Uşağın anaya namaz öyrətməsi

Müəllif: Wiyinka
Şərhlər: 7
Baxılıb: 6 149
Səs ver:
(səs: 5)
Türkan xanım dindar bir ailədə böyümüşdü. Anası hər fürsətdə ona və qardaşlarına namaz qılmalarını söyləyər, hətta əsəbləşərək onlara xəbərdarlıq edərdi.
Türkan xanım namazın qılınması lazım olduğuna inanır, amma yenə də qılmazdı, çünki qılmaq nəfsinə çətin gəlirdi. Bəzən başlayır, sonra tərk edərdi.
Evləndi və uşaqları oldu. Anası hər gəldiyində eyni şəkildə namaz qılmaları üçün xəbərdarlıq etməyi davam etdirir, o da təkidlə qılmamağa davam edirdi.
Çox istəməsinə baxmayaraq heç cür nəfsinə qalib gələ bilmirdi. Bir gün yoldaşları onlara qonaq gəldi. Onlardan biri anasını da gətirmişdi. Xala elə şirin danışırdı ki, onu dinləyən saatlar keçsə usanmazdı. Xala bir ara namaz mövzusuna toxundu.
O izah edərkən, Türkan xanım anasını xatırlamış və anasının köhnə günlərdəki namaz xəbərdarlıqlarını düşünürdü. İndi də xalanı zövqlə dinləyirdi.
Türkan xanımın kiçik oğlu Zəkəriyyə, dörd yaşında idi. Oynadığı oyunu buraxmış, xalanın oturacağı dibində iki əlini yumruq edib üzünə söykəmiş bir şəkildə, tərpənmədən dinləyirdi. Bir azdan mətbəxdən bir səs-küy gəldi. Arxasından da oğlunun qışqırığı eşidildi.
Təlaşla mətbəxə qaçdı Türkan xanım.
Oğlu bir kürsü qoyaraq əlüzyuyana çıxmışdı. Bir ayağı əlüzyuyanın içində, digəri isə çöldə idi.
Kürsü aşmış oğlu da əlüzyuyanın kənarında qorxmuş bir şəkildə asılı dururdu. Qaçıb qucağına götürdü. Su içəcəyini zənn edərək:
"İstəsəydin mən verərdim balam, ya düşüb bir yerinə zərər versəydin" deyə təlaşla qışqırdı.
Türkan xanım oğlunun verdiyi cavabı, uzun illər keçməsinə baxmayaraq hələ də unuda bilmir çünki, belə demişdi uşağı:
"Ana, mən dəstəmaz alacaqdım. Xala dedi axı, namaz qılmayanlara ALLAH cəza verəcək. Mən də, sən cəza almayasan deyə sənin yerinə namaza başlayacaqdım."
O an Türkan xanım, təpədən dırnağa titrədiyini hiss etdi. ALLAH, illərcə namaz qılmayan Türkan xanıma oğlunun davranışıyla müdhiş bir dərs vermişdi. Balasına sarılıb dəqiqələrlə ağladı...
(səs: 5)
Şərhlər: 7
Baxılıb: 6 149
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri