Çiçəyin tökülən ləçəkləri (13-cü bölüm)

Müəllif: Narın Yağış
Şərhlər: 7
Baxılıb: 4 284
Səs ver:
(səs: 2)
Aylar keçmişdi baş verən hadisədən. Süleymanın həsrəti bir tərəfdən, nifrəti bir tərəfdən Çiçəyi yorurdu. Yaşadıqlarını hələ də həzm edə bilmirdi..Kefsiz olurdu əksər vaxtlar. Valideynləri qaşlarını çatılmış görən kimi "Yenə mi onu düşünürsən " deyə soruşurdular. Qızları üçün çox narahat idilər, onu belə kefsiz görməyə dözə bilmirdilər. Çiçək də ana-atası pis olmasınlar deyə, daim gülümsəməyə, məzəli zarafatlarından etməyə çalışırdı.
Bir müddət sonra Çiçək azca da olsa özünü topladı. İçində yansa da, üzdə biruzə vermədi. Əvvəlki kimi gülməyə, danışmağa, qəhqəhələr atmağa başladı. Hər kəs onun yaxşı olduğuna inandı. Amma Çiçəyin iç dünyası darmadağın idi. Nə qədər çalışırdısa da yaşadıqlarını heç cür unuda bilmirdi.
Çiçək Süleymanı axrıncı dəfə yay aylarında, təxminən avqust ayında görmüşdü. Ondan sonra da Türkiyəyə gedişləri, qayıtdıqlarında yaranan o həngamə və oktyabrda ayrılmışdılar. Beləliklə, ayrılmazdan aylar öncə görüşmüşdülər. Bu əslində Çiçək üçün yaxşı idi. Daha az darıxacaqdı. Təzəlikcə görmüş olması onun həsrətini daha da artırardı...
Və bir gün Çiçək dərs çıxışı yolu keçərkən Süleymanı gördü. O an elə bir vəziyyətə düşdü ki, ayaqları əsdi, əlləri buz kimi oldu. Dönüb də geri baxa bilmədi. Ağlamaq tutdu, evə çatana qədər ağladı. Biraz keçdikdən sonra düşündü:
-Görəsən o idi? Yoxsa oxşatdım. Yoxsa ağlım mənə oyun oynayır, gözümə görünüb sadəcə.
Ayrıldıqlarından sonra ilk dəfə idi ki, Çiçək Süleymanı görürdü. Və bu onda o qədər də xoş təsir oyatmadı...
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 4 284
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri