Sənə xoşbəxt ol deməyəcəm

Müəllif: Wiyinka
Şərhlər: 6
Baxılıb: 7 664
Səs ver:
(səs: 5)
Onu tanıyanda ikinci kursda oxuyurdum. Çox səmimi və canayaxın bir gülüşü vardı. Elə bu gülüşü çəkmişdi diqqətimi. Düzü elə çətin olmadı tanışlığımız. Deyəsən onun da məndən xoşu gəlmişdi. Buna görə tanış olmağa razılıq verdi.
O gün dərsdən sonra arxasınca evlərinə qədər getdim. Məhəllədə onu yolundan saxladım:
-Bağışlayın, sizinlə tanış olmaq olar?
Cavabı qısa oldu:
-Yox...
-Olsun ilk dəfə yox demək adətdəndir.
Sonra da ondan xoşum gəldiyini, fikrimin ciddi olduğunu bildirdim. O isə sadəcə susdu.
-Susmaq razılıq əlaməti sayılır.
O isə gülümsədi. Mən daha da ürəkləndim. Nömrəmin yazılı olduğu kiçik bir kağızı ona uzadıb əgər bir dəfə zəng eləsə onu bir daha narahat etməyəcəyimə söz verdim. Razılaşdıq. Ayrıldıq. Çox xoşbəxt idim - O gün
Əvvəlcə sadəcə xoşum gəlmişdi ondan. Ona qədər çox qız tanımışdım. Bir-birindən fərqli görünsələr də mənim üçün hamısı eyni idi. Bu sahədə çox təcrübəliydim. Onu da ələ almaq çox çətin olmadı.
Bundan sonra hər gün danışırdıq. Bir yerdə çox gözəl günlər yaşadıq, bayramlar keçirdik. Ona görə dostlarımdan ayrıldım, ailəmdən uzaqlaşdım. Hər ayrılıq məni ona daha da yaxınlaşdırdı. Artıq ona bağlanmışdım. Onu sevirdim. Bu sözü çox qıza demişdim. Ancaq heç vaxt özümə deməmişdim. Kiməsə "Səni Sevirəm" deyəndə özümə "sevmirəm ki, sadəcə xoşum gəlir"- deyərdim.
O, başqa sevgililərimdən fərqli olaraq məndən heç nə istəmirdi. Yanında inanılmaz bir hüzur, rahatlıq hiss edirdim. Çox xoşbəxt idim. Mən sevməyi bacarmırdım. Eyni anda iki qızla danışır, başqasına isə xəbər göndərirdim. Bir gündə üç görüşə getdiyim də olurdu. İlk vaxtlar onunla sevgili olanda heç nə dəyişməmişdi. Neyniyim? Tərgidə bilmirdim xasiyyətimi. O isə çox şeyə göz yumdu.
Mənim və sevgimizin xətrinə. Hər səhvimin qarşılığında məni bağışlamağı bacardı. Ona günbəgün, anbaan vurulurdum. Onu tanıdığım üçün çox xoşbəxt idim.
O yay universiteti bitirirdim. Artıq bir aydı ona zəng eləmirdim. Onun zənglərinə isə könülsüz cavab verirdim, bir bəhanə tapıb sağollaşmağa çalışırdım. Ara soyuyurdu. Amma ayrılmaq istədiyimi ona söyləyə bilmirdim. İstəyirdim ki, ayrılıq üçün ilk addımı o atsın. Elə də oldu. Mənə zəng eliyib 'Son dəfə görüşməliyik' - dedi. Razılaşdıq, getdim. O gün həmişəkindən daha gözəl görünürdü, tək bir fərq var idi gözlərindəki əvvəlki sevinc, əvvəlki parıltı yox idi. Elə bil sönmüşdü. Vurulduğum o gülüşündən isə əsər - əlamət qalmamışdı. Utanırdım üzünə baxmağa. Günahkar idim. Yenə həmişəki kimi əvvəlcə səbəbini soruşdu:
-Niyə mənə zəng eləmirsən?
Mənsə :
-Vaxtım yox idi. Bir az başım qarışıq idi.
-Biir az? Bir aydı səs - sorağın çıxmır. Səncə bu azdı?
Susdum
-Deyəsən başqası var?
Yenə də cavab vermədim. Susmaq razılıq əlaməti idi. Mənim üçün isə ayrılıq əlaməti idi.
-Belə də olmalıydı da. Necə mənə görə kimisə atmışdın, elə də kiməsə görə məni atdın. Bu ki sənin xasiyyətindi. Sənə xoşbəxt ol deməyəcəm, çünki sən buna layiq deyilsən...!
Dedi və getdi. İlk günki kimi o gözdən itənəcən arxasınca baxdım. İndiyə kimi çox qız olmuşdu həyatımda. Amma heç birinə görə ağlamamışdım...
Bir aydı toyuma hazırlaşırdım ya da mənim əvəzimə hazırlaşırdılar mənim toyuma.
Bir ay əvvəl. Onunla görüşdən qayıtmışdım. Anamla mübahisə etdik. Məni evləndirmək niyyətinə düşmüşdü. Hətta qız da tapmışdı - rəfiqəsinin qızı. Anama görə həm ağıllı, həm də tərbiyəli idi. Qızın hə-si də artıq alınmışdı mənə isə deməyə söz belə qalmamışdı. Mən sevən qızın heç adını da eşitmək istəmirdilər. Çox qışqır-bağır saldım - xeyri olmadı. Yalvar-yaxar elədim yenə də fayda vermədi. Axırda başımı götürüb çıxdım evdən. Düz on gün evə gəlmədim. Sonra isə atam zəng elədi və anamın çox xəstə olduğunu bildirdi. Tələsik evə qayıtdım. Evimizə matəm sükütü çökmüşdü. Anam əlində rentgen kağızı ağlayırdı:
-Mənim yoxluğuma nə qədər tez alışsan, o qədər yaxşıdı.
İnanmadım amma həkimi də eyni şeyi deyirdi. Anam çox xəstə idi.
Bir-iki gün keçdi yenə evlənməkdən söz düşdü. Özü demiş, bu xəstə anamın son istəyi idi. Dünya gözü ilə övladının xoşbəxtliyini görmək istəyirdi. Ancaq məni xoşbəxt gördükdən sonra rahat ölə bilərdi...
Mənsə susdum. Susmaq razılıq əlaməti idi. Özümü düşünmürdüm. Hər halda heç düşünmədən özümü, öz xoşbəxtliyimi anama qurban verə bilərdim. Bəs onu? İlk dəfə idi ki, özümü bu qədər bədbəxt və çarəsiz hiss edirdim. Anamın xəstəliyi barədə ona heçnə demədim. Düşünürdüm ki, mənə nə qədər çox nifrət etsə o qədər tez unudar.
Onunla ayrılandan bir həftə sonra toyum oldu. Hamı deyib - gülür, sevinirdi. Mənə hər xoşbəxtlik arzulananda qulağımda onun son sözləri səslənirdi: "Sənə xoşbəxt ol deməyəcəm, çünki sən buna layiq deyilsən...!"
Artıq çox gec idi anamın mənə yalan dediyini öyrənəndə. Özünün dili ilə desək kiçik bir yalana əl atmışdı məni evləndirmək üçün. Hər şeyi mənim xoşbəxtliyim üçün etmişdi...
Mən isə indi xoşbəxt deyiləm...! Üstəlik aldığım qızı da bədbəxt elədim, atdığım qızı da.
(səs: 5)
Şərhlər: 6
Baxılıb: 7 664
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri