Xəzər və Dəniz (3-cü bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 8 127
Səs ver:
(səs: 1)
Mən nələr baş verdiyini anlamağa çalışırdım. Yox tək heç nə anlaya bilməyəcəm. Dəryaya zəng vurmalıyam. Zəng vurub Dəryaya hər şeyi danışdım.
-Di o dəli olub? bu nə deməkdi axı? Siz sevgilisiz? Sən niyə ondan icazə almalısan axı?
-Bilmirəm Dərya mən ondan qorxuram bu nə iş idi mən düşdüm
-Yaxşı qorxma ver onun nömrəsini mənə görüm öyrənək nədi onun dərdi? Dağdan gəlib o?
Mən nömrəni Dəryaya verdim. Yarım saat sonra Dərya zəng vurdu. Səsində qəribəlik vardı. Sanki nədənsə ənim danışırdı
-Dərya nə dedi?
-O səni sentyabrdan izləyir sənin haqda hər şeyi bilir. Dəniz mənimdi deyir. Bilirsən Rəşadın paylaşdığı şəkli sildirib Rəşadıda hədələyib ki, sənə yüz metrdən belə yaxın durmasın.
-Dərya mən onu tanımıram kimdi, nəçidi? Bəlkə oğrudu bəlkə narkomandı? Mən qorxuram.
-Dəniz kimliyin zamanla öyrənəssən amma bilmirəm niyəsə o məndə güvən yaratdı. Bir şeyi dəqiq bildim. O səni sahiblənib niyyətindəndə dönən deyil. Bu sevgidən üstün bir şeydi.
-Dərya mən özüm ona zəng vurub deyəcəm ki, məndən uzaq dursun. Axı o kimdi mənlə belə danışır?
-Yaxşı vur.
Mən Dəryayla sağollaşıb Xəzərə zəng vurdum.
-Sən özünü nə sanırsan hə? Mən səni tanımıram bildin. Axı kim sənə icazə verib ki, mənim qrup yoldaşımı hədələyəsən? Məndən uzaq dur.
O sakit səs tonuyla
-Birdə mənə səsini ucaltma, ağıllı ol.
Mən nəsə demək istəyirdim ki
-Məndən sonra söz deməyəcəksən bunu öyrən.
Axı niyə mən onun bu sakit halından belə qorxuram. Gecə Xəzərdən mesaj gəldi
-Əslində danışacaq çox söhbət var amma zamanımızda çoxdu hər şeyi danışacayıq. İndi yatmaq lazımdı.
Bu necə insandı tanrım mənə kömək ol. Axı nə yazım mən buna? Ağlıma Dərya gəldi tez ona zəng vurub mesajı sözbəsöz dedim.
-De mən nə yazım axı ona? Bəlkə heç nə yazmayım özü yazar yazar axırı bezib əlçəkər?
-Dəniz inanmıram.
-Onda sən de nə yazım?
Dəryanın dediyi mesajı Xəzərə yazdım
-Mən heç nə başa düşmürəm.Yəni bu nə deməkdi axı? Sən heç mənim fikrimi soruşmadın.
Xəzər Dəryanın mənə yazdırdığı bu mesajdan əsəbləşib zəng vurdu.
-Sənin başa düşməli olduğun bir şey var mən səni seçdim sən mənimçün yaranmısan. Sənin fikrin mənimçün önəmli deyil. Mənim olassan bunu qəbul et və bundan sonra mənim varlığımla yaşamağa öyrəş. İndisə gecən xeyirə şirin yuxular.
Onun səs tonu ele idiki sanki insanı özünə tabe edirdi. Mən ona sadəcə "Sənində gecən xeyirə " deyə bildim sadəcə..Təbiki yenidən Dəryaya zəng vurub hər şeyi danışdım. Dərya yenə gülürdü.
-Dərya niyə gülürsən 2 günün içində Xəzər həyatıma girdi çixmaqda niyətində deyil.
-Canım mənim o səni indi tanımağa başlamayıb ki, o artıq səni sevir. Sən sadəcə onada özünədə vaxt ver. Amma dəli qız bunu gedib ona demə onsuzda sənin danışdıqların ona təsir etmir.
-Of Dərya mənim indi bir sevgilim var və mən istəmədən sevgili olmuşam. Dərya gülürdü.
-Gülmə mənə başına gələcək bax deyirəm. Biz Dəryayla birazda danışıb sağollaşdıq.
Həyat qəribəliklərlə doludur. Həftəsonu bitdi və növbəti dərs həftəsi başladı. Jurnalı götürməyə getmişdim. Təbiki o da orda idi. Üzünə bilə baxmadım. Jurnalımı götürüb Dəryayla otaqdan çıxıb auditoriyaya gedirdik. Birdən qolumdan kimsə tutdu. Xəzər.
-Sən kimsən mən...
-Ud o balaca dilini və mənlə gəl. Dərya ağzın açmaq istəyirdiki
-Sən sus Dərya.
-Susma Dərya qışqır, ay camaa....
O qolumu elə sıxdıki nitqim qurudu
-Gəl mənlə. Başqa yolum yox idi. Amma yox Dərya yanımdadı. Dəryanın əlindən tutdum onuda özümlə aparırdım. Xəzər arxaya baxanda gördüyü mənzərəyə güldü
-Mən sizin ikinizi çağırmadım... Öküz ələ salır bizi.
-Dərya gəlməsə mən də gəlmirəm.
-Aydındı, siyam əkizlərisiz siz?-sakit səs tonu yenə. Elə dedi ki Dərya tez əlimi buraxıb
-Mən getdim dərsə. Arxaya baxmadan getdi daha doğrusu qaçdı. Yaxşı Dərya bu da dost. Qaldım tək. Allah özün kömək ol...
-Narahat olma sənə heç nə etməyəcəm. Allahıda məşğul etmə.
Bu mənim fikirlərimi oxuyur? Mən qorxuram ana mənə kömək ol...
-Bəsdi gəl sakit...
Dərs başlamışdı deyə heç kəs yox idi..
-Bax Dəniz mənə sifət eləmə bu bir sənə sözümü dünən gecə dedim  Səni seçdim bununla nə qədər tez barışsan sənə daha rahat olacaq.
-Sən axı...
-Uşaq əlində qalmışıq da...
-Hə də sən böyüksən axı get böyüklərin yanına onda...
-Sən də böyüyəssən yekə qız olassan. Yenə gülür.
Bu niyə məni ələ salır axı? Biz birinici dərsə girmədik, söhbətləşdik. Günlər necə keçirdi bilmirdim. Hara getdim neynədim hər şeyi ona deyirdim. Qəribədi ilk başlarda o buna məni məcbur edirdisə sonralar artıq özüm də bilmədən bunu edirdim...
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 8 127
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri