Niyə axı həyat?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 5 708
Səs ver:
(səs: 4)
Gözlərimi ilk dəfə açıb dünyaya baxanda və ilk nəfəsimi içimə çəkəndə sevdim səni. Sənin üzünə güldüm ilk dəfə ama məni bu qədər ağladacağını bilmirdim. 
Hərşeyi geridə qoyub gedirəm ən əsası da "səni”. Sən heç vaxt məni qəbul etmədin. Bunu heç vaxt dəyişdirə bilməyəcəyimi bilirəm. Yorulmuşam otağımda oturub səssizcə sənin günəşinin doğmağını, məni və dünyamı aydınlatmağını gözləməkdən. Bu qədər zəif olmaq istəmirəm. Səni çox sevmişdim. Çox sevmiş və çox inanamışdım.
Hər yıxılanda əlimdən tutub qaldırmağını, hər ağlıyanda göz yaşımı silməyini, hər üşüdüyümdə isti nəfəsini hiss edəcəyimi, gecə yuxudan qorxub duranda məni qucaqlayacağını fikirləşmişdim. Hər dəfə gəlməyini gözlədim ama gəlmədin... 
Dizlərimi yerə qoyub qışqırmağa başladım: Allahım bu dünyada yaşayacaq qədər gücüm yoxdu. Bu dünyada, bu qaranlıqda yaşamaq istəmirəm Allahım al məni yanına, yaşamaq istəmirdim ama yenə sənin üçün hər şeyə dözürdüm. 
Açılacaq hər təzə gündə daha da əzab çəkirəm. Mən hər şeyin bu qədər çətin olduğunu bilmirdim. 
Sənsizliyin məni bu qədər incidəcəyini bilmirdim.!!! 
Niyə yanımda olmadın? 
Niyə hər dəfə qışqırıb ağlayanda tutmadın əlimdən, silmədin sənin üçün axan yaşı gözlərimdən? 
Niyə hər dəfə mənə çəkdirdin bütün dərdləri? 
Niyə həmişə məni keçirtdin ən çətin sınaqlarından? 
Niyə həmişə səni sevdiyimi bilə-bilə mənə zülm elədin? 
Niyə axı? "Həyat” niyə elədin bunları mənə? Tək günahım səni sevmək və sənin də məni sevmən və qəbul etmən idi. Çox şey istədim? 
Niyə axı???
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 5 708
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri