Mənim sualım?

Müəllif: Wiyinka
Şərhlər: 5
Baxılıb: 2 677
Səs ver:
(səs: 4)
Qorxma aldatmaram heç vaxt mən səni
Sevirəm deyirəm inanmırsan sən?
Yalandan deyirsən sevirəm səni
Yalan sozlərindən utanmırsan sən?
 
Bir zaman gələcək özün-özünə
Sual verəcəysən neynəmişəm mən?
Yalan deyəcəysən sözün düzünə
Yəqin doğru insan sevməmişəm mən

Yanından ötəndə yad bir insanla
Bəlkədə fərqində olmayacaqsan
Necə yaşayacaqsan böyük yalanla?
Məgər sən saralıb solmayacaqsan?
 
Vicdansız insandan vəfa gözləmə
Onda vicdan adlı kəlmə nə gəzir?
Doğru sözlərimə sən yalan demə
Məni Tanrım tanır bircə o bilir
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 2 677
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri