Ölümsüz sevgi (Bölüm 6)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 6 517
Səs ver:
(səs: 4)
Artıq may ayı idi. Məktəbdə dərsler qurtarmışdı, bütün uşaqlar həyətə çıxır söhbət edir və bir çox oyunlarla başlarını qatırdılar. Oğlanların bəziləri sevdikləri qıza qızılgül hədiyyə edərdilər. Cəlalda may ayının 25 bir qızıl gül alıb Jaləyə vermək isdədi. Gülü verərkən isə dedi:
-Jalə, səni sevirəm və qoy bu gül mənim sevgimin şahidi olsun.
Lakin Jalə yenədə onu pərt etdi. O, gülu alıb ləçəklərini qırıb onun üzünə atdı. Ancaq Cəlal -"şahid olmaq əvəzinə, şəhid oldu"- düşünərək özünü sınmamış kimi gösdərməyə çalışdı. Ürəyinde isə o, ölmüş kimi idi.
Beləliklə məktəb ilidə sona çatdı. Amma Cəlal hələ də Jaləyə öz sevgisini sübüt edə bilməmişdi. Lakin ona olan sevgisi günü gündən artırdı. Cəlal Jalənin telefon nömrəsini öyrənmişdi. O, hər səhər Jaləyə gözəl sözlərdən ibarət mesaj yazar, sonda isə Səni Sevirəm sözünü unutmazdı. Ancaq Jalə onun mesajlarına cavab vermirdi.
Bir gün Jalə Günay adlı rəfiqəsi ilə Cəlal barədə söhbət edir.
Rəfiqəsi: -Jalə sən səhv edirsən. İndi Cəlalın sevgisini qəbul etmirsən, amma gün gələcək peşman olacaqsan. Qarşına elə biri çixacaq səni elə incidəcək ki, o zaman Cəlalın sevgisini qəbul etmədiyinə üzüləcəksən.
 - Bəlkədə, ancaq hələ ki, mən həyatımı yaşayıram, heç də peşman olacağım gün barədə düşünmürəm. Axı kim məni peşman edəcək?! Həmdə Cəlal meni sevmir, onda da bütün oğlanlar kimi keçici həvəsdir.
Jalə bu sözlərdə yanılırdı, çünki Cəlalın sevgisi keçici deyil, əbədi idi. Lakin Jalə Cəlalı daha pis vəziyyətə salır, onu alçaldırdı.
2009-cu il 17 iyun. Həmin gün Cəlal bir daha mesaj göndərdi. Bütün mesajlara olduğu kimi bunada cavab gəlmədi. Cəlal bu dəfə cavabın gəlmədiyini görüb -"Bəlkə məndə heç Jalənin nömrəsi deyil, bəlkə nömrəni mənə səhv veriblər"- deyə düşündü və Jaləye zəng vurub, guya səhv düşübmüş kimi gösdərmək həmin vaxtda telefonu kimin götürdüyünü Jalə olub olmadığını aydınlaşdırmaq qərarına gəldi. Zəng vurdu. Cəlal yanılmamışdı, bu Jalənin nömrəsi idi. Jalə telefonu götürən kimi Cəlalı söyməyə başladı və -"Birdə mənə zəng vurma" deyərək telefonu söndürdü....


Ardı var...
(səs: 4)
Şərhlər: 4
Baxılıb: 6 517
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri