Ölümsüz sevgi (Bölüm7)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 6 066
Səs ver:
(səs: 11)
Cəlal Jalədən bu hərəkəti gözləməzdi. Jalə onun gözündən düşdü. Cəlal qərara aldı ki bir daha ona heçnə yazmasın və ondan həmişəlik əl çəksin. Lakin iyul ayının 4-ü Jaləyə sonuncu mesajı yazmalı idi. Çünki həmin gün Jalənin 15 yaşı tamam olurdu. Cəlal yenədə ona gözəl sözlərdən ibarət təbrik mesajı yazdı.
"Salam gülüm. Ad günün mübarək. Sənə uzun ömür və xoşbəxtlik arzu edirəm. Allah səni hər zaman qorusun. Mən sənin ürək döyüntülərinlə yaşayıram. Ona görə sənə uzun ömür arzu edirəm ki sən yaşadıqca məndə yaşayıb sənə "Səni sevirəm" deyim. Səni sevirəm. İmza: Cəlal."
Jalə bu mesajı oxuduqdan sonra çox təəccübləndi. O Cəlaldan təbrik mesajı gözləmirdi. Mesajı oxuduqdan sonra cavab yazmaq isdədi, lakin tərəddüd etdi və fikrindən daşındı. O, yenə Cəlalın sevgisinə inanmadı. 
Cəlal isə bir daha heç nə yazmamağı qərara almışdı. O, öz həyatını normal cavan oğlan kimi yaşamaq isdəyirdi. Kimsə ondan Jaləni sevirsən? deyə soruşanda o, unutduğunu Jaləni sevmədiyini deyirdi. Lakin ürəyində onu sevir, onu gözünün qabağına gətirərək yaşayırdı.
Aradan xeyli müddət keçdi. Cəlal artıq 11-ci sinifdə oxuyurdu. Jalə isə Bakıdan kənarda qohumlarıgildə yaşayır və ordaki məktəbin 10-cu sinifində oxuyurdu. Cəlal hələdə Jaləni sevir lakin öz sevgisini gizlıtməyə çalışırdı. Jalənin əvvelki sinif yoldaşları Cəlala yanvar tətilində Jalənin gələcəyini söylədilər. Bundan sonra Cəlal daha da həyəcanlanmağa başladı. Cəlal Jalə barədə bütün məlumatları yaxın dostu Talehdən öyrənirdi. Taleh Jalənin ən yaxın dostu idi. O Cəlala söz vermişdiki Jalə Bakıya gəlen kimi xəbər edəcək. Yanvar ayının 3-ü Jalə Bakıya gəldi.
Taleh elə həmin gün Cəlala bu xəbəri verdi. Cəlal səhər Jaləgilin evinə onu görməyə getdi. Lakin heç kimi görə bilmədi. Yanvarın 5-i Cəlal bir daha Jaləgilin məhəllələrinə getmək isdəyirdi. Ancaq Taleh buna etiraz edir, Cəlala bir az daha səbir etməsini söyləyirdi. Çünki səhər Jalə özü oların məktəbine gələcəkdi. Amma Cəlal səbr edə bilmədi. O, Jalə üçün elə çox darıxmışdıki saat doqquz olmasına baxmayaraq, onlara getdi. O, Jaləgilin həyətinə girib, pəncərədən evin içinə baxdı. Lakin heç kimi görə bilmədi...
Səhər yanvarın 6-sı Jalə məktəbə gəldi. Cəlal Jalə üçün məktub hazırlamışdı. Məktubda yazılmışdı:..

Ardı var...

(səs: 11)
Şərhlər: 3
Baxılıb: 6 066
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri