Ölüm sevinci (5-ci bölüm FİNAL)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 960
Səs ver:
(səs: 1)
Cəsəddən barmaq izlərini götürdülər.Həkimin də barmaq izlərini götürüb yoxladılar.Dərman şüşəsində başqa barmaq izi də vardı.Nərgiz özünə gələndən sonra atasıyla şöbəyə getdi.O gördüklərini və bildiklərini təfsilatıyla danışdı.Ondan bir müddət əvvəl Arzunun necə xəstələndiyini,ərinin və qaynanasının ona olan münasibətini və s.Nərgizin danışdıqlarından sonra müstəntiqin şübhələri daha da artırdı.O Arzunun intihar etməyinə inamırdı.Nərgiz bir az duruxdu və dedi:
---Yoldaş müstəntiq,Arzu mənə xeyli müddət əvvəl kitabların arasına məktub yazıb qoyduğunu demişdi.Ola bilsin ki,yazılarının hansındasa və məktubda nəsə tapmaq olar.Birdə ki,onun qaynanası yəqin ki uçuşa hazırlaşır,onu saxlatmaq lazımdır.Bu fikir bayaqdan müstəntiqin ağlına gəlməmişdi.Görünür qonşu qız onun qaynanasını bu qədər yaxından tanımasaydı belə ehtiyatla hərəkət etməzdi.Ola bilsin ki,elə bu cinayəti Nərgizin vasitəsiylə tapdı.Axı o Arzuyla yaxın olan yeganə adamıydı.O telefona yaxınlaşıb hava limanına zəng vurdu və tapşırıq verdi.

---Məmmədova Fəridə Taleh qızı.Təyyarəyə minməsi dayandırılsın.

Bir neçə polis nəfəri Nərgiz və atasıyla Arzunun yaşadığı ünvana gəldilər.Polis kilidi açdı və onlar içəri daxil oldular.İlk öncə Nərgiz olanları xatırladı.Bədəni keyidi.O Arzunun müəmmalı ölümünü açmaqda kömək etməliydi.O cəsarətini toplayıb eyvandakı kitab şkafına yaxınlaşdı.Arzunun yazılarını götürdü.İşarə verdiyi kitabı açdı.Orada qatlanmış ağ kağız vardı.Yəqin etdi ki,bu həmin məktubdur.Onlar lazımi şeyləri götürüb şöbəyə getilər.

Müstəntiq Nərgizlə təkbətək qaldı və onlar məktubu açdılar.Orada yazılmışdı:
---Mən Əsgərli Arzu Cəfər qızı ölümümü bilməyərəkdən bu məktubu yazıram.Həyatım çox ağırdı.Hər şeyimi itirdim.Şəxsiyyətimi itirmərəm.Ailə qurandan sonra arzularımı dəfn etdim.Bütün istəklərim gözümdə qaldı.Heç kimdən şikayət etmirəm.Amma ailə vəziyyətim çox dəhşətlidi.Ürəyim də xəstədi.Bilirəm ki,ömrümün sonuna çox qalmayıb.Mən ərimdən də,qaynanamdan da canımı qurtarmaq istəyirəm.Ölüm mənimçün qurtuluş olardı.Amma Tanrının iradəsinə qarşı çıxıb özümü öldürmərəm.Allah məni bağışlamaz.Heç kim mənimçün göz yaşı axıtmasın.Hərçənd ki,göz yaşı tökəcək adamım da yoxdu.Sağlığımda qiymət verməyənlər ölümü”qiymətli”tutub özünü camaata göstərməsinlər.Bunları yazdıqca ürəyim sözümə baxmır.Çox zəifləmişəm.Bu evdə mənim heç nəyim yoxdur.Kitablarımı,yazılarımı Nərgiz,sənə etibar edirəm.Onları qoru,həm də istifadə elə.Səni istedadlı jurnalist görmək istəyirəm.Mənim kimi aciz olma.Aciz adamdan yazar olmaz.Mən əqli və mənəvi cəhətdən sağlamam.Ölümümdən sonra da mənim adımı qorumağı sənə tapşırıram.Mən yanında olmayanda da bil ki,qəlbim səninlədir.Ən böyük arzularım.

Ana olmaq,Parısə səyahət etmək,Yazıçı jurnalist olmaq.Yüz il də yaşasam bu arzularıma yetişə bilməyəcəm.

09.04.2009-cu il.

Nərgiz bu məktubu oxuduqca gözlərindən yşlar yanağına yuvarlanırdı.O Arzunun ümidsiz amma ağıllı gözlərini xatırlayırdı.

Müstəntiq dedi:
---Özünün də dediyi kimi o özünə sui-qəsd etmək fikrində olmayıb.Çünki indiyə qədər o çox çətin günlər yaşayıb və bu addımı atmayıb.Bəlkə düşünə bilərsiz ki,həmin anda gərgin psixoloji vəziyyətdə olduğundan çıxış yolunu intiharda tapıb.Amma onu da xatırladım ki,onun kimi insanlar hətta ən gərgin anda belə sözlərinə sadiqdirlər.Həm də şüşənin üzərindəki üçüncü barmaq izi naməlumdur.Ola bilsin evdə yaşayan başqa sakinlər ona əl vurmuş olsun.Amma ağlım kəsmir ki,kimsə onun şəxsi əşyalarına səliqəyə salmaq məqsədilə əl vura.Mən ya onun əri Samirdən,ya da ki,qaynanasından şübhələnirəm.Məncə onlar ona o dərmanı zorla içiriblər.Mən onların hər ikisini dindirməliyəm.Xahiş edirəm onlara sual verəndə müdaxilə etməyəsiz.

Nərgiz dedi:
---Mən inanmıram ki,Samir belə bir şey etsin.O buna cəsarət etməz.Bunu ancaq Fəridə edə bilər.

Deyəsən,siz əvvəl-axır Fəridənin bu cinayəti işlədiyinə şübhə etmirsiz.-müstəntiq dedi.

Nərgiz həyəcanla:
---Bəli,mən gördüklərimdən belə qənaətə  gəlmişəm ki günahkar yalnız odur.Bilirsiz,elə cinayətlər var ki,onu sübut olmasa da təsdiq etmək mümkündür.Əgər Arzunun ölümü Fəridəylə bağlı olmasa belə,bütün mənəvi və fiziki zorakılığa görə o məsuliyyət daşıyır.O cəzalanmalıdır.Ola bilsin ki,Arzu özü öz canına qıymış olsun.Amma bütün intiharların bir səbəbi olur.Onu buna sürükləyən ciddi bir səbəb olur.Mən sizdən tələb edirəm ki,sübutların nəyi göstərməsindən asılı olmayaraq Fəridə cəza alsın.İndi icazənizlə mən çıxmaq istəyirəm.

---Yox,Nərgiz xanım,siz də oturacaqsınız.Sizin yanınızda yəqin ki onlar doğru danışmağa çalışacaqlar.

Şöbəyə zəng vurub bildirdilər ki,Samiri şəhərdəki barların birindən sərxoş vəziyyətdə tapıb gətirıblər.Samir sərxoş idi.O Nərgizi görəndə elə bil ayıldı.

Müstəntiq dindirməyə başladı.

---Yoldaş Məmmədov,siz Əsgərli Arzunun həyat yoldaşısınız?

---Bəli,eşidirəm.

Samirin gözləri yumulub açılır,danışdıqca da arada hıçqırırdı.O buraya niyə gətirildiyini dərk etmirdi.Başı dumanlıydı.Axşam evdə baş verən münaqişədən sonra o ki var içmişdi.

Müstəntiq ona baxıb:
---Xəbəriniz varmı ki,arvadınız dünən gecə intihar edib.

Elə bil Samiri ilan çaldı.

---Nəə?Kim...İntihar?

Onun dili tutuldu.Başını aşaqğı əyib ağlayırdı.Onun hönkürtüsü eşidilmirdi.Yalnız çiyinlərinin sirkələnməyindən bilinirdi ki,o ağlayır.O dedi:
---Hamısı pula görə oldu.O zəhrimara qalmış pula görə.Mən bilirdim Arzu belə iş görməz.O götürməz.O demişdi,o demişdi gedəcəyini.Səhər açılan kimi gedəcəyini demişdi.

Müstəntiq Samirin məntiqsiz sözlərindən bəzi şeyləri anladı.

---Yoldaş Məmmədov,biz bilmək istərdik ki,gecə ailənizdə nə baş vermiş və siz nə üçün evdə gecələməmisiniz?Bu da olduqca şübhəlidir ki,ananızla atanız səhər tezdən evdən çıxmış və onların gedişindən təxminən bir saat sonra qonşu qız sizə gəlmiş,arvadınızı ölmüş vəziyyətdə tapmışdır.Ekspertlərin gəldiyi qənaətə görə o yüksək dozada həb içmış və ürəyi zəif olduğu üçün keçinmişdir.Bir də onu qeyd etməliyəm ki,Arzu Əsgərli təxminən gecə saat 2:00 la 3:00 arası dünyasını dəyişib.Həmin saatlarda isə sizin atnızla ananız evdə olub.

Samir müstəntiqin sözlərini dinlədi amma heç bir şey dərk edə bilmədi.Ona elə gəlirdi ki,söhbət başqa adamdan gedir.O hələ ayıla bilməmişdi.Onun barmaq izlərini götürdülər.Şüşənin üzərindəki üçüncü barmaq izinə uyğun gəlmədi.Bir az keçmişdi ki,Fəridəylə Nüsrəti şöbəyə gətirdilər.Fəridə polis nəfərinin əlindən dartınıb əl-qolunu ölçə-ölçə nəsə danışırdı.O müstəntiqin qarşısında ədəb-ərkanla oturdu.Elə hərəkət edirdi ki,elə bil onu bura çağırmaqla böyük bir qəbahət etmişdilər.O gombul bədənini stulda o yan bu yana çevirərək fısıldayır,dodağının altında kiminsə qarasınca deyinirdi.O dəbdəbəli geyinmişdi.O tərəf bu tərəfə baxıb qaş gözünü oynatdı və dedi:

---Heç bilmirəm,niyə məni yoldan eliyirsiz,ay başına dönüm.Biletlər batdı,axı qızım məni gözləyir.Məni bura nəyə çağırıbsız?

O bayaqdan çox həyəcanlı olduğundan Nərgizi görmürdü.Fəridə onu görəndə bədəni titrədi.Günahkar adamlar kimi büzüşdü.O bir dəfə də müstəntiqin üzünə baxmadı.

Müstəntiq mənalı-mənalı dedi:
---Əziz qaynana,bəs gəlninizi niyə aparmırsız özünüzlə gəzməyə?

Müstəntiqin eyhamlı danışığı Fəridəni qorxuya saldı.

--Gəlnimin evdə işi,gücü çoxdu.Bir də ki,ərini qoyub hara getsin?

---Evdə ürəyi xəstə gəlini tək qoyub gedirsiz bəs,Fəridə xanım?

Fəridə çaş-baş qalmışdı.O söhbətin nədən getdiyini çox gözəl bilirdi.Yaman yerdə axşamlamışdı.Üstəlik Nərgiz də burdaydı.O hiyləgərcəsinə dedi:
---Axşamdan qanımızı qaraltdı,biz gedirdik deyə dava-dalaş saldı.Sonra da nəbilim girdi otağına.

Bəs oğlunuz deyir pul itmişdi.Nəsə pul haqq hesabı vardı ortada.Siz Arzunu ittiham edibsiz,o da deyib çıxıb gedəcək.Niyə maraqlanmırsınız ki,gəlniniz necədi?

Müstəntiqin sualları  onun fikirlərini qarışdırırdı.O hazırlıqsız idi.O çox yaxşı bilirdi ki heç nəyi gizlədə bilməyəcək.

Müstəntiq dedi:
---Gəlninizi çağırım,qoy özü hər şeyə açıqlama gətirsin.

Fəridə qorxa-qorxa dedi:
---Arzunu?Arzu burda...dı?Axı o...

---Hə,burdadı.Nolub,yoldaş Məmmədova?Görürəm çox təəccüblənirsiz.Axı o ölüb hə?O bura necə gələ bilər?Bəlkə sağ qalıb?

Fəridə tir-tir əsirdi.

---Onu siz öldürmüsüz!Müstəntiq kəskin şəkildə söylədi.

---Mən yox!O intihar edib.

Müstəntiq acı-acı güldü.

---Bu qədər gülünc olmayın.Söz haradan bilirsiz ki,o intihar edib?Söz məni dolamısız?Mən sizinçün nə Samir,nə də Nüsrət kişi deyiləm!

Orta yaşlı,cüssəli müstəntiqin gözlərindən qəzəb yağırdı.O Fəridənin üzündəki həyasız və kinli ifadəni seyr edib ona çox mühakimə edirdi.

---Deyirsiz Arzu axşam dava-dalaş saldı.Bəs o zaman oğlunuz niyə başqa fikirlər söylədi.O sizi ittiham etdi və dava-dalaşı sizin saldığınızı söylədi.

---Oğlum?O hardadı?

---Narahat olmayın,onun qeydinə qalan tapılar.Siz öz qeydinizə qalın.Arzunu necə öldürdüz?Bədənində heç bir xəsarət olmadığına görə  ehtimal ki,ona dərman içiribsiz.

Nərgiz əllərini üzünə qoyub göz yaşlarına boğulmuşdu.O bu bir neçə saatın içində nə qədər gərginlik keçirmişdi.

Fəridə artıq onun heç bir qurtuluşu olmadığını görə-görə yenə dedi:
---Ay başına dönüm,nə dərman?Mən onu nə gördüm?Onun beyni pozulmuşdu,yəqin nə etdiyini bilməyib,dərmanı içib intihar edib.

Müstəntiq özünü ələ ala bilmədi.

---Qurtarın,yoldaş Məmmədova.Bura sizinçün teatr deyil,polis şöbəsidir.Siz də cinayətkarsız.

Fəridə müstəntiqin səsini qaldırmağından diksindi.Olanları öz xeyrinə danışırdı.Hətta ailədəki münaqişələri həmişə Arzunun başlatdığını iddia edirdi.Müstəntiq otaqda var-gəl ediərək:

---Bəs qonşular bunun əksini söyləyir.

---Eh,qonşu nə bilir mənim evimin içini?

---Səhv edirsiniz,sizin qapıbir qonşunuz Nərgiz xanım onun əşyalarının arasında məktub olduğunu söylədi.O Arzuyla yaxın münasibətdə olub və demək olar ki,sizin ailədə baş verən hər bir şeydən xəbərdardır.

---Kim,Nərgiz?Nə məktub?

Müstəntiq Fəridəni ifşa etməkçün dedi:
---Bəli,məktub var ortada.Arzu xanım ölümündən bir ay öncə məktub yazmış,orada ona edilən işgəncə və zorakılıqdan bəhs etmişdir.Hətta hansısa bir səbəbdən intihar etməyəcəyi barədə qeydlər də etmiş və söhbət əsnasında bunu etibar etdiyi yeganə adam olduğu üçün qonşu qızı Nərgizə söyləmişdir.

Fəridə bütün bu sual-cavablardan yoruldu,bədəni üyüşdü.Elə bil beyni də qurumuşdu. Gözlənilmədən dedi:
---Bəli,onu mən öldürdüm.Öldürmək fikrim yox idi.Otağına girdim ki,bir-iki söz deyim.Məni oğlumun,ərimin gözündən salmışdı.Qəzəbliydim.Sakitləşə bilmirdim.Gördüm uzanıb yenə ağlayır.Qan beynimə vurdu.Elə bil kimsə mənə dedi ki,onun axırına çıx.Yaxınlaşdım.Mən yaxınlaşanda o qorxdu,diksindi.Amma heç nə soruşmadı.Söz deməyə halə yox idi.Görünür yenə ağrıları tutmuşdu.Mən dərman şüşəsini götürüb ona uzatdım ki,içsin.O astadan dedi ki,içmişəm.Mən dedim ki,hamısını iç. O təəccübləndi.İstədi ayağa dursun,bacarmadı.Əliylə ürəyini tutdu.Deyəsən başə hərləndi,gözlərini yumdu.Ağır-ağır nəfəs alırdı.İstədim yastığı ağzına basım.Onsuz da gücü yox idi müqavimət göstərməyə,həmin dəqiqə nəfəsi kəsiləcəkdi.Düşündüm ki,belə etsəm üstü tez açılacaq.Yaxşısı budur dərman içirim.Dərman şüşəsindəki dərmanları ovcuma tökdüm.Dəqiq bilmədim,təxminən on,beş iyirmi həb olardı.Başını qaldırdım,ağzını açmırdı,güclə araladım.Dərmanları ağzına qoyub üstündən bir stəkan su içirdim.Ürəyi  zəif idi,əl-qol ata bilmədi.Görünür ölümü özü də arzulayırmış.Bircə onu gördüm ki,gözlərindən yaş süzüldü,gözlərini yumdu.O öləcəyi üçün sevinirdi.Bunu hiss etdim.

Müstəntiq Fəridənin söylədiklərindən dəhşətə gəlmişdi.O çox cinayətlərlə qarşılaşmışdı.Amma Arzunun taleyi onu çox sarsıtdı.O Arzunun gözlərini yumub necə göz  yaşı axıtığını görürüdü.Onun gözləri doldu.O Fəridənin cəllad gözlərinə baxdı.Düşünürdü,görəsən Arzu kimsəsiz olmasaydı yenə də taleyi beləmi olrdı?

---Siz Arzununun xilasını ölümdə gördünüz.Sız nə ədalətli xilaskarsınız belə!Arzu bilirdi ki,onun qurtuluşu yoxdur.Onun ürəyi xəstəydi.Bəlkə də o infarktdan tezliklə dünyadan köçəcəkdi.Siz də çox nəcib və düşüncəli bir hərəkətlə onu bu əzabdan qurtardınız.Bravo sizə.Sizin də bu yaxşılığınızın əvəzində biz sizə öz təşəkkürümüzü bildirəcəyik!

Fəridə susurdu.Görünür deməyə sözü qalmamışdı.Amma onun gözlərində zərrə qədər də təəssüf və mərhəmət hissi yox idi.Onu dəmir barmaqlıqlar gözləyirdi.O qışqırıb Tanrıdan imdad diləmək istəyirdi.Qəflətən hiss etdi ki,o ilk dəfədir ki,Tanrını xatırlayır.

Samiri məhkəməyə kimi sərbəst buraxdılar.Samir beyni dumanlı şəhərin küçələrində ləngər vura-vura gedirdi.O Arzunun dediyi kimi heç olmasa ömründə bir dəfə əsl kişi kimi cəsarətli olmaq istədi.Düşünmədən özünü qarşıdan gələn yük maşınının altına saldı.Bir neçə dəqiqədən sonra polis və təcili yardım maşınları ora yığılmışdı.İztihamın içərisində Nərgiz də vardı.O Samirin ölümünə təəssüflənmirdi.

Baş verən hadisədən bir müddət ötmüşdü.Nərgiz olanları unuda bilmirdi.O hər gün eyni hissləri yaşayır,Arzu haqda uzun uzadı düşünürdü.O Arzunun yazdığı məqalələri və ürəyinin ən gizli duyğularını yazılarından oxuyurdu.Nüsrət kişini baxacaq kimsəsi olmadığına görə Qocalar evinə yerləşdirdilər.Qızı isə evi kilidləyib yenidən Türkiyəyə qayıtdı.

Rəsulzadə Nərgiz,yaxın gəl qızım.Professor Nəcəfzadə yazdığı diplom işinə görə Nərgizi təriflədi.

---Qızım,mən inanıram ki,sən gələcəyin ən yaxşı jurnalistlərindən biri olacaqsan.Sənə verdiyimiz diplom işi mövzusu bu günün ən aktual mövzularındandı.”Ailə zorakılığı”.Təəssüf hissiylə bildirməliyəm ki,ölkəmizdə belə zorakılığın qurbanları olduqca çoxdur və onların arasında qadınlar çoxluq təşkil edir.Sən bu mövzuya bədiilik əlavə etməklə onu daha təsirli yazmısan.Afərin sənə!Sənin yaradıcılıq bacarığına şübhə etmirəm,qızım!Arzu edirəm ki,qələmindəki bu ədalət kəsəri,qəlbindəki mərhəmət yanğısı belə zorakılıqların qarşısını almağa,insanları maarifləndirməyə kömək etsin.Qoy Azərbaycan ailəsi xoşbəxt və qayğısız olsun!

Nəcəfzadənin bu çıxışından sonra elə bil Nərgiz daha  da məğrurlaşdı.Arzunun ümidsiz və ağıllı baxışları isə onu müşaiyət edirdi.O Nərgizə deyirdi:

---Görürsənmi,sən azad və yenilməz yazar olacaqsan.Sən mənim kimi cəsarətsiz və aciz deyilsən!Sən aciz olma,Nərgiz!Nərgiz gözlərini yumdu və ixtiyarsız göz yaşları yanağından aşağı yuvarlandı.

Müəllif: Aygün
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 4 960
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri