Real heyat hekayəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 12 189
Səs ver:
(səs: 4)

 

    Bir avtobus dayanacağında qarşılaşdılar ilk dəfə. Biri Tibb Universitetində oxuyurdu, digəri Memarlıq və İnşaat  Universitetində. O ilk qarşılaşmadan sonra bir daha və bir daha görüşə  bilmək üçün hər dəfə eyni saatda, eyni dayanacaqdan, eyni avtobusa mindilər.

    Gənc idilər, çox gənc... Bir-birləri ilə danışacaq cəsarəti tapmaları vaxt aldı, ama nəhayət bacardılar. Əslində heç biri hər səhər avtobusa mindikəri tərəfdə yaşamırdılar. Oğlan dostugilde qaldığı üçün həmin dayanacaqdan minmişdi, qız isə bacısıgildə. Sırf bir-birlərini görmək üçün hər səhər tezdən evlərindən çıxıb şəhərin taaa o başından həmin dayanacağa gəldiklərini gülə-gülə bir-birlərinə etiraf etdilər bir gün...
    Universiteti bitirən kimi evləndilər. Xoşbəxt idilər çox xoşbəxt. Bəzən işsiz, bəzən pulsuz qaldılar. Amma qəlbləri bir-birlərinə elə bağlı idi ki, heç bir şey gözlərine görünmürdü. Ayın sonuna güclə çatdıqları zamanlarda da, məhşur bir həkim və məhşur bir memar olduqları zamanlarda da  həmişə xoşbəxt idilər.
    Zamanın aşınmasına uğrayan, alışqanlıqlara çevrilən sevgilərdən deyildi onlarınkı... Günlər günləri, illər illəri qovaladıqca sevgiləri də böyüdü... Tək çatışmazlıqları övladlarının olmaması idi. Çətin bir müalicə kursu keçmələrinə baxmayaraq övlad sahibi olmadıqlarında, "bütün xoşbəxtliklərin bizim olmağını gözləmək naşükürlük olar"- deyərək davam etdilər həyatlarına. Övlad yerinə sevgilərini böyütdülər...
  "Sənin üçün ölümə gedərəm"- deyirdi Sevda ona sarılaraq, " yox, mən sənin üçün ölərəm" deyə cavab verərdi Aqşin.
   Bəzən evə gələndə aynanın üzərində bir qeyd görərdi Sevda, "Əzizim, kitabxananın ikinci rəfinə bax".... Kitabxananın ikinci rəfində başqa bir qeyd olardı,"Mətbəxdəki stolun üzərinə bax və səni çox sevdiyimi heç zaman unutma". Mətbəxdəki stoldan yataq otağındakı şkafa qədər sevgi dolu qeyidləri oxuya-oxuya gələn qadın, ən sonda ya bir dəstə gül, ya çox sevdiyi şokoladi, ya da bahalı hədiyələrlə qarşılaşardı. Aldığı hədiyənin nə olması əsas deyildi...
   Həyat nə qədər sürətlə axırsa axsın, işləri nə qədər gərgin olursa olsun hər zaman bir-birlərinə ayıracaq zaman tapırdilar. Buna baxmayaraq 40 yaşlarına gəldikdə daha az işləməyə qərar verdilər Aqşin xəstəxanadan ayrıldı və şəxsi müayinə otağında xəstə qəbul etməyə başladı. Sevda isə ofisini bağladı və sadəcə xüsusi layihələrlə işləməyə başladı.
   Artıq daha çox bir yerdə ola  bilirdilər. Bir gün sahildə dolaşarkən xaraba ev gördü Sevda, üzərinə "SATILIR" elanına baxaraq " nə deyirsən bu evi alaq?" dedi Aqşinə. " Bu xarabani söküb, üzərinə çox gözəl bir ev tikərik. Layihəni artiq beynimə çəkdim. Çox böyük eyvanı olan, qağayıları səhər yeməyinə dəvət edə biləcəyimiz bir dəniz evi..."
  "Sən istədiyinə mən heç "yox" deyərəm "- deyə cavab verdi Aqşin. " Amerikadakı tibb konqrensindən dönən kimi əmlak məsələlərin işi ilə məşğul olan adama zəng edərəm. Neçəyə olursa olsun, bu ev bizimdi artiq"...
Sadəcə bir həftə ayrı qalacaqlarını bilsələrdə,ayrılmaları çox çətin oldu.  Hər gün hər saat danışdılar telefonda. Göz yaşları içində qucaqlaşdılar aeroportda...
    Ancaq bir neçə gün sonra həyat yoldaşında  bir qəribəlik hiss etdi Sevda.  Əvvəlki kimi xoşbəxt görünmür, danişmaqdan qaçırdı. Onun kefini açmaq üçün sahildəki evi yadına saldı ve çəkdiyi layihəni verdi ona, amma heç gözləmədiyi bir cavab aldı. "Canim o ev bizim büdcəmizə uyğun deyil. Ən yaxşısı onu unut..."
    Xoşbəxtliyin dadına öyrəşmiş insanlara bu kimi hallar daha da çətin gəlirdi. Sevdaya heç xoş gəlmədi gözlənilməyən cavab. Dərdini danişmasi üçün yalvardı Aqşinə, "sənin üçün ölərəm bilirsən, xahiş edirem danış"- deyə dil tökdü boş yerə... İllərdi sevdiyi adam duyğusuz, sevgisiz biri ilə yer dəyişmişdi sanki. Ona yaxınlaşdıqca, beton divarlara çırpılırdı elə bil.  Hər çırpılanda daha çox qaynayırdi urəyi... Bir gün uşaqlığınin, gəncliyinin və bütün həyatının birlikdə keçdiyi  rəfiqəsi ilə dərdləşərkən, "artıq dözə bilmirəm, sənə deməliyəm bunu"-deyə sözünü kəsdi rəfiqəsi. " O səni aldadır. İş yerinin düz qarşısındakı restoranda gənc bir xanimla hər gün nahar edir. Sonra da bir-birlərinə sarılıb maşına minirlər..."
     "Sus! Sus! Eşitmək istəmirəm bu yalanları"-deyə bağırdı Sevda. Neçə illik rəfiqəsini onu xoşbəxtliyini qısqanmaqla  günahlandırdı... Ertəsi gün nahar vaxtı o restoranın qarşısında bir küncə sıxıldı səssizcə ve pəri nağıllarının sadəcə bir nağıl olduğunu başa duşdu... Həyat yoldaşının əvvəllər eyni xəstəxanada  işlədiyi gənc tibb bacısını tanıdı o saat. Bəzən evlərinə qonaq gələn  qadını  necə sarıldığını gördü Aqşinin...  
    Axşam həyat yoldaşı evə gələr-gəlməz bəzən bagıraraq, bəzən ağlayaraq, bəzən də ona möhkəm-möhkəm sarılaraq, bəzən də yumruqlayaraq söylədi üzünə hər şeyi. İnkar etmədi Aqşin. Zamanla hisərin dəyişə bildiyini, insanların orta yaşa çatanda fərqlilik axtardığı kimi bir neçə bəhanə sadaladı və çemodanını götürüb çıxdı evdən. Qapıdan çıxarkən "son bir dəfə qucaqlamaq istəyirəm səni"- dedi, amma Sevda "rədd ol" dedi nifrətlə.
    İlk andaca boşandılar. Leyli və Məcnunun belə həsəd apara biləcəyi bir eşq macərasının belə sonlanmasına heç kim inana bilmirdi. Dostlarının dəstəyi ilə ayaqda durmağa çalışdı qadın. Aqşinin sevgilisi ilə birlikdə Amerikada yaşadığını öyrəndi. Bəzən tək qaldığında onu hələ də sevdiyini hiss edincə, ağlamaq kirizi keçirir, sevgisinin yerinə ən azı onun qədər nifrətin əvəz etməsi üçün dua edirdi.
    Aradan illər keçdi. Hər şeyin dərman  olduğunu söylədiyimiz zaman belə Sevdanın dərdinə əlac olmamışdı. Bir səhər dayanmadan çalınan qapı zənginə oyandığında, qarşısında  o qadını gördü. "Sən buraya nə üzlə gəlmisən?"- deyə bağırmaq istədi, amma səsi çıxmadı. "Xahiş edirəm, içəri girməyimə icazə ver, mütləq danışmalıyıq" dedi gənc qız. Divanda oturdu və çətinliklə eşidiləcək bir səslə danışmağa başladı:
  -"Hər şey göründüyü kimi deyil əslində. Çox ağrılıdı amma Aqşin 1 saat əvvəl öldü. Keçən il Amerikadakı konqresə getdiyi zaman öyrəndi xəstəliyini və təxminən 1 il ömrü qaldığını. Buna sənin dözə bilməyəcəyini, hər zaman dediyin kimi onunla ölmək istəyəcəyini bilirdi. Səni özündən uzaqlaşdırmaq üçün məndən sevgilisi rolunu oynamağımı istədi. Ailəsinə xəbər də vermədi. Bir yerdə Amerikada yaşadığımız yalanını yaydı. Amma özü ilk qarşılaşdığınız  avtobus dayanacağının qarşısnda bir ev tutmuşdu.  Müalicə alır və sağalacağına inanırdı. Amma olmadı. Gecə halı pisləşdi, baxıcı mənə zəng etdi, son anda çata bildim. Sənə bu qutunu verməyimi istədi."
    Gözlərindən axan yaşları dayandıra bilməyəcəyini bilirdi Sevda. Elə buradaca ölmək istəyirdi. Əlindəki qutunu açdı, xüsusi diqqətlə bükülmüş  xeyli sayda kağız vardı içində. İlk kağız parçasında "xahiş edirəm, bu kağızları sıra ilə oxu, sevgilim"- yazılmışdı. Sıra ilə oxudu: " Səni çox sevirəm", "Səni sevməkdən heç zaman usanmadım", "Sənin üçün ölərəm deyirdin hər zaman, doğru söylədiyini bilirdim", "Ancaq mənim üçün ölməyini istəmədim", "İndi mənə söz verməyini istəyirəm", "Mənim üçün yaşayacaqsan, oldumu Sevgilim?".
    Son kağızı götürəndə qutuda bir açar olduğunu gördü Sevda və  son kağızda bu sözlər yazılmışdı: "Sahildəki evimizi sənin çəkdiyin layihə üzrə tikdirdim. Böyük eyvanda qağayılarla səhər yeməyi yeyərkən hər zaman səni izləyəcəm Sevgilim".
 
 
 

 
 
 
(səs: 4)
Şərhlər: 10
Baxılıb: 12 189
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri