Çiçəyin tökülən ləçəkləri (9-cu bölüm)

Müəllif: Narın Yağış
Şərhlər: 7
Baxılıb: 5 579
Səs ver:
(səs: 3)
Süleyman və ailəsi həm müalicə üçün, həm də bir qədər istirahət üçün Türkiyəyə getmişdilər. Getdikləri gündən bəri 6 gün idi ki Çiçək Süleymandan bir xəbər ala bilməmişdi. Artıq narahat olmağa başlayırdı. Nəhayət Xədicə xanımdan xəbər gəldi. Süleyman yarış maşını sürərkən qəza keçirtmişdi. Qolu sınmışdı. Bunu biləndə Çiçək haldan hala düşdü. Bir tərəfdən də acıqlı idi ki, mənə niyə xəbər eləməyib. Həmin gün Süleymanla danışdı. Onu danladı.
-Çiçək: Niyə bundan mənim xəbərim yoxdu? Sən heç məni fikirləşmirsənmi ki narahatam. Qolun indi necədi?
-Süleyman: Narahat olma hər şey yaxşıdı
Çiçək Süleymandakı soyuqluğu hiss edirdi. Sanki kiminsə məcburiyyəti ilə danışırdı. O deyirləre "xala xətrin qalmasın" - bax bununku ondan idi. Turkiyədə olduğu müddətdə bu belə də davam elədi. Çiçək bir gün dayana bilməyib, bütün ürəyindən keçənləri ona yazdı. Niyə bu qədər soyuq davrandığını və onu həqiqətən sevib sevmədiyini soruşdu. Çox gözlədi cavab gəlmədi. Həmin günün axşamı Süleymangil Bakıya qayıtmışdılar.
-Çiçək: Sənə mesaj göndərmişdim oxumayıbsan?
-Süleyman: Yox, telefonun batereyası zəif idi söndü. Oteldən ayrılırdıq deyə yükləmədim. Oxumamışam
Çiçək inanmadı. Çünki onu yaxşı tanıyırdı. O telefonsuz bir dəqiqə belə dayanmazdı. Oxumuşdu, amma üstünü vurmadı.
Çiçək "bunda da bir xeyir var" deyib, daha o söhbəti açmadı. Səbr elədi. 1 həftə beləcə davam elədi. Gördü, yox, nişanlısı əldən gedir. Düşündü ki gizlin görüşsünlər və bunu Süleymana dedi. O isə "vaxtım yoxdu" deyib keçişdirdi. Halbuki əvvəllər Süleyman görüşmək üçün təkid edərdi.
Telefon xətlərində problem var idi. Əlaqə saxlamaq olmurdu. Çiçək də mesajları təkrarən gondərirdi. Birdən Süleyman "bəsdir də, eyni şeyi nə qədər göndərirsən, əsəbləşdirdin" yazdı. Çiçəyin gözləri doldu, artıq nişanlısını tanıya bilmirdi. Səbr kasası daşdı və əvvəl yazdığı mesajın daha sərt formasını yazdı. Daşdan səs çıxdısa Süleymandan da çıxdı. Sevən insan inkar edərdi, "niyə belə düşünürsən? Səni sevirəm axı" deyərdi. Çiçək çox pis idi. Onu itirməkdən qorxurdu. Onu öz canından çox sevirdi, onunla nəfəs alırdı. Süleyman onun hər şeyi demək idi. Dözə bilmədi. Qürurunu ayağının altına aldı. Təki ondan ayrı qalmasın deyə haqlı olduğu halda Süleymandan olanlara görə üzr istədi. Sonralar Çiçək bu hərəkətindən çox peşman oldu, "kaş üzr istəməzdim, kaş alçaltmazdım özümü” dedi. Süleyman isə Çiçəyi yox sayırdı. Soyuq divarlar kimi rəftar edirdi..
-Çiçək: Məni nə vaxta kimi "canım" sözündən məhrum edəcəksən?
-Süleyman: Bilmirəm
Çox keçmədi 15 oktyabr gəldi çatdı. Onların nişanlandıqları gün, il dönümləri idi. Çiçək səbrsizliklə aylardır bu günü gözləyirdi. Süleyman da artıq universitetə daxil olmuşdu. Bəlkə bu özəl günde onlara icazə verəcəkdilər görüşməklərinə. Amma bayram əhval ruhiyyəsindən çox, yas abu havası vardı. Çiçək yenə Süleymanın xatırlamayacağını bilirdi. Üstəlik küsülü idilər. Lakin yenə də telefonuna nə vaxt zəng və ya mesaj gələcəyini gözləyirdi. Gözlədi, gözlədi. Mesaj səsi ilə yerindən dik atıldı. Gözləri işıldadı. Lakin yazan qayınanası Xədicə xanım idi. Çiçək "ana, ataya Salamımı çatdırarsınız, hər ikinizi çox istəyirəm" yazdı.
Axırda yenə özü Süleymana yazmalı oldu.
-"15 oktyabrdı. Bilmirəm o günü xatırlayırsanmı. Ən xoşbəxt günümüz idi. Haqlı olduğum halda mən səndən üzr istədim. Gerisi sənin vicdanına qalıb. Amma bunu bilki, nə olursa olsun mən səni çox sevirəm. Təbriklər.
Süleymanın cavabı isə belə oldu:
-"Çox sağol. Məndə təbrik edirəm"
Çiçəyi öldürən son mesaj....
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 5 579
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri