Sonrakı peşmançılıq...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 12 529
Səs ver:
(səs: 3)
Qaranquş bir adamla dost olmaq istəyirdi. Bir gün bütün cəsarətini toplayıb, pəncərəsinin qarşısına qondu. Dərin bir nəfəs aldıqdan sonra pəncərənin şüşəsini döyməyə başladı: Tık... Tık... Tık...
Adam bərk məşğul idi. Səsi eşidib pəncərəyə yaxınlaşdı. Qaranquşu gördü. Qaranquş həyəcanla: Ey insan, mən səninlə dost olmaq istəyirəm. Neçə vaxtdır ki, səninlə danışmaq istəyirəm. Nə olar, məni içəri burax, bir yerdə yaşayaq -dedi. Adam isə tərs-tərs: Sən haradan çıxdın, bircə sən çatmırdın. Səni içəri buraxa bilmərəm. Sən quşsan. Heç quşdan da insana dost olar? - deyə cavab verdi. Qaranquş məyus oldu. Ancaq ruhdan düşmədi. Bəxtini sınamaq üçün yenə pəncərəyə qondu: Ey insan, pəncərəni aç, məni içəri burax. Sənə sirdaş olaram. Səni darıxmağa qoymaram. Adam isə çox inadkar idi: Boş yerə özünü yorma. Səni içəri buraxa bilmərəm. Qaranquş fikrindən dönmək istəmirdi: Bir bax, havalar soyumağa başlayır, burada üşüyürəm. Məni içəri burax, yoxsa, isti yerlərə uçmalı olacağam. Çünki mən ancaq isti yerlərdə yaşayıram. Peşman olmazsan. Görürəm, sən də təksən, mənimlə tənhalığını unudarsan..
Bəzən insanlar həqiqəti eşitməyi sevmirlər. Odur ki, qaranquşun son sözü adamı özündən çıxardı. Və hirslə: Mən tənhalığımdan razıyam, - deyərək quşu qovdu. Qaranquş adamın inadkarlığından əl çəkmək istəmədiyini görüb uçub getdi...
Aradan xeyli vaxt keçmişdi. Bir gün qaranquş adamın yadına düşdü. Düşündü... düşündü... Və nəhayət, öz-özünə: Ey ağılsız insan, gör sən nə qədər axmaqsan. Belə gözəl fürsəti əldən buraxdın. Niyə onun təklifini qəbul etmədin? İndi oturub düşünməkdənsə, onunla yaxşı vaxt keçirərdin, - dedi...
Adam peşman olmuşdu, ancaq iş-işdən keçmişdi. Sonra öz-özünə təskinlik verməyə başladı: Havalar qızanda mənim qaranquşum da uçub gələr. Mən də onu içəri buraxaram, bir yerdə xoşbəxt yaşayarıq. Oturub havaların qızmağını gözləməyə başladı. Nəhayət, yaz gəldi. Qaranquşlar köhnə yuvalarına qayıtdılar. Ancaq onun axtardığı quş hələ də gözə dəymirdi. Yaz qurtarana qədər pəncərəsini açıq qoydu. Ancaq nə fayda? Qaranquş hələ də yox idi. Axırda dözmədi və dərdini dünyagörmüş bir qocaya açdı. Qoca onu dinlədi, sonra da bir kəlmə ilə: Qaranquşların ömrü 6 aydır, - dedi...
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 12 529
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri