Gedirəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 10 154
Səs ver:
(səs: 4)
Daha tərk edirəm mən bu şəhəri,
Son dəfe geriyə baxıb gedirəm.
Unudub qüssəni, qəmi kədəri,
Mən çox uzaqlara çıxıb gedirəm...
                                         
Sənlə yox, rəsminlə qucaqlaşaraq,
Göz yaşı tökürəm uşaqlaşaraq.
Sevgilim, səndən də uzaqlaşaraq,
Coşqun bir çay kimi axıb gedirəm.
Mən çox uzaqlara çıxıb gedirəm...
                              
Oxu bu şeirin bu son qismini.
Eşqimlə ruhuma yazdım ismini.
Səndən tək yadigar qalan rəsmini,
Son dəfə köksümə sıxıb gedirəm.
Mən çox uzaqlara çıxıb gedirəm...


(səs: 4)
Şərhlər: 4
Baxılıb: 10 154
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri