Heç ağlamazdım

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 8 523
Səs ver:
(səs: 8)
Gözlədim səni həsrətlə hər gün,
Sənsə kibrit tək alışıb söndün,
Sonradan nə oldu əhddən mi döndün?
Mən belə bilsəydim heç ağlamazdım.

Heç ağlamazdım

Elə bilirdim məni sevirsən,
Məni qəlbinə hakim bilirsən,
Axı nə biləydim ikiüzlüsən
Mən bunu bilsəydim heç ağlamazdım.


Heç ağlamazdım

Bir zaman həyatda gərəkdim sənə,
Əbədi dost idim, dirəkdim sənə,
Gözümdə bir huri-mələkdin mənə,
Bilsəydim şeytansan heç ağlamazdım.

Heç ağlamazdım

Vurdun yerlərə təmiz sevgimi,
İncidib, küsdürdün həyatdan məni,
İndi vəfasız sınan qəlbimi,
Düzəldə bilsəydin heç ağlamazdım.

Heç ağlamazdım

Mən səni bir dəfə heç ağlatmadım,
Səndən incisəmdə sənə yalan satmadım,
Sən məni unutsanda mən unutmadım,
Unuda bilsəydim heç ağlamazdım.

Heç ağlamazdım

İnandım hər denən şirin sözünə,
Aldandım mən sənin mələk üzünə,
Neyləyim vuruldum qara gözünə,
Əgər sevməsəydim heç ağlamazdım.

(səs: 8)
Şərhlər: 5
Baxılıb: 8 523
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri