Xəyanətim bağışlanacaqmı? (26-cı bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 5 654
Səs ver:
(səs: 5)
Ümid: -Xahiş elirəm bağışla inan bundan sora hər şeyi yoluna qoyacam təki bağışla

Nazlı: -Uşaq, düşüncəsiz axmaqsan sən axmaq!!! Bəs deyirdin bir ananın bir də mənim göz yaşlarıma dözə bilmirdin hə? Ama qəsdən ağladırsan? Vacib idi bunu etməy? Niyə? Xoşuna gəldi acı çəkdiyimi görməy? Gözəli bəs çox isdirdin hə? Ama onun ölümünü unutmuş, öldüyü günün səhəri belə yalan danışırsan?

Ümid: -İnan peşmanam çox peşmanam nəolar bağışla

Nazlı: -Sənin kimi düşüncəsiz axmaq birisiylə davam edəcəyimi düşünmürsən də yəqin ki

Ümid: -Edəcəysən etməlisən! Bizə görə

Nazlı: -Biz deyilən bir şey qalmıyıb...Etdin ‘’zarafatanı’’,əzab çəkdiyimi, necə reaksiya verdiyimi də gördün indi rədd ol! Sən məni düşünsəydin, sevsəydin nə olur olsun acı çəkdirməzdin, bilə –bilə ki onsuzda mən Gözəlin ölümünə hələ də alışmamışam

Ümid: -Nə desən haqqlısan eşşəyəm mən axmaqam, xəsdəyəm nə istiyirsən de, vur öldür ama bitdi demə nəolar

Nazlə bu 2 gündə özünü bu xəyanətə o qədər alışdırmışdi ki, sanki Ümidin hələ də yalan dediyinə, xəyanət etdiyinə inanırdı. O, Ümidə xəyanət etdiyi üçün, Ümidin də qəzəblənib acıq çıxmaq üçün belə bir hərəkətə yol atdığını düşünürdü. Beynindəki bütün şübhələrə son qoymaq üçün Ümidin verdiyi nömrəyə yazmaq qərarına gəlir və:

Nazlı: -Ümidlə aranda nəolub?!

Leyla mesajın kimdən gəldiyini bildiyindən:

Leyla: -Ümid sənə nə deyibsə o da olub

Nazlı cavab yazmıyıb sadəcə düşünürdü ki 5 dəqiqə sonra Leyla yenidən mesaj yazır:

Leyla: -Ümid yalan deyib. Bilirəm inanmıyassan ama mən elə qız deyiləm. Aramızda heç nə olmuyub

Nazlı: -Məynən məzələnirsən az sən? Gah olub deyirsən gah yox

Leyla: -İnan olmuyub. Sən onu sevsəydin ona inanmalıydın ki, o belə bir şey etməz. Onu azda olsa tanıyıram və o səni çox sevir əsla elə bir şey eləməz. Ümid gəldi mənə dedi ki sadəcə belə zarafat edəcəm sən də kömək et. Əvvəlcə etiraz etdim ama sora razı oldum bilmirəm niyə. Çox peşmanam. Belə olsun istəməzdim. Bağışla.

Nazlı: -Ona inanıb inanmamağımın sənə dəxlisi yoxdu! Ümid gəlsin burda belə yalan danışsin mən də inanım??? Hansı inamnan danışırsan ki, indi ən böyük iyrənc yalanına şahid olmuşam. Onun etdiyi zarafat iyrənc zarafatdı və sən yaxşı qız olsaydın qəbul etməzdin. Sözü gedən zarafatın əslində necə iyrənc olduğunu özün də çox gözəl görürsən. Mənim sinif yoldaşım gəlib mənə elə söz desə nəinki onunla danışmamaq, üzünə tüpürərdim ki məni nə hesab edirsən?!

Leyla: -Yenə də deyirəm belə olsun istəməzdim. Bu hərəkətimə görə özümə nifrət edirəm. Ümidi də əsla bağışlamayacam. Çox peşmanam

Nazli: -Orasını ta özün bil

Ümid sevgisi üçün mübarizə apararkən, Röya universitet çıxışı cəld addımlarla qorxaraq evə doğru gedirdi. Buna qaçırdı desək daha doğru olardı çünki əmin idi ki, universitetdən çıxdığı andan bəri kimsə onu izləyirdi. Röya ara yoldan qaçıb evlərinə çatmaq istəyirdi ki bir səs onu daha da qorxutdu:

Elmir: -Hara qaçırsan balaca? Qorxma məndən ziyan gəlməz sənə

Bəli bu, Röya ilə eyni universitetdə oxuyan, 22 yaşlı, 4-cü kurs tələbəsi Elmir idi. Elmir uzun boylu, enli kürəkli, qaraqaş, qaragöz çox yaraşıqli oğlan idi və Röyanı uzun zaman izlədikdən sonra nəhayət ki bu gün hiss etdiklərini etiraf etmək qərarına gəlmişdi

Röya başını geriyə çevirdikdə, Elmirin simasından eyni universitetdən olduğunu tanısa da heç nə olmamış kimi evə doğru addımlamaqda davam edirdi. Bunu görən Elmir, üzsüzlüyünə vuraraq yaxınlaşıb Röyanın yanınca gəzməye davam etdi

Röya: -Hey dəlisən? Uzaqlaş burdan məhləye çatıram. Problem açma başıma

Elmir: -Qulaq asmayanacan heç yerə getmirəm

Röya: -Sən kimsən ki sənə qulaq asım?! Danışılası 1 şey yoxdu çıx get

Elmir: -Bəlkə mənim adımdan danışmayasan hm balaca??

Röya: -Balaca özünsən!!!

Elmir: -Balacasan da 1.82 boyum var səndə də yəqin 1.50 olar hə?

Röya qaşlarıni cataraq: -1.60 boyum var balaca deyiləm mən çıx get!!!

Elmir gülümsəyərək: -Hirslənmək də yaraşır ee sənə))) Mən də dedim yəqin 1.75 boyun var. Balacasanda. Ama çox gözəlsən yaraşır bu boy sənə

Röya: -Sənin kimi zürafə olmaqdan yaxşıdı əmin ol

Elmir: -Niyə? Bəyənmədin gələcək həyat yoldaşının, uşaqlarının atasının boyunu?

Röya: -Nəəəəəəəəə????ALLAH eləməsin !! Dəlisən sən? Mən həyatımda elə də böyük günah işləməmişəm ki Rəbbim səni mənə qismət edə

Elmir: -Pah nəolub ki mənə? Qızlar ölür e dərdimdən. Ama mənə sən lazımsan

Röya: -Çıx get dedim!!!

Elmir: -Nə inadkarsan ee!! Hə cavabı almayana qədər getmirəm heç yerə! Deyirəm balaca boyun ola ama belə sürətlə yeriyəsən

Röya: -Nə??

Elmir: -Deyirəm nəfəsim kəsildi asta yeri

Röya: -Gəbər öl

Elmir əsəbləşərək Röyanın əlində tutduğu çantanı dartıb havada saxlayaraq:

Elmir: -Qulaq asassan mənə ya yox?

Röya: -Heeeeeey çantamı ver!!!

Elmir: -Hey deil adım Elmirdi
(səs: 5)
Şərhlər: 4
Baxılıb: 5 654
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri