Körpə ananın
qucağına verildi, ana körpəsinin kiçik üzünə heyranlıqla baxırdı və
birdən təəccübdən sanki nitqi tutuldu! Ananın və körpəsini seyr edən
həkim sürətlə arxasını döndü və şüşədən baxmağa başladı. Körpənin
qulaqları yox idi…
Müayinələrdə, körpənin eşitmə bacarığının təsirlənmədiyi, yalnız görünüşü pozan bir qulaq məhrumluğu olduğu aydın oldu.
Aradan illər keçdi, uşaq böyüdü və məktəbə başladı. Bir gün məktəb dönüşü evə qaçaraq gəldi və özünü anasının qollarına atdı.
Hıçqırırdı. Bu onun yaşadığı ilk böyük xəyal qırıqlığı idi. Ağlayaraq:
-Böyük bir uşaq mənə əcaib dedi...
Kiçik
uşaq bu qədərsizliyiylə böyüdü. Yoldaşları tərəfindən sevilirdi və
olduqca da müvəffəqiyyətli bir şagird idi. Sinif başçısı belə ola
bilərdi, əgər insanların arasına qarışmış olsaydı. Anası, hər vaxt ona
-Gənc insanların arasına qarış deyirdi, ancaq eyni zamanda ürəyində dərin bir ağrıma və şəfqət hiss edirdi.
Cavanın atası, ailə həkimi ilə oğlunun problemi ilə əlaqədar görüşdü
-Heç bir şey edilə bilməzmi? deyə soruşdu.
Həkim:
-Əgər bir cüt qulaq tapıla bilsə, orqan nəqli edilə bilər dedi.
Beləcə
gənc bir adam üçün qulaqlarını fəda edəcək biri axtarılmağa başlandı.
İki il keçdi bir gün atası
-Xəstəxanaya gedirsən oğlum, anan və mən,
sənə qulaqlarını verəcək birini tapdıq ancaq unutma bu bir sirr dedi.
Əməliyyat çox müvəffəqiyyətli keçdi və sanki
yeni bir insan yaradıldı. Yeni görünüşüylə psixologiyası da düzələn
gənc, məktəbdə və ictimai həyatında böyük müvəffəqiyyətlər əldə etdi.
Daha sonra evləndi və diplomat oldu. İllər keçdi, bir gün atasından
soruşdu:
-Bilmək məcburiyyətindəyəm, mənə bu qədər yaxşılıq edən adam kim? Mən o insan üçün heç bir şey edə bilmədim...
-Bir şey edə biləcəyini sanmıram dedi atası.
-Lakin razılaşma qəti, bu anda öyrənə bilməzsən, hələ vaxtı deyil...
Bu
dərin sirr illər boyunca gizləndi. Ancaq bu sirrin bir gün ortaya çıxma
zamanı gəldi. Həyatının ən qaranlıq günlərindən birində, anasının
cənazəsi başında atasıyla birlikdə gözləyirdi. Atası yavaşca anasının
başına əlini uzatdı: Şabalıdı saçlarını əliylə geriyə doğru itələdi. Anasının qulaqları yox idi.
-Anan heç bir zaman saçını kəsdirmək məcburiyyətində qalmadığı üçün çox xoşbəxt oldu deyə pıçıldadı atası.
-Və heç kim, ananın daha az gözəl olduğunu düşünmədi deyilmi?
Gerçək gözəllik fiziki görünüşə bağlı deyil, ancaq ürəkdədir!