Xəzan günəşi (6-cı bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 351
Səs ver:
(səs: 1)
Mətbəxdəydim.(o özü də bu yalana görə utandı).

---Yoxsa mətbəxdə mənimçün nəsə hazırlayırsan,hə?

Müjgan tutuldu.

---Yox!

Onun bu kəskin etirazından Tuncay alındı.

---Yaxşı,yaxşı,əzizim,sən yorulma.Bilirəm istirahət günündür.Mən bu gün sizə gəlmək istəyirəm.

Müjgan ona nə cavab verəcəyini bilmədi.

---Gəlmək istəyirsən,gəl.

---Hə,sənsiz çox darıxmışam.Bir də səninçün hədiyyə gətirmişəm.Yeməyə nə alım gətirim?

---Heç nə lazım deyil.Nəzərinə çatdırmaq istəyirəm ki,hərdən mən də kitablardan başımı qaldırıb yeməkçün nəsə hazırlaya bilirəm.Heç olmasa sənin xatirinə bunu edərəm,əzizim.

Tuncay onun bu hərarətli sözlərindən elə sevindi ki,elə bil bütün bədəni keyidi.O Müjganın görüşünə çox tələsirdi.Evə getdi,ata-anasıyla söhbətdən sonra vacib işi olduğunu bildirib evdən çıxdı.O hədiyyələri götürdü,çıçək mağazasından çobanyastığı çiçəyi aldı.Müjgan bu çiçəyi çox sevirdi.O Müjganın mənzilinin qarşısında dayandı.Tuncay dəfələrlə burda dayanıb geri qayıtmışdı.Çünki Müjgan heç vaxt onu içəri dəvət etməmişdi.Amma bu dəfə o məhz içəri dəvət olunmaqçün gəlmişdi.Tuncay onunla bir yerdə oturacaq,bir neçə saat onunla birlikdə vaxt keçırəcək,söhbət edəcəkdi.

O qapının zəngini basdı.Müjgan qapının qarşısında göründü.O saçlarını yenə açıb tökmüşdü.Əynində qara don vardı.Qara rəng ona çox yaraşırdı.Müjgan ona gülümsədi.Tuncay isə həsrətli baxışlarla gözlərinə baxdı.Hər ikisi bir neçə saniyə duruxdu.Müjgan onu içəri dəvət etdi.Tuncay isə həyəcandan əlindəki çiçəkləri verməyi unutmuşdu.Onun əl-ayağı bir-birinə dolaşırdı.O bilmədi ki,ayaqqabılarını harda çıxarsın.Müjgan onu həyəcanlı olduğunu görüb gülümsündü.Tuncay ayaqqabılarını çıxarıb başını yuxarı qaldıranda Tuncayla göz-gözə gəldi.

---Hə,lap yadımdan çıxmışdı.Bu çiçəklər səninçündü,əzizim.Bir də bu hədiyyələr...Yəqin ki,bəyənərsən.

Müjgan diqqətlə çiçəklərə nəzər saldı.Təravətli və gözəl idi.Elə bil Tuncay onun qəlbindən keçənləri hiss etdi.

---Sənin gözəlliyinə çatmaz.Amma bunlar da sənin kimi incə və təravətlidir.

---Çox sağ ol,əzizim.

---Çiçəklərə görə,yoxsa xoş sözlərə görə?

---Hər şeyə görə.Yaxşı ki,varsan!Səni bayaqdan burda saxlamışam,keç içəri.Xoş gəlmisən!

---Nəhayət ki,məni evinə dəvət etdin.Yaxşı ki,heç olmasa indi insafa gəldin.

Müjgan onun incikliyini yaxşı başa düşürdü.Amma təəssüf ki,Tuncay bilmirdi ki,Müjgan bilə-bilə ondan uzaq gəzməyə çalışır.Tuncay nabələd olduğu üçün hansı tərəfə gedəcəyini bilmədi.Müjgan onu qonaq otağına ötürdü.Özü isə mətbəxə keçdi,gülləri suya qoyub gətirdi.Tuncay otaqda var-gəl edirdi.Onun gözü Kənanın şəklinə sataşdı.Onlar heç vaxt Kənan barəsində danışmamışdılar.Tuncayın şəklə diqqətlə baxışı Müjganın gözündən yayınmadı.Tuncay əllərini cibinə qoyub heykəl kimi şəklin qarşısında dayanmışdı.O Kənanın məğrur və yaraşıqlı simasını seyr edirdi.Qəlbində kədər baş qaldırdı Tuncayın.Acı həqiqətlər daha da qabardı.Qısqanclıq içini parçalayırdı.Etdiyi yanlışlar,günahlar bu fotoşəkildə güzgü kimi əks olunmuşdu.Gözlərini yumdu.Arxaya çevrilə bilmədi.Müjgan da arxada dayanmışdı.O da susurdu.Onların arasında sükut danışırdı.Bu sükut Müjana deyirdi:

---Axı niyə bu şəkli götermədin burdan?Bilirdin ikimizin də qanını qaraldacaq.Biz onun ölümündə günahkar deyilik.Biz istəməzdik...axı...

---Biz onun ölümündə günahkar olmasaq da bu evdə görüşdüyümüz üçün günah daşıyırıq.Mən o fotoşəkli orda qoydum ki,hər ikimiz onun varlığını hər an xatırlayaq.Bir də ki...bura onun evidir.Onun xatırəsinə hörmət etməliyik.O vətəni qorumaq uğrunda həyatını itirdi.Bəs indi öz könlümü xoş etməküçün onun şəklini necə daldeyə atım?Sən gedəndən sonra mən yenə onun xatirəsiylə tək qalacağam.Vicdanımı necə sakitləşdirəcəyəm?Mən səni onun gözləri qarşısında qonaq kimi qarşılayıram.O bizim görüşümüzə şahid olsun .O zaman mənim qəlbim rahatlıq tapar.

Tuncay arxaya çevrildi.Müjganın kədərlə ona baxdığını gördü.Tuncay sükutun ona anlatdıqlarını anlamışdı.O fotoşəklin niyə burada olduğunu anlamışdı.Onlar bir-birindən heç nə soruşmadı.Müjganın on doqquz il bundan qabaq dünyasını dəyişmiş həyat yoldaşına sədaqəti Tuncayı heyrətləndirmişdi.Onun Müjgana olan sevgisi daha da artdı.O indi anladı bu qədər vaxtı Müjganın niyə onu evə dəvət etmədiyini.Onlar baxışlarla bir-birini çox gözəl anlayırdılar.

Müjgan dedi:

---Gəl süfrədə əyləş.Səninçün yüngülvari peçenye,pirojna hazırladım.İstəmədim mağazadan alım.Bilirəm,sən mənim evdarlığıma şübhə edirsən.Haqsız da deyilsən.Axı görmədən necə inana bilərsən?

Tuncay gülümsəməyə çalışıb başını astaca tərpətdi.O özünü ələ almağa çalışırdı.Müjgan aradakı gərginliyi qaldırmaq üçün həzin musiqi qoydu.O süfrəyə cürbəcür şirniyyatlar,konfet,mürəbbələr düzdü.Tuncay arxası fotoşəklə tərəf oturdu.Qəribədir,onu görmədikcə varlığını daha çox hiss edirdi,daha çox narahat olurdu.Bu hissi Müjgan da hər zaman keçirirdi.Ona görə də Müjgan Tuncaya :

---Əzizim,gəl bu tərəfə keç.Yanımda əyləş.Özünü evindəki kimi hiss et.

Bu sözdən sonra Tuncay yüngülləşdi və yerini dəyişdi.Onlar musiqi sədaları altında söhbət edirdilər.Müjgan tələbəlik illərindən,əvvəlki tələbələrlə indiki tələbələrin fərqindən danışırdı.Tuncay isə Türkiyə səfərindən,oradakı insanların fərqliliyindən danışırdı.Onlar dostcasına söhbət edirdilər.Aralarındakı münasibətin adı nə idi?Onlar bu sualın cavabını dəqiqliklə verə bilməzdilər.Hər ikisinin qəlbində çılğın sevgi olsa da hisslərinə nəzarət edirdilər.Müjgan artıq davranışları özünə yaraşdırmırdı,Tuncay isə Müjgana qarşı hörmətsizlik etmək istəmirdi.Onların söhbəti ətraflıydı.Hətta Müjgan ona uzun uzadı öz tələbələri haqda da danışdı.Tuncay mənalı baxışlarla ona baxıb:

---Mən də sənin tələbən olmaq istərdim.

---Niyə?

---Hər dərs səni dinləyərdim yorulmadan.

---Onda yorulardın.Tələbələr bəzən müəllimlərdən o qədər bezir ki,dərslərdə iştirak etmir.

---Sənin elə tələbən var?

---Hə,niyə yoxdur.

---Yəqin ki,onda o çox ağılsızdır.

---Soruşmuram niyə belə düşündüyünü.Axı həmin tələbələr sənin yerində deyil.Onlar məni görmək istəmir.Təbii ki,dərsimdə də sıxılırlar.

---Müjgan mən səni sevdiyimçün demirəm.Amma mən inanmıram ki,hər hansı bir adam səndən bezsin.Səndə anlaya bilmədiyim bir cazibə,bir elektrik var.Sənin qəlbin də siman qədər gözəldir.

Müjgan Tuncayın bu heyranlığından məst oldu.Sözlər söyləndikcə onun ruhuna xoş hisslər hakim kəsilir.Onlar musiqi dinləyib,nahar etdilər.Müjgan gördü ki,Tuncay evə getmək haqda söz salmır.Dedi:

---Bəlkə anan nigarandı,səni gözləyir.Bu qədər vaxtdır üzünü görmürlər.Onları gözlətmə.

Tuncay onun narahatlığını sezdi.

---Bəs sən?Sən neçə vaxtdır məni görmürsən.Darıxmadın?

Müjgan qolunun qırağına qoyduğu eynəyi gözlərinə taxıb ciddi bir görkəm aldı.

---Bunun məsələyə nə dəxli var?

Tuncay bildi ki,o yenə də həmişəki kimi gözlərini gizlədərək qəlbindən keçənləri də gizlətmək istəyir.Lakin Tuncay verdiyi sualın cavabını çoxdan almışdı.O ayağa durdu,ətrafa nəzər saldı.Kənanın fotoşəkli yenə diqqətini çəkdi.Artıq bu fotoşəkil ona dəhşətli gəlmirdi.Elə bil Kənanın baxışları da yumşalmışdı,sakitləşmişdi.Tuncay özündən asılı olmadan Müjganın saçlarına sığal çəkdi və ipək saçlarından öpdü.O sağollaşıb iti addımlarla getdi.

 

 

---Fidan qızım,dərslər necə gedir?Nə vaxtdandır heç ana-bala dərdləşmirik.

---Ana,dərslərim çox ağırdır.Heç nəyə vaxt çatdırmaq olmur.Neçə vaxtdır rəfiqələrimlə görüşməyə də vaxt tapa bilmirəm.

---Qızım,səninlə açıq danışmaq istəyirəm.

Fidan anasının üçünə həyəcanla baxdı.Gözlərini yerə dikdi.Ona elə gəldi ki,gözlərində hər şey yazılıb.Bəlkə qəlbindəki gizli duyğulardan anasının xəbəri var.O sadəcə onu sevən bir qəlbi arzulayırdı.Uzaqdan uzağa.Sadəcə baxışlar bir-birindən xəbərdar idi.Baxışlar bir-birini seyr edib danışardı.Bundan artıq heç nə.Bu Fidana kifayət idi.Onun qanadlanıb uçmağına,həyata bağlanmağına,sevinməyinə,kövrəlməyinə kifayət idi.O baxışlar Fidana laqeyd olanda Günəş qürub edərdi,fırtınalar,qasırğalar qopardı.O göz yaşlarında boğulardı,hönkürərdi.Ürəyinə ən dəhşətli hisslər,ağlına ən dözülməz fikirlər gələrdi.O kiçilərdi,büzüşərdi,lap balacalaşardı kədərdən.Səbəbi ona laqeyd olan baxışlar,başqa tərəfə dikilən gözlər idi.Qısqanclıq Fidanın qəlbini tar-mar edərdi.Görünür anası onun susqun məhəbbətindən xəbərdar idi.Anası onun narahatlığını sezsə də sorğu sual etmədi

---Fidan,bilirəm hələ oxuyursan,başqa fikrin hələ ki,yoxdur.İş yoldaşlarımdan,tanış bilişlərdən mənə söz göndərənlər çoxdur.Səni çox adam soruşur,bəyənir.Mən də eləcə bilmək istəyirəm...Qızım bəlkə...Deyirəm bəlkə...

---Yox,ana,yox!Xoşuma gələn yoxdur.Nə də ərə getmək fikrində deyiləm.

Fidan gödəkçəsini götürüb həyətə düşdü.O pilləkanları enərkən göz yaşlarını saxlaya bilmirdi.O heç nə anlaya bilmirdi.Tək onu anlayırdı ki,onu görmək istəmir.Sabah onun üzünə baxmayacaqdı.Bu gün yenə yeməkxanada onu başqa qızlarla oturub söhbətləşən gördü.Fidanı da görəndə yalançı qəhqəhələrlə onu incitmək istədi.Fidan anlamışdı ki,o daha baxışlarla sevməkdən usanıb.O bax bu cür əylənməyi,deyib gülməyi xoşlayır.Fidanın qəlbi qırılmışdı.O hələ Fidana ismarıc da göndərmişdi.

---Ya mənimlə görüşsün,ya da mən onunçün oyuncaq deyiləm.Belə uzaqdan nə qədər vaxt öldürmək olar?

Fidan bu sözləri həqiqətən də onun söylədiyinə inanmamışdı.Sən demə lal sevgi dil açanda dəhşətli olacaqmış.Kaş ki,ömürlük lal qalaydı bu sevgiləri.Fidanın yadında eləcə məsum qalaydı.Kaş ki!Bu həyəcan və intizar dolu baxışmalar onun fikrinə vaxt itkisiymiş sən demə.Aman Allah,bu necə qəddarlıqdır.Bu nə qədər düşüncəsiz,hissiyatsız kəlmələrdir.Bu sözləri o gözəl gözlərin sahibi söyləmiş ola bilərmi?Fidan yolun kənarındakı uca şam ağacına söykəndi.Əllərini gödəkçənin cibinə qoyub ayaqlarını çarpazladı.Ətrafında cərgəylə düzülmüş şam ağacları uzanırdı.O uzaqlara baxırdı,lap uzağa.Həmin uzaq nöqtədə cürbəcür baxışlar vardı.O baxışların hamısı Fidana zillənmişdi.Artıq o baxışlardakı ifadələri sezə bilirdi.Rişxəndli,laqeyd,kədərli,sevincli,məsum,istehzayla dolu,çirkin fikirli baxıları ayırd edirdi.O gözəl gözlərdən qorxurdu.O qaçırdı,xilas olmağa çalışırdı.Gözlər onu təqib edirdi,onu izləyirdi.O qurtulmağa çalışanda yenə yaxalanırdı.Fidan artıq mənzilinin qapısı qarşısında dayanıb qapının zəngini basdı.Arxaya çevrilməyə isə ürək eləmirdi.
Tuncay işdən qayıdıb evdə bir az istirahət etmək istəyirdi.Ata-anası əmisigilə qonaq getmişdi.O kresloda oturub stolun üstündəki jurnalı əlinə aldı.Məqalələrin başlıqlarını nəzərdən keçirməyə başladı.”İkinci baharın sakinləri”.Başlıqların biri beləydi.Bir qadının etirafları və əzabları onu düşündürdü.Ona elə gəldi ki,o hər şeyə peşmandır.Bu fikri uzaqlaşdırmağa çalışırdı.Amma bu fikir artıq qəlbinə dolmuşdu.Ürəyi şiddətlə döyünürdü.Həyatı yalnışlardan ibarət olan Tuncay yerlə göyün arasında sıxılırdı.İrəli getməyin yalnış olduğunu anlayırdı.Bəs geri necə qayıtsın?Bu daha çətin idi.O indi anladı Müjganın ondan uzaq gəzmək istəməyinin əsl səbəbini.Onun müdrik və gözəl gözləri bu düşüncələri əvvəldən oxumuşdu.Tuncayın kimsəsi yox idi içindəki sıxıntıları söyləsin.

Müəllif: Aygün
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 4 351
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri