Xəzər və Dəniz (6-cı bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 8 148
Səs ver:
(səs: 3)
-Mənim ömrümə az qalıb Dəniz səndə anan kimi mənə dağ çəkmə bu səndən ilk və son istəyimdi Kamranla evlən. Yenə hökm. Mənim həyatımla əlaqədar qərarları ya Xəzər ya da nənəm verirdi bunu artıq başa düşmüşdüm. Bu sanki onların arasında mənə hökm etmək bir mübarizə idi...
Günlərlə nənəmin sözlərini düşündüm. Əgər nənəmin dediyin etməsəydim nə məni , nə də anamı üstünə qoymasınlar deyə vəsiət etmişdi. Hətta Kamran belə onu fikrindən döndərə bilmədi. Məcburdum başqa yolum yox idi. Razılaşdım. Bir həftə içində nişan taxıldı. Nə acı taleyim var mənim belə. Sevdiyim insan əsgərdi mən onu gözləyirdim gələcəkdi nənəmi razı salacaqdıq amma indi başqasının nişanlısıyam. Mən sanki mən deyildim ruh kimi dolanırdım. Həyatdan tamam soyumuşdum. Toya hazırlıq görülürdü. Həkimlər nənəmə çox az vaxt qoymuşdular. Xəzər mənim nişanlandığımı eşitmişdi...
-Dəniz mənə yalandı de. Qurban olum deki yalandı...
-Ağlayırdım.
-Niyə Dəniz məni gözlə demişdim niyə?
-Bacarmadım ona qarşı çıxa bilmədim mən heç anama halallıq verməyəcəkdi. Ağlayırdım. Uzun müddətdən sonra insan kimi ağlaya bilirdim...
-Bəs mən? Mən sənə halallıq verəcəm Dəniz? O artıq qışqırırdı. Daha dözə bilmədim telefonu söndürdüm. Ondan sonra Xəzərlə birdə danışmadıq. Toya bir həftə qalırdı. Evdə heç kəs toy abu havasında olmasa da hazırlaşırdılar. Dayım zəng vurdu atamla danışdı. Atam anama baxdı və
-Türkan hazırlaş xalamın vəziyyəti ağırlaşıb-dedi. Biz dərhal dayımgilə gəldik. Nənəm son nəfəsində mənə baxıb xırıltılı və güclə eşidiləcək səslə
-Sən mənim istəyimi yerinə yetirdin sağ ol deyə bildi... Nənəmin yas mərasimlərin verdikdən sonra Kamran yenidən Moskvaya qayıtdı. Arada zəng vurur hal-əhvalımı soruşurdu. Bir aydan sonra Xəzər hərbi xidmətdən qayıtdı. Sabir əmimgil böyük qonaqlıq verdilər. Mən getmək istəmirdim. Getmədimdə. Nənəmin təklifi ilə Kamranla nişanlandığım üçün ata qohumlarım mənlə əlaqəni demək olar ki kəsmişdilər. Təkcə Çimnaz bibim mənlə soyuqda olsa danışırdı. Birdə Əli atam. Hətta İlkin də məndən üz çevirmişdi. Günüm ağlamaqla keçirdi. Heç kəsi günahlandırmırdım. Günahlandıra da bilməzdim. Arada Dərya gəlirdi məni güclədə olsa harasa aparırdı. Dərya həqiqətən mənim siyam əkizim idi. Mənlə gülər mənlə ağlardı. Bu il dördüncü kurs idi magistraturaya hazırlaşırdı. Xaricdə oxumaq istəyirdi. Özünə iş də tapmışdı. Mənə də çox deyirdi ki gəl bizim şirkətə imtahan ver keçsən işlə. Kamranla toyumuz nənəmin il mərasimindən sonraya qalmışdı. Başımı nə iləsə qatmalı idim. Yenə bir dəfə Dərya mənə işləmək təklifi edəndə "yaxşı gələcəm sabah”-dedim. İmtahanlardan keçdim və işə qəbul olundum. İşləmək mənə yaxşı təsir etmişdi. İşdən sonra çox vaxt Dəryayla kinoya gedərdik. Yeni gələn bütün filmləri yəqinki ilk izləyənlərdən idik. Bibimlə münasibətlərim qaydasına düşmüşdü elə İlkinlədə. İlkinin qızı olacaqdı adını mənim qoymağımı istəyirdi. Bibim sözarası mənə Xəzərdən də danışardı arada. Xəzər işləyirdi. Bibim deyir mənim işləməyimi öyrənəndə dəli olub. Hətta iş yerimədə gəlib. Biləndəki Dərya da ordadı onda rahatlayıb. Bibimin bu sözləri məndə yeni ümidlər yaratmışdı. Yeni il yaxınlaşırdı. Kamran Moskvadan gəlmişdi. Biz şəhərə çıxmalı idik amma mən onunla tək görüşmək istəmirdim. Ona görə Dərya da bizimlə gələsi oldu. Biz restoranların birində yemək yedik sonra bulvarda gəzməyə başladıq. Dəryayla Kamranın söhbətləri tuturdu. Onlar deyib gülürdülər mənsə sadəcə dinləyirdim. Niyəsə yadıma Xəzər hərbi xidmətə getməzdən əvvəl birlikdə keçirdiyimiz vaxtlar düşdü. Onunla keçən hər saniyəmə kimi xatırlayırdım. Gözlərim dolurdu. Başımı qaldıranda Dəryagil yox idi. Metroyla evə qayıtdım. Mən çatanda anamgil narahat görünürdülər...
-Qızım hardasan sən?
-Bura gəldim nolub ki?
-Kamrangil sənə neçə dəfə zəng edib zəng çatmır. Əlimi paltomun cibinə saldım telefonu çıxardım. Həqiqətən telefon sönmüşdü...
-Sakit olun ana mən burdayam telefonum sönüb. Biz sahildə gəzirdik mən onlardan aralı düşdüm deyə evə qayıtdım. Kamran Bakıda qaldığı müddətcə mənlə Dəryanı gəzməyə aparırdı. 14 fevral günü əslində nişanlı qız olaraq təbrik edilməli idim. Kamran gül büketi göndərmişdi. Zəng edəndə güllərə görə təşəkkür etdim. Gecəyarısı bir nömrədən zən gəldi. Niyə bilmirəm amma bu Xəzərdi deyə düşündüm.
-Alo?
-....
-Aaallooo?
-Necəsən? Bu o idi
-Bəs sən?
-Yaxşı deyiləm Dəniz. Boğuluram sənsiz çox çalışdım səndən uzaq durum olmur
-... Yenə lənətə gəlmiş gözyaşlarım...
- Bacarmıram dəli kimi darıxmışam
-Məndə darıxmışam...
-Necə olacaq Dənizim? Mən ölürəm sənin üçün. Necə darıxmışam onun səsi üçün. Mənə "Dənizim "deməyi üçün...
-Bilmirəm Xəzər. Çarəsizəm. Amma bu belə davam edə bilməz mən Kamrandan ayrılacam. Biz səhər  5-ə kimi danışdıq. O gündən sonra biz Xəzərlə yenidən danışmağa başladıq. Bir həftə sonra Kamran gəlirdi. Nənəmin ili yaxınlaşırdı. Kamran gələndə ilk işim onunla danışmaq olacaqdı. Kamranın gəlməyin Dəryada səbirsizliklə gözləyirdi niyəsə. Hətta nişanı qaytaracağımı deyəndə qız məni öpüb qucaqladı. Nənəmin il mərasimin verəndən iki gün sonra Kamrana zəng vurub görüşmək istədiyimi dedim...
-Kamran bizim necə bir şəraitdə nişanlandığımız bəllidi. Mən başqasını sevirdim və onu gözləyirdim. Nənəmin sözlərinə görə, anamla halallaşa bilsin deyə hər şeyə razı oldum. Amma olmur Kamran mən sənlə ailə qura bilmərəm. Mən hələdə...
-Dəniz məndə bu işin pozulmağın istəyirəm artıq. Düzdü sənə qarşı hislərim vardı amma zamanla bunların ötəri bir hislər olduğunu başa düşdüm. Biz Kamranla qərara gəldik ki, hər kəs öz ailəsi ilə danışsın və bu məsələ...
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 8 148
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri