Çiçəyin tökülən ləçəkləri (5-ci bölüm)

Müəllif: Narın Yağış
Şərhlər: 8
Baxılıb: 5 635
Səs ver:
(səs: 1)
Bütün cütlüklər kimi Çiçəkgilin də münasibəti dava-dalaşsız ötüşmürdü. Bəzən ciddi, bəzən önəmsiz, bəzən yerli, bəzən də yersiz yerə dalaşırdılar. Süleymanı o qədər sevirdi ki, onunla küsülü qalmaq istəmirdi. Haqli tərəf özü də olsa, sonda üzrü özü istəyirdi. Süleyman da çətin adam idi. Onunla yola getmək hər adamın işi deyildi. Səhvini görüb, üzr istəməzdi heç vaxt. Yalnız bir neçə dəfə Çiçəyə "bağışla" kəliməsini demişdi. Çox nadir hadisə idi bu da.
Təzə nişanlandıqları vaxt onların bir problemi varidi. O da Çiçəyin oxumağı. Süleyman özü də oxumasına, təhsil almasına rəğmən Çiçəyin oxumasını istəmirdi. Hər ikisi universitetə hazırlaşırdılar. Çiçək məktəbə 1 il gec getdiyi üçün Süleymandan 1 il sonra universitetə qəbul imtahanı verəcəkdi. Süleyman Çiçəyin universitetdə oxuması fikrinə narazı idi. Düşünürdü ki imkanlı ailədilər, Çiçəyin oxumasına və işləməsinə ehtiyac yoxdu. Çiçək isə oxumaq üçün nələrini verməzdi. Yeri gəlsə Süleymandan ayrılardı amma təhsilini yarımçıq qoymazdı. Elə buna görə də həmişə mübahisə edirdilər. Amma Çiçək fikirindən dönmədi. Süleyman naəlac razılaşdı.
-Süleyman: Amma əyani oxumaq yoxdu, qiyabi oxuyacaqsan
--Çiçək: Hələ ona baxarıq, indidən fikir bildirmə
Bir dəfə o Çiçəyin üstünə çox gəlmişdi bu barədə, Çiçək küsmüşdü, daha doğrusu hirsindən onunla danışmırdı. Bir tək onda Süleyman yazıb ondan üzr istəmişdi. "Bağışla" demişdi...
Süleyman iqtisadiyyat üzrə hazırlaşırdı. Çiçək isə müəlliməliyə hazırlaşırdı. Çox da istedadlı, çalışqan şagird idi. Müəllimləri ondan ağız dolusu danışırdı. Ailəsi də qızlarından arxayın idilər. Bilirdilər ki, Çiçək necə olsa qəbul olacaq. Çoxları bu barədə narahat idi. Çiçəyin nişanlı olduğuna görə dərslərini boşlayacağını və əvvəlki kimi oxumayacağını düşünürdülər. Amma tam əksinə idi. Çiçək üçün təhsil ayrı, sevgi ayrı idi. Sevgi macəralarına baş qoşub dərslərdən imtina edəcək qız deyildi.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 5 635
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri