Çiçəyin tökülən ləçəkləri (15-ci bölüm)

Müəllif: Narın Yağış
Şərhlər: 8
Baxılıb: 4 939
Səs ver:
(səs: 2)
4 il öncə...
Çiçəyin universitetə hazırlaşdığı ərəfə idi. O, eşitdiyi xəbərlə yerindəcə donub qalmışdı. Düzmü eşidirdi?
-Ata, necə yəni? Sən hardan xəbər tutdun?
-Atası zəng elədi mənə. Vəziyətinin ağır olduğunu dedi. Məndən səni gətirməyimi istədi. Halallıq almaq üçün...
Süleyman maşını ilə ağır qəza keçirmişdi. Vəziyəti ağır idi. Koma halına düşmüşdü. Bunu eşidən Çiçəyin halı necə ola bilərdi axı. Amma möhkəm oldu, gözündən damla yaş çıxmadı. Süleyman elədiklərinin cəzasını çəkirdi...
Xəstəxanaya çatana qədər Çiçək yol boyu hey düşündü...
-Mən indi nə deməliyəm onlara."O"nu elə görməyə dözə biləcəmmi...
Çatdılar. Pilləkənlərlə yuxarı qalxdıqca Çiçəyin ürək döyüntüləri artırdı. Dəhlizin başında "O"nun ailəsini görəndə məğrur bir baxışla Çiçək irəli yeridi. Süleymanın anası qabağına yüyürdü.
-Xədicə xanım: Qızım, qızım. Bilirdim gələcəyini...
-Çiçək: Mənə "qızım" demə. Ağzına yaraşmır. Ana qızına bütün bunları yaşatmazdı. Allah bilir neyləyir. Qız övlada layiq deyilsiz siz.
-Xədicə xanım: Qızım, elə demə nə olar. İçim yanır
-Çiçək: Kəs artistliyi
-Fərhad: Bacı nə olar, belə eləmə
-Çiçək: Hələ bu "bacı" deyənə bax
Dərin sakitlik çökür bir anda..
-Çiçək: Nə oldu? Niyə elə baxdınız? Qarşınızda duran qız tanış gəlmir? Mənəm də Çiçək. Öldürdüyünüz Çiçək. Hah nədir? Sizin Çiçəyiniz belə kobud deyildi hə? O saf qız öldü. Siz öldürdünüz onu. Gördüyünüz bu nifrət dolu Çiçək sizin əsərinizdi. Əsərinizlə fəxr edə bilərsiz...
-Xədicə xanım: Çiçək, bağışla qızım bağışla. Süleyman hər an ölə bilər. Halallıq ver qızım, yalvarıram sənə
-Çiçək: Hansı otaqdadı?
-Fərhad: Gəl, bacı, budur, bu otaqdadı
Çiçək otağa daxil olur. Süleymanı o vəziyətdə görəndə ürəyi burxulur. Gözləri yaşarır qeyri-ixtiyari. İrəli yeriyib yatağının yanına gəlir.
-Mən belə olsun istəmədim. Hirsimdən "kaş ölsəydin" dedim amma belə olsun istəmədim. Narahat olma, canım, pisə heç nə olmaz. Yadında elə özün bunu deyirdin. Çıxacaqsan komadan, ayağa qalxacaqsan. Yenə bivec Süleyman olacaqsan. Dünya vecinə olmayacaq. Geridə buraxdıqların ağlına belə gəlməyəcək.
Çiçəyin göz yaşları boğazında düyünlənirdi. Sevdiyinin əlini tutub:
-Qayıdacaqsan. Pisə heç nə olmaz...
Gözünün yaşını sildi, qaşlarını çatdı. Yenə onun çöhrəsində o nifrət dolu baxışlar vardı. Otaqdan çıxdı. Süleymanın ailəsinin gözü Çiçəyə zillənmişdi.
-Xədicə xanım: Allah səndən razı olsun, qzım.
-Çiçək: Niyə?
-Xədicə xanım: Sağol ki, halallaşmağa gəldin
Çiçək kinayəli gülüşlə:
-Hahahahha. Sizə kim dediki mən haqqımı halal elədim?
Hamının üzündə təəccüblü baxış.
-Xədicə xanım: Yox, yox bu sən deyilsən...
-Çiçək: Əlaa. Yavaş yavaş öyrənirsiz qarşınızdakının tanıdığınız Çiçək olmadığını. Nə gözləyirdiniz ki? Hə? Nəyə əsasən, nəyə güvənərək haqqımı halal edəcəyimi düşündünüz? Açın o qulaqlarınızı eşidin. Haqqımı nə sizə, nə də Süleymana halal etmirəm.
-Xədicə xanım: Qızım yalvarıram, belə eləmə, yalvarıram sənə
-Çiçək: Boşuna yalvarıb qarşımda alçalma. Onsuz da kifayət qədər alçaqlardasız
-Ata, gedək. Burda daha çox qalmaq istəmirəm
Çiçək son dəfə onların üzünə öldürücü, kinayə dolu baxışlarla baxdı. Qürurla üzünü çevirib getdi.
Bir neçə həftə sonra Süleyman barədə xəbər qulağına çatdı. Vəziyyəti yaxşılaşmış, xəstəxanadan da çıxarılmışdı. Çiçək biruzə verməsə də çox sevindi. Qəribə deyilmi onu heçə sayan birinin yaxşılığını istəməsi...
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 4 939
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri