Belə ayrılıqmı olur?

Müəllif: Wiyinka
Şərhlər: 4
Baxılıb: 3 240
Səs ver:
(səs: 2)
Ayrılaq demişdin. Sözünə hörmət göstərmişdi qəlbim. Sevə-sevə ayrılmışdım səndən...
Sonra çıxıb getmişdin məndən. Ardına da baxmadan. Əlim-qolum yıxılmışdı yanıma çarəsiz-çarəsiz.
Ayrılırdıq...
Ayrıldıq...
İnsafsızmış zaman nə yaman...
Mənə necə zərbə vuracağını duydurmamışdı belə. Ayrılığı yaşamağa söz vermişdim qəlbimə.
Elə uzaq idin ki, məndən.
Ağlasam belə...
Yalvarsam belə...
Xəyalların dizlərinə düşsəm belə...
Dönməyəcəkdi o günlər, dönməyəcəkdin sən belə.
İndi gözlərimin bir yolu var.
Sənsizliyin sonsuzluq yolu.
Hər gün dönüşündə qapanan kirpiklərimin günahına batıram.
Özümə deyil, könlümə deyil, yol yorğunu olan gözlərimə acıyıram.
Belə ayrılıqmı olur???
Ayrılığı yaşaya bilmirəm inan mən.
İlləri özümə yoldaş etmişdim. Yenə də edə bilərəm. Amma sənsiz yaşanmır. Amma sənsiz il olmur ki.
Gözlərimdə özümə bağışlaya bilməyəcəyim bir həsrət var.
O günaha hər gün hər gün daha dərin batıram.
Ağlımdasan, yadımdasan.
Belə ayrılıqmı olur???
Uzun yolun qısasında qovuşanları görüncə, yanaqlarımdan səssiz, sorğusuz, sualsız yaşlar süzülür. 
Dodaqlarıma toxunurlar. Bilsən necə acı dadır bir bilsən.
Amma mən o yaşı acılığı ilə dadıram. Heç olmazsa səndən bir xatirədir sənin üçün axıdılır deyə.
De, de, de, belə ayrılıqmı olur hə de.
Unudulması mümkün olmayan sevgi yollarından istəksiz addımlayan bir insanın getməsi ayrılıq deyil, ölümdür. Ölümümü istədin bu illər boyunca.
Nə arzular yaratdım nə xəyallar qurdum neçə göz yaşları daddım eh nə biləsən ki.
Bir onu deyə bilərəm sənə.
Belə ayrılıqmı olur???
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 240
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri