Xoşbəxtsən

Müəllif: Wiyinka
Şərhlər:
Baxılıb: 1911
Paylaş:
Səs ver:
(səs: 4)
Bir kasıb uzaq bir səfərə çıxmalı olur. Ayağında ayaqqabısı, başında papağı olmadığı üçün bu səfər zamanı çox əziyyət çəkir, ayaqlarını daşlar əzir, başını gün yandırır. Bir dəfə oturub düşünür və özünü möhkəm qınayır, deyir ki, sənin tay-tuşların dəvə karvanları ilə yola çıxırlar, sən isə ayağına geyməyə ayaqqabı da tapmırsan. Bu yaşa qədər gəlmisən, qarın dolusu çörək yediyini də xatırlamırsan.
Bəli, bu kasıb özünü xeyli qınayandan, danlayandan sonra durub yoluna davam edir. Gəlib bir kəndə yetişir. Baxır ki, yolun kənarındakı iri bir daşın üstündə təxminən onunla yaşıd bir adam oturub. Yolçu diqqət edib görür ki, meh əsdikcə həmin adamın şalvarının balaqları havada oynayır. Baxır ki, adamın ayaqları dizdən aşağı yoxdur. Daşın dibinə isə bir cüt qotazlı çarıq qoyulub. Əlini cibinə salır ki, ona bir şey versin, amma onun cibi nə zaman pul görmüşdü ki? Yolçu kəndin çıxışındakı bir bulaqdan su içib əl-üzünü yaxşıca yuyandan sonra yoluna davam edir. Daha onun ayaqları əvvəlki qədər ağrımırdı.
Bu misalı ona görə çəkdik ki, çarığı olmayan adam ayaqları kəsilmiş birisini görməmiş ayaqlı olmağın nə qədər böyük nemət olduğunu anlaya bilmir.
Çoxumuz insanlardan fərqlənmək, hamıdan üstün olmaq istəyirik. Amma illərlə yataqda zillət çəkən bir xəstədən soruşun və görün ki, hamı kimi normal addımlaya bilməyin, istədiyini yeyə bilməyin özü nə qədər böyük nemətdir.
Amma biz bu yazımızda dünya səadətindən bəhs etməyə çalışdıq. Onu demək istəyirik ki, insan öz səadətini uzaq yolların o başında, Qaf dağının o üzündə axtarmamalıdır. Hər kəs əmin olmalıdır ki, onun könlünü rahat edən xoşbəxtlik haradasa ətrafındadır və onu tapmağa çalışmalıdır.
Xoşbəxtlik hər şeydən öncə mənəvi kateqoriya, dünyagörüşüdür. İnsan çox şeyin qədrini onu itirəndən sonra bilir. Xoşbəxtlik həm də Allah-Təalanın verdiyi nemətlərin qədrini bilmək və o nemətlərin qarşılığında şükür etməyi bacarmaqdır. Şükürün ifadəsi əslində insanın dilində açan xoşbəxtlik çiçəyidir.

loading...
(səs: 4)
Şərhlər:
Baxılıb: 1911
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv