Oğurlanmış səadət

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 3 647
Səs ver:
(səs: 0)

 1. "İki rəfiqə"... Rusiyadan gələndə sənəti-qadın bərbərliyi üzrə iş axtarmağa başladı. Kəmalə uca boylu, yaşından böyük görünən, bacarıqlı qız idi. Səmərəli iş yeri axtarırdı, evlərinə yaxın, özünə münasıb...Elnarənin işlədiyi salonda elan olmasa da, ora yaxınlaşdı. Bu yer çox münasıb gəlirdi ona...Elnarə şirin dilli, gözəl, bacarıqlı, müştərilərin sevimlisi idi. Onu da müştəri bildi, xoş qarşıladı. Müştərilərlə işini bitirib:"nə qulluq?" dedi. Kəmalə iş axtardığını, bu salonun onun üçün əlverişli olduğunu danışdı. Elnarədə paxıllıq hissi yox idi. Müdirlə danışıb ona həni-yoxu deməyə, çalışıb ona yanında iş düzəltməyə söz verdi. Əlaqə nömrəsini aldı, ayrıldılar...

İki gün sonra Kəmalə işlə təmin olmuşdu. Birgə deyə-gülə işləyirdilər. Tez də rəfiqə oldular. Sonra bir-birinə qonq getməyə, daha sıx yaxınlaşmağa başladılar. Kəmaləgilin ailəsi Rusiyada çox yaşamışdı, sadə, mehriban ailə idi. Elnarə onlara tez isinişdi. Elnarə isə həyat yoldaşı ilə kiçik evlərində qalırdı. Həyat yoldaşı Bəhruz taksi sürücüsü idi. Centlmen kimi pulsuz-parasız Kəmaləni də işdən evlərinə aparar, lazım olan yerə təmənnasız maşın sürərdi. Yaraşıqlı idi...Özünə fikir verən, səliqəli, bir qədər də sərt xarakterli idi. Kəmalənin Bəhruza ilk baxışdan gözü düşmüşdü. Rəfiqəsinin həyat yoldaşına qarşı qeyri-adi ehtirası, istəyi onun ağlına, qəlbinə hakim kəsilmişdi...Niyyəti təhlükəli, xəbis idi...Bəhruzu ələ keçirmək, özününki etmək istəyirdi.

2. "Şeytan qadın"...Qəlbini şeytana satmış, əqidəsini, amalını yeni məqsədinə qurban vermişdi, Kəmalə artıq yolunu seçmişdi. Bəhruz "şor göz", qadın düşkünü idi...Amma həyat yoldaşının rəfiqəsinə, Kəmaləylə pərdə saxlamağa çalışırdı...Amma Kəmalənin baxışları, hərəkətləri, qəfil bilməyərəkdən olubmuş kimi toxunuşları pərdəni ardan götürdü...Əvvəl əllə görüşəndə utanardı Bəhruzdan, indi təklikdə yüngül zarafatlar, yanaqdan, daha sonra əldən, ayaqdan....və s. çimdikləmələr, oynaşmalar, qaynaşmalar...Kəmalə bic idi, tülkü kimi..."Göz verir, işıq vermirdi". Bəhruzu özünə cəlb etmək üçün ona görünməyən sərhədlər qoymuşdu. Özü yaxınlaşmağa şərait yaradır, sonra da uzaqlaşırdı. Kişilərin psixalogiyasın əla bilirdi. Elnarə ilə aralarındakı hər şeyi rəfiqəsindən öyrənmişdi. Bunu Elnarəyə qarşı, onları ayırmaq üçün silah kimi istifadə edirdi.

 

3."Şeytan oyunları - sarmaşıq"...Məqam lazım idi ki, Bəhruzun ağlını başdan alsın. Bakıya getməli idi, universitetdə qiyabi oxuyurdu, imtahanların vaxtı çatmışdı. Bəhruza, Bakıya xalasıgilə gedəcəyini, orda üç gün imtahana gedib-gələcəyini, şəhəri tanımadığını dedi, ona üç gün yol-yoldaşılğı təklif etdi. Əlbəttə, Elnarədən xəbərsiz... Bəhruz bir fürsət olacağını düşünüb, beynində xəyallar qurub şəhərə gedəcəyini, orda ona yoldaşlıq edəcəyini dedi...

Tez-tez bir neçə günlük uzaq səfərə çıxan Bəhruz, iş dalınca gedəcəyini deyib evdən çıxdı. Kəmalə isə doğrudan da imtahana getməli idi...Yolda Bəhruzun maşınına mindi, xalasıgilə çatana qədər ilk dəfə tam təklikdə idilər...Bəhruzun bu görüşdən umacaqları çox idi. Ən azından Kəmaləyə sarılmaq, onu öpmək xayalı başında həsrətlə dolanırdı. Kəmalə gənc qız olsa da, çoxbilmiş, ayıq idi. O maşında arxada əyləşmişdi. Bəhruzun güzgüdən baxışlarını görmüşdü. Sinəsini, ayaqlarını, bədəninin sirli guşələrini ehmalca ona süzmək üçün şərait yaradır, şikarını çilvıləndirirdi. Yolda saxldılar. Pirə gedirdilər. Bəhruz ilk məqamda onun belinə əl atdı...Ay-hay...Kəmalə elə belə can deyildi. Tez sıyrldı, "pirdəyik, camat var, tanıyan olar, mənim səninlə gəldiyimi bilən olar"-dedi...Bəhruz Elnarənin yox, başqa yaxınlarının olacağından ehtiyatlandırdı. Səbrini sıxmalı oldu...Uzun yol sona çatdı. Kəmalənin xalasıgilə çatmağa az qalmış sağollaşdılar. Cəld və ani olaraq, Kəmalə hicrandan və ehtirasdan alışan şikarına yanaqdan bir öpüş "ərmağan elədi"...İlk gün beləcə, Bəhruz üçün "kiçik uğurla" ayrıldılar...

İkinci gün Bəhruz maşınsız, metro ilə Kəmaləni imtahana ötürürdü. Metroda tələbələr və insanlar hədsiz idi...Bakı metrosu...bir çox çılğınların gizli "məcara"sına əlverişli, "basabas"idi...Kəmalə burda Bəhuza ona toxunmaq, gizlicə sarılmaq, hətta çox yaxın, kip sıxılmaq üçün məqam yaratmışdı...Həsrətli, ehtiraslı cavan, nazik donlu, zərif xanım, bir də "basabas"la yırğalanan qatar...Mənzilə çatmaq da istəməz bu "yanıqlar"...

Üç gün eyni hal, imtahana gedəndə və gələndə...eləyir altı dəfə, təxminən 15 dəqiqədən götürsək-90 dəqiqə, Bəhruza elə bil "dünyanı" vermişdilər. Qalan vaxt isə heç cür Kəmalə təklikdə görüş şəraiti yaratmadı...

Geri qayıdanda Bəhruz onun bu "oynundan" bezdiyini, görüşmək, sevişmək istədiyini gizlətmədi. Kəmalə isə sakitcə cavab verdi: "mən ata-anamın ümidi, yeganə qızıyam, Rusiyada ismətimi qorumuşam, burda sənə qurban verəsi deyiləm. Məni sevirsən, boşan, evlənək. Ailəm heç buna da razı olmaz, amma mən onları razılığa vadar edəcəyəm..."

 

4. "Şikar torda"..Bəhruz Elnarəyə elə bir təklif etdi ki, yazığın ev başına hərləndi. Özündən getdi. Ayılanda elə bildi yuxu görüb...Amma nə yazıq...Bəhruz Kəmalə ilə kəbin kəsdirmək,onu özünə "halal" arvad etməkdə qərarlı idi...Yazıq qız bilmirdi neçə illik həyat yoldaşına qəzəblənsin, ya da "rəfiqəsi" bildiyi Kəmaləyə...Ev onun adına idi, atası şəhərdə işləyəndə almışdı...Bəhruzu qovmaqdan başqa əlacı qalmadı...

Bəhruz Kəmalənin torunda idi...Kəmalənin ailəsi narazı olsa da əlacsız idi. Qızın niyyəti qərəzli olsa da, ya onu kəbinlə ərə verməli idilər, ya da pozğun olub, "məşuqə" olmasına şərait yaratmalı idilər...Ya da onu öldürməkdən başqa yol qalmırdı...Ailə onun kəbinlə evlənməsinə razı olmalı oldu....Arada fasilə yarandı, Kəmalənin atası infarkt da krçirdi...Amma Kəmalənin məqsədi dəyişmədi...Bəhruzu əldən qaçırmaq niyyəti yox idi...Atası xəstəxanadan çıxan kimi toy hazırlığı başlandı...Bir ailəi dağltmaq hesabına, məkrlə də olsa, onlar yeni bir ailə qurmağa hazır idilər...

5. "Hiyləgər və şorgözün ailəsi"...Ehtiras, şəhvət, məkr və hiylə üzərində qurulan ailə...Qısqançlıq hər ikisinin canında idi. Sanki iki yırtıcı idilər...Atalar sözü var:"gözəl üzdən 40 gündə doyarsan,gözəl xasiyyətdən 40 il də doymaq olmaz"...İki bir-birinə zidd qütblər idi,maqnit kimi cəlb edib bitişmişdilər...Maqnit kimi də bir-birini əks qüvvə ilə uzaqlaşdırırdılar 

Kəmalə təzə iş axtarırdı, Bəhruz isə yeni məcara, xisləti nakişilık idi axı...

 

6. "Oğurlanmış səadət"...Yenə bir məsəllə davam edəcəyəm: "Oğrudan oğruya halaldır!"...Kəmalənin bir vaxt Elnarədən oğurladığı səadəti uzun sürmədi..."Dinsizin öhdəsindən imansız gəlir"...Bəhruz başqa qıza ilişmişdi, yenə "su axıb, çuxurunu tapmışdı." Bəhruz həm şorgöz, həm də pulgir idi. Afət adlı dul qadının var-dövləti onu yoldan çıxarmış, Kəmalədən vaz keçməyə vadar etmişdi. Kirayədə Kəmalə ilə doyunca kefin sürmüş, orta təbəqə yox, varlı-zəngin olmaq istəyinə düşnüşdü.

Indi Kəmalə Bəhruzu Elnarədən ayıranda, Elnarənin çəkdiyindən pis əzab çəkirdi. Elnarə Bəhruzu qovmuş, həyatından, qəlbindən söküb atmışdı, Kəmalə isə tərk edildi...Bəhruz son vida məktubun qısa yazmışdı:"mən başqasın sevdim, məni axtarma, səndən və bu kasıb, mənasız həyatdan usandım, mən daha yaxşısına layiqəm, talaqını verəcəm..."

Başqa bir qadına bu sözləri rəva bilməzdim, amma Kəmalə tam layiqli cəzasını almışdı!...Yenə kimi isə bədbəxt edərdi, dinc durmazdı...amma bunlar azmış kimi, fikirli halda, yaş əllə elektrikə qurban oldu...Ölüsünü də, iyləndikdən sonra tapdılar...

  

(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 647
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri