Çiçəyin tökülən ləçəkləri (16-cı bölüm)

Müəllif: Narın Yağış
Şərhlər: 8
Baxılıb: 4 995
Səs ver:
(səs: 2)
Həyəcanlı dəqiqələr. Saatlar 16:45i göstərir. Telefonu əlində sıxmaqdan tərləyən əllər. Sürətlə atan ürək. Və gözlənən mesaj. Çiçək artıq dövlət universitetlərinin birinin tələbəsidir...
-Urra. Ana, qəbul olmuşam...
Firuzə xala ona sarıldı:
-Əhsən mənim qızıma
Həmin gün Çiçəkgilin çoxlu qonaqları var idi. Cavabların qonaqları olacağı gün çıxacağını bilmirdi. Elə yerinə düşmüşdü. Firuzə xala sevincini onlarla da bölüşdü. Hər kəs çiçəyi təbrik etdi. Onun telefonları susmaq bilmirdi. Mesaj yazan kim, zəng edib gözaydınlığı verən kim. Çiçək sevincindən yerə göyə sığa bilmirdi. 2 illik zəhməti hədər getməmişdi. Çalışıb vuruşub ali təhsilini qazanmışdı. Bibisi qızı Fəridə xüsusilə sevinirdi.
-Mən sənin yerində olsaydım, bacarmazdım. O boyda şey yaşadıqdan sonra meylimi dərsə salammazdım. Fikrimi toplaya bilməzdim. Əhsən sənə, səninlə fəxr edirəm.
Çiçək bunun fərqində idi. İndiki dövrün uşaqları normal şəraitdə dərs oxumurlar. O da qalıbki başından bu qədər fəlakət keçmiş ola. Axı Çiçək sevgi macəralarına baş qoşub dərslərindən imtina edəcək qız deyildi. Tam əksinə yaşadıqları ona həyatla mübarizə etməyə imkan yaratmışdı. Daha da qətiyyətli idi.
-Oxuyacam. Başım dik olacaq. Və gün gələcəy, yaşatdıqlarının hamsının hesabın ondan soruşacam. Ondan da, o lənətə gəlmiş ailəsindən də...
Belə ki onun bu qətiyyətliliyi onun həm də xaricə imtahan verməsinə gətirib çıxartdı. Bundan 1 ay sonra Çiçək xaric universitetlərindən birinə imtahan verdi. Bir neçə aydan sonra cavabı gəldi. Bəli, Çiçək xaricdə təhsil haqqını da qazanmışdı. O bunu həm kariyerası, təhsili üçün etdi. Həm də özü üçün. Çünki Çiçəyin Süleymanı unutmağa ehtiyacı var idi. Həm onu, həm də yaşadığı çirkin hadisələri. Bunun üçün də bir müddət yaşadığı mühitdən uzaqlaşmağı lazım idi...
Süleymangillə eyni havanı udmaq, onunla olduğu yerlərdən keçmək, birlikdə tanıdığı insanları görmək belə onun yaddaşını təzələyirdi. Uzun bir müddət Bakıdan uzaqlaşmaq ona yaxşı təsir edəcəkdi. Çiçək və ailəsi üçün çox çətin olsa da bu gediş hər kəs üçün xeyirli olacaqdı...
Viza hazırlandı. Bilet alındı. Lazım olan bütün tədarüklər görüldü. Və budur Çiçək evdən hava limanına getmək üçün yola çıxır. Qəm yüklü ürəyi, acı dolu xatirələri ilə birlikdə. Gedərkən geriyə dönüb baxdı...
-Əlvida Bakı, bəlkə bir də qayıtmadım. Çirkab dolu qoynuna...
3 saat çəkən təyyarə yolçuluğundan sonra Çiçək qalacağı evə doğru yola çıxdı. Şirin, xudmani bir ev idi. Cəmiyyəti, mühiti tamam fərqli idi. Əvvəllər Çiçək çox yadırğamışdı. Amma sonralar çox öyrəşdi. Ailəsi, sevdikləri üçün burnunun ucu göynədi. 6-7 aydan bir ailəsi yanına gəldi, yaşadığı mühitlə tanış oldu. Birlikdə vaxt keçirdilər. Maraqlı yerləri gəzdilər. Lakin Çiçək Azərbaycana uzun müddət ayaq basmadı. Yaddaşını təmamilə təzələməmiş qayıtmaq niyyəti də yox idi...
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 4 995
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri