Günəş və küləyin əhvalatı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 10 156
Səs ver:
(səs: 5)
Bir adam əynində pencək, başında papaq geyinib yolla gedirmiş. Günəş və külək mərcə gəldilər. "Bu adamın papağını və pencəyini kim çıxara bilər? "Püşk atdılar, birinci cəhd küləyə düşdü. Əsdikcə əsdi. Adam külək gücləndikcə papağından və pencəyindən daha da bərk tuturdu. Külək fırtınaya çevrildi.Yolçunu ora-bura çırpdı. Xeyiri olmadı. O, papağını və pencəyini itirməmək üçün var gücü ilə mübarizə aparırdı. Sonda külək sakitləşdi, təslim oldu.
İndi növbə günəşdə idi. O bir az görünəndə adam papağını çıxardı. Bir az da istiliyini artıranda pencəyinin düymələrini açdı. Günəş daha da qızanda pencəyini də çıxartdı. Külək: "Yaxşı, mərci sən qazandın"-dedi...

P.S: İnsanların xətaları üstlərindəki yaralar kimidir. Sərt bir əl ilə edilən müdaxilədən narahat olar, toxundurmaq istəməzlər. Qüsurlara günəş kimi isti şəfqətli yaxınlaşmalı, külək kimi sərtliyə əl atılmamalıdır. Sərtlik şəxsin dünən xəta dediklərini bu gün qəbul etməsinə səbəb olar.





(səs: 5)
Şərhlər: 4
Baxılıb: 10 156
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri