Ata və qızı

Müəllif: Wiyinka
Şərhlər: 9
Baxılıb: 15 430
Səs ver:
(səs: 3)
0-2 YAŞINDA-Ata: Nə şirin nə gözəl körpədi. İndi bu kiçik şey mənim qızımdı? Gözləri də mənə nə qədər çox bənzəyir.Qızı:Bu gözlərini məndən heç ayırmayan adam kimdi?-5YAŞINDA-Ata: Şahzadəm mənim, gözəl qızım. De baxaq atan sənə nə alsın?Qızı: Ən çox atamı sevirəm. Atam, niyə anamla yatır? Həmişə mənimlə yatsın, başqasını sevməsin.10 YAŞINDA-Ata: Getdikcə yaramaz olur, kimə çəkdi bu qız?Qızı: Mən atama aşiqim.Böyüyüncə atam kimi kişi ilə evlənəcəyəm. Atam bu ay cibxərcliyimi artırarmı? 15 YAŞINDA-Ata: Nə qədər də tez böyüdü. Evə də getdikcə gecikməyə başladı, bu gedişlə başına pis bir şey gələcək. Düşünürəm daha sərt danışmalıyam onunla.Qızı: Atam üzündən yoldaşlarımla istədiyim qədər vaxt keçirə bilmirəm. Mənə təzyiq tətbiqindən nifrət edirəm. Nə vaxt azad olacağam? 20 YAŞINDA-Ata: Artıq sözümü dinləmir. Məndən gedərək uzaqlaşır. Öz pulunu da qazanmağa başladı, mənə ehtiyacı qalmadı təbii. Uzun zamandır şirin bir iki söz keçmədi aramızda onsuz da. Evi də davamlı kişilər axtarır. Yəqin qızım əldən gedir.Qızı: Hər dediyimə alınır, məni heç cür anlamır. Hələ keçən gün geydiyim mini ətəyə görə deyinir. Evdən ayrılıb, öz həyatımı qurmalıyam. Uşaq rəftarı görməkdən bezdim artıq!25 YAŞINDA-Ata: Bir gün bunun olacağını bilirdim. Budur evlənir. Onsuz da aramız köhnəsi kimi deyildi. İndi bir də əri var. Şahzadəm məni tərk edir.Qızı: Belə bir gündə belə o bədbəxt ifadəni geyinməsinin nə lazımlılığı var idi ki? Bilirəm, onu heç cür içinə həzm edə bilmədim. Buna görə edir. Öz xəyalındaki kürəkən deyil! Sanki birlikdə yaşayacaq olan odur.30 YAŞINDA-Ata: Çox az görüşürük. Daha sıx bir yerə gəlsək nə yaxşı olar. Həm nəvələrimdəndə darıxıram. Öz yoldaşının əlindən bir fürsət tapıb bizə gələ bilmirlər ki...Qızı: Atamlara da çox laqeydlik edirəm yəqin. Yenə telefonda çox kədərli gəldi səsi. Həftəsonu onlara bir sürpriz etmək lazımdı.40 YAŞINDA-Ata: Qızım, mənim intellektual səviyyəmi kafi tapmır. Ona görə çağın gerisində düşünürmüşəm. Halbuki kiçikkən dərslərinə həmişə mən kömək edərdim. Anlaya bilmədiyi bütün problemləri mənnən soruşardı. İndi məni bəyənmir. Bir daha onunla əsla siyasi müzakirələrə girməyəcəyəm.Qızı: Atam gedərək daha da uşaq kimi davranır. Davamlı bir şeylərdən şikayətlənir. Son zamanlarda sağlamlığı da yaxşı deyil amma. Ya ona bir şey olsa? Onsuz da heç bir zaman dilədiyi kimi bir övlad da ola bilmədim.45 YAŞINDA-Ata: Qızımın xoşbəxt bir yuvası olması nə gözəldi. Gözüm arxada getməyəcəyəm. Hər şeyi özü bacardı. Onunla qürur duyuram.Qızı: Atam üçün çox narahatam. Onu itirməyə hazır deyiləm. Dərmanlarını da həmişə laqeydlik edir onsuz.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 15 430
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri