sәni... Bilirsәnki pişik balasini çox isdәdiyinnәn yeyirmiş?
Ayşә tәәccüblә Sәlimә baxdi:
- Mәnə nә?
Sәlim ağzinnan qaçirdiği sözün bәlasina düşdüyünün fәrqindә idi.
- Sәni se...
- Doğurdan pişiy balasini yeyir?
Sәlim Ayşәnin bu uşaqliğina çox tәәccüblәnmişdi. Bir uşaq istәdiyi şey üçün ağlayar, ağlayar amma 2 dәqiqә sonra unudar. Ayşәnin boy, çәkidәn başqa fәrqi yox idi uşaqdan, mәncә, Sәlimcә...
- Hәә... Ayşә, barişdiq?
- Hmm...
- Yenә hmm?
- Barişdiq. Amma mәn içәri girmәyә utaniram.
Ayşә utancaq baxişlarla yerә baxdi.
- İnaniramki, hәr kәs sәnә heyran oldu.
- Bilmәdim necә oxudum. Mikrafon... Mikrafonu birinci dәfә idi, әlimә alirdim. Hәlә sәsim elә, elә...
- Elә gözәl?
- Elә ucadan...
- Bәlkә içәri keçәk?
- Sәn keç. Mәn oturacam.
- Ayşә, hәmişә yaninda olacam, hәmişә.
Әlini Ayşәyә uzadaraq:
- Mәnә inan.
- İnaniram.
Artiq axşam olduğundan restoran da bağlanmaq üzәrә idi. Ayşә gözü qapida Leylani gözlәyirdi. Bu dәfә bir qәdәr gecikmişdi. Birdәn Ayşәnin gözü sifarişlәr üçün nәzәrdә tutulmuş telefona sataşdi.
- Artiq qalxaq, canim, Ayşәni götürmәliyәm.
Vüsal gәrgin ifadә ilә:
- Artiq mәnә zaman ayirmirsan, bunun fәrqindәsәn?
- Axi bilirsәn... Bu aralar...
Vüsal Leylanin sözünü kәsib kinayәli:
- Ayşә... 1 aydiki әmәlli görüşmürük. Әvvәllәr hәr axşam yemәyә gedәrdik, gәzәrdik, әylәnәrdik. Ama indi? Ayşә var.
- Bu nә demәkdi, Vüsal? Nә etsәydim göz görә-görә qizi ölümә tәrk etsәydim? Sәnin Ayşәylә nә problemin var?
- Nә problem? Mәn nişanlimla daha çox zaman keçirmәk istiyirәm.
- Evlәnәciyik onsuz, mәni dә gömәkdәn bezәcәksәn.
Leyla ortami yumşaltmağa çalişirdi.
- Bәs sonra olacaq? Ayşәni deyirәm.
- Ona qәdәr Sәlim cәsarәtlәnәr.
- Necә yәni?
Ayşә müştәrilәrim yoxluğundan istifadә edib telefonu әlinә aldi. Rayon kodu vә ev nömrәlәrini yiğdi. Sadәcә çox darixdiği kiçik qardaşi Amilin sәsini eşitmәk istәyirdi. Dörd dәfә çaldiqdan sonra qardaşinin sәsini eşitdi.
- Alo.
Ayşә heçnә demәdәn ağlayirdi.
- Aloooo... Kimdi?
- Amil?
- Ayşә...
- Amil,canim sәninçün elә darixmişamkii... Necәsәn?
Amildәn cavab gәlmәdiyini görәn Ayşә daha da kövrәldi.
- Sәn bacidan ötrü darixmamisan? Amil?
- Baci, hardasan? Gәlmiyәcәksәn day bizә? Ana deyir day gәlmiyәcәksәn.
- Gәlәcәm birdәnәm. Sәn darixma.
- Ana gәlir. Soruşsa nә deyim?
- Heçnә. Sora zәng vur...
Ayşә anasinin sәsini eşidib susur.
- Sәn nә üzlә bura zәng vurmusan?! Mәnim sәnin kimi qizim yoxdu! Adimizi batirdin sәn! Allah bilir orda nә oyunlardan çixirsan indi?!
Sәlim Ayşәnin hönkürtüsünü eşidib yanina qaçdi. Ayşәnin әlindәn telefonu alib dәstәyi asti. Ayşәnin ağlamaqdan dili söz tutmurdu. Sәlim onu bәrk-bәrk qucaqlayib saçlarindan öpdü. Ayşә Sәlimin qollarinda özünü itirdi. Artiq heçnә eşitmirdi. Hәr tәrәf qaranliq oldu. Vә Sәlimin sәsi...
Gözlәrini açdiqda iri bir yataqda idi. Bura öz otaği deyildisә hara idi? Yavaş-yavaş әtrafa boylandi. Divarlar çox rәngli idi. Dәrindәn nәfәs alib olanlari yadina saldi. Özünü toplayib ayağa qalxdi. Divardaki çәrçivәlәrә baxdi.
- Artiq ayaqlanmisan.
Ayşә diksinib arxaya çevrildi.
- Qorxuttum?
- Biraz. Şey.. Mәn..
- Stress keçirmisәn sadәcә. Kimә zәng vurmuşdun?
- Amilimim sәsini eşitmәk istәmişdim.
Sәlim Amili Murad hesab edәrәk qәzәblәndi.
- Amilin? Sәnә inana bilmirәm, Ayşә! Bu qәdәr acizsәn?! Mәnim gözlәrimә sevgiylә baxarkәn hәlә dә ürәyindә o alçaq nişanlin var?!
Ayşә nә baş verdiyini anlamirdi.
- Mәn sevgiylә baxmamişam sәnә!
- Ama mәn! Mәn axmağam. Sәni sevdim mәn, Ayşә!
Ayşә nә edәcәyini bilmirdi. Sәlim ona aşiq idi?
"Demәli, Leyla haqli idi. Axi Sәlim necә düşünә bilәrdiki mәn Murada zәng vurmuşam?"
- Hә, sәn axmaqsan! Necә düşündün o alçağa zәng vuraram? Mәnim nişanlimin adi Muraddi! Amil mәnim, mәnim qardaşimdi. Sәn әsil axmaqsan.
Ayşә qaçaraq özünә çölә atdi. Biraz dayanib düşündü. İndi nә edәcәkdi? Nә etmәliydi?
Sәlim isә özünü sözün әsl mәnasinda axmaq hiss edirdi. Bilmirdi necә bağişladacaqdi özünü.
Sәlim qaçaraq Ayşәyә çatib onu dayandirdi. Bugün evә onu Sәlim aparacaqdi, Leylanin xahişi ilә.
- Dayan! Ayşә, sәn elә deyәndә mәn elә bildim, yәnii... Hәr dәfә sәni incidirәm isdәmәdәn.
Daha sonra Ayşәyә yaxinlaşib saçlarin arxaya edib, dodaqlarina heç zaman unuda bilmәyәcәyi sehrli bir öpüş qondurdu.
Qulagina "səni sevirәm" deyә piçildadi...

Yazar: Sevinc
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 8 083
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri