Xəyanətim bağışlanacaqmı? (11-ci bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 6 098
Səs ver:
(səs: 6)
7 saat sonra artıq Nazlıgil evə çatmışdılar....Nazlı bəzi lazımlı əşyalarını çamadandan çıxarıb yerinə uzandı...Yorğun olduğundan bütün çamadanlar səhər boşaldılacaqdı...Tək istədiyi sadəcə yatmaq idi....Dərin bir yuxuya getmək...Bu evə dönməsi, bu ölkəyə dönməsi sadəcə Nazlının ürəyini sıxır, hər şey üstünə-üstünə gəlirdi sanki....

Günorta olmuş, Nazlı gözlərini yavaş-yavaş açırdı...Yenə ağlına gələn ilk Ümid oldu....

Nazlı: -Lənətə gelmiş bu beyin yenə de onu düşünür...hələ ürəyimi demirəm.....onunçun çox darıxır((( Bəlkə açım kompu yazım? Offf sora deyəcək ki ayrılan bu yenə də gəlib yazan bu...Yox yox müvəqqəti belə olacam, sonra da unudacam...Mən axı güclüyem...Bir oğlanı unuda bilməyəcəm?!

Cəld yerindən qalxıb əl-üzünü yuyur...Mehdi işə getdiyindən, oda çamadanları boşalda bilməmişdi...Nazlı üçün də elə başını qatmağa bir şeylər lazım idi ve bunu çamadanları boşaltmaqla başlayır...Mətbəxə enib, səhər yeməyini yeyib, ev işlərinə əl atır...

Bütün işleri bitirdikdən sonra edəcək bir şey tapmayıb əlacsız televizoru yandırır. Gözləri televizora zillənmiş olsa da ağlı başqa yerdəydi...

Nazlı: -Mən kimdən niyə qaçıram ki? Həm kompdan niyə qaçıram ee? Elə ən gözəl başımı qatacaq olan şey kompdu da....

Cəld otağına qalxaraq kompu yandırıb agentə daxil olur...Onlaynda heç kim yox idi.....İçindəki ses Nazlıya, Ümidi iqnor siyasından çıxar ve yaz deyirdi....

Nazlı: -Off görəsən yaxşıdı? En azından halını soruşum(((

Nazlı fikrindən dönməsin deyə cəld Ümidi iqnor siyasından çıxarır....Bəli Ümid onlayn idi...Bu defə agentə məhz Nazlı üçün gəlmiş, onun gəlib yazacağını ümid edərək gözləmişdi....

Nazlı: -Salam necəsən?

Ümid: -Gəldin.....................Salam...Pisəm...dostumu itirmişəm...Səncə necə olmalıyam? Sən özün necəsən necə çatdın?

Nazlı: -Pis olma bax mən də pis olaram((( belə də normal çatdıq yorğun idim dincəldim indi yaxşıyam bir az...(danışırıq deyə yaxşıyam.) 

Ümid: -Məni dostluqdan çıxartmayacaqsan da hə?

Nazlı: -Yox çıxartmıyacam....

Ümid: -Sevindim aşkım.....(off öldün sən Ümid öldünnnn)

Nazlı: -Aşkım dərkən???

Ümid: -Olmaz deməy?

Nazlı: -Dost dosta nə vaxtdan aşkım deyir?

Ümid: -Eşitmişəm mən...(yalansa gözüve güllə dəysin Ümid)

Nazlı: -Elə olsun...( Öl elə qorxaq)

Ümid: -Həyatım darıxmışdım sənçün....

Nazlı: -Mən də (axaxa görəcəyimiz günlər var da...Neynəməyə çalışırsan axı?!)

10 dəqiqə sonra....

Nazlı: -Noldun? Niyə nəsə yazmırsan axı?

Ümid: -Aydaaa canım bağışla...Qıza cavab yazırdım sənə də elə bildim yazmışam...cavab yazmağını gözdüyürdüm of bağışla...

Nazlı: -Anlamadım nə qız??? Nəysə Ümid sağ ol çıxıram mən...

Ümid: -Ürəyim çıxma xaişşş...İnan tanış qızdı vacib məsələ danışırdım...

Nazlı özündən asılı olmayaraq qısqanclıq hisslərine qapılmışdı ve qeyri-ixtiyari...-Ok paroluvu ver mənə......yəni verə bilərsən??

Ümid: -Qurbandı ama neynirsən ki???

Nazlı: -Qızları siləcəm dostluqdan!!!!!!!!!

Ümid: -Ayda yaxşı daaa canım niyə silirsən axı qalıblar daaa.....(əslində Ümid də Nazlının qısqanclığını hiss edirdi və xoşuna gəlirdi)

Nazlı: -Sənə xoş söhbətlər Ümid!! Sağ ol

Ümid: -Aydaaa yaxşı yaxşı al parol: artıqsevirəm

Nazlı: -Kimi sevirsən????

Ümid: -Bağışla deyə bilmərəm ( qorxuram ya rədd etsən məni Nazlım)

Nazlı: -Nəysə keçirəm hesabıva siləcəm hamsını....Mənim də parolum: Nazlı1527...hələlik keç hesabıma...

Ümid: -Yaxşı başımın bəlası yaxşı...

Nazlı Ümidin hesabına daxil olduğunda şok vəziyyətdə...

Nazlı: -Yuuuuh Azərbaycanda qız qalmadı ta dostluğuva atmadığın??? Bu nədi?!! (off gəl indi bunnarın hamsını sil dəə)

Ümid: -əşi yoxeee onsuz elə belə qalıblar yazışmıram ancaq bizim qızdarnan danışıram yeni sinifyoldaşlarım filan...

Nazlı: -Nəysəəə!!! Eeeyş həm mənə nə ee? Mən sənin hesabında nə gəzirəm ee çox lazımıydı elə...

Ümid: -Caaaan qısqanc aşkımmm...Ölərəm elə sil sil nə istiyirsən elə...

Ümidin bu danışığı, ona rəftarı Nazlını çox sevindirirdi...Onun niyyətini bilsə də, bəlkə də tez bir zamanda sevgili olacaqları ağlına gəlse belə, özünü tam öyrəşdirməməyə çalışırdı...

Ümid: -Canım Röya sənə mesaj yazıb nəsə yazım???

Nazlı: -Aaa yoox gözlə özüm cavab yazaram...gəl keç hesabıva hələki...İşim bitmədi ama!

Ümid: -Xexexe yaxşı.....Sən onda danış mən çıxım dincəlim bir az...gələcəm ha burda ol Hələlik...

Nazlı: -Yaxşı sağ ol...

Nazlı öz hesabına keçərək Röyanın mesajına cavab yazır...

Röya: -Salaaammm mən gəldim necəsən canım??necə çatdin?

Nazlı hər şeyi Röyayla danışaraq....

Nazlı: -Həəə bax belə canım indi də sayı-hesabı olmayan bu qızları silirəm...

Röya: -Axaxaxa nələr olub nələr...İşin çətindi sənin uğurlar))))) Uşaq sevir dəə səni...Nə demişdim mən....Sabah biri gün də sevgili olarsız...Sora illər keçər evlənərsiz...Sora da cıqqılı cıqqılı bəbişlər))) Qızıvın adini Röya qoymasan öldürərəm səni 

Nazlı: -Axaxa ay dəli düzəltdində sən də)))..Onun etirafını mən gözləsəm saçlarım ağarar))) Nç yox eee yox dostuq biz dost nç yox....

Röya: -Az özüvü alladırsan ya məni? dostmuş...pah...az hansı oğlan qız dostuna parol verər, sevgililərin müraciət etdiyi sözləri deyər?)))

Nazlı: -Offf bilmirəm )))

Beləcə günlər bir-birini əvəz edərkən Nazlı ən xoşbəxt anlarını yaşayırdı...Ama23 avqust......

Nazlı Ümidlə danışarkən...

Nazlı: -Kapuçino hazırladım özüme içirsən? 

Ümid: -Yox çox sağ ol nuş olsun...

Nazlı: -Nyam nyam SEVİRƏM də kapuçinonu....

Ümid: -AMA MƏN SƏNİ SEVİRƏM........


 

Ardı var..
(səs: 6)
Şərhlər: 3
Baxılıb: 6 098
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri