Maskalı həyat (2-ci bölüm)

Müəllif: Narın Yağış
Şərhlər: 4
Baxılıb: 6 132
Səs ver:
(səs: 4)
Həyatın mənə oynadığı bu acı oyunun nəticəsinə sevinnim mi ağlayım mı deyə düşünmək istədim ama, Aytən banan görmüş meymun kimi necə üstümə tullandısa hislərimi dolğun şəkildə yaşaya bilmədim. 
-Ayda Süsü Allahdan başqa nəsə istəsəydim olacaq imiş.
-sən də gərək başqa nəsə istəyərdin
Deyib gözlərimi süzdürmədən dayana bilmədim.
-eeee Süsü sənlə yeməyə gedirik həm də ən arzuladığım yerdə və ən əsası sənə arzuladığım geyim tərzi ilə.
Artıq işlərin nə qədər çətin bir yerdə olduğunun fərqindəyəm. Yeməyə aparmaq elə böyük prablem deyil əsas Aytənin seçdiyi paltarlardan yaxa qurtarmaqdı
-heç ağlından keçirməki seçdiyim paltarlardan yaxanı qurtara biləcən 
mən gözlərimi iri şəkildə açıb ona zilləyərək
-beyin oxuma derslərinə gedirsən? Qorxutma məni
-səni yetərincə tanıyiram o dərslərə ehtiyac yoxdu. 
-Aykaaaaam bəlkə paltardan vaz keçəsən bax sənə əlavə çay qonaqlığı da verərəm
Əlbətdəki artıq metodikanı dəyişərək tam olaraq yalvarma metodikasına keçmişəm. Lalıçka isə bizim danışığımızı anlamıyaraq bizdən uzaqlaşdı. Nəhayət..
-Süsü bilirsən də sözündən dönən kim olur?
-nosuneee o da Allahın bir quludu. 
Aytən artıq heç nəyə fikir vermədən getmək istəyirdiki ağlıma Vicdanım, özüm, verdiyim söz yadıma düşdü. Yaxşı yalan danışmıyım yeganə dostumu itirmək qorxusu deyək biz buna 
-yaxşı vicdanım əl vermədi. Necə istəsən elə.
Aytənin səsin eşitmirdim ama sevincindən tullaandığın görürdüm. Qulağıma isə matəm marşının sədaları gəlirdi. Hə bilirəm əslində böyüdüləsi bir şey yoxdu. Ama mənim üçün sevmədiyim geymi geymək mmmmmmm hə tısbağanın başqa tısbağanın qınına girməsi kimidi. Hə belə bir sual çıxır ki mən hardan bilirəm ki tısbağanın başqa qındakı halın. Nəysə bu fikirlər aşılması çətin olan fikirlərə gətirir yaxşısı budu mən Aytənin yanına qayıdım . Aytən hələ də mənə o məni qıcıqlandıran baxışlarını tuşlamışdı. O baxışların məğzi o idi ki yəni artıq başqa başqa paltarları xəyalən mənə geyindirib soyundururdu. Bu isə məni heç sevindirmirdi. Başıma gələcəklərin fərqində idim.
-Süsüm nə vaxt gedirik?
-hara?
-Süsüüüüüü(səsin yüksəldərək, düzü diksindirdi məni)
-hə yaxşı yaxşı. Bu gün axşam gedək. Canım qurtarsın. Nə qədər tez bu işgəncə bitsə bir o qədər yaxşı. 
-hə olar. Onda mən gedim evə paltarları zadı götürüm gəlim. 
-ana da yoxdu. Tək qalmaqdan da xilas olaram. Onda bizdə qalarsan
-evdəkilər danışar birdən
-get imtahanı yaxşı verdiyivi de buraxacaqlar. Həm də sənin başıma açacağın vəziyyətdə evə tək qayıda bilmərəm. Yolda kimsə gülüb edər adam olümündən həbsə düşərəm.
-yaxşı fəlakət xəbərçisi yaxşı
........
oxuyaraq ağaclar arasından yola çıxdım. bu zaman ayağım ilişdi ve yerə sərələndim. bu zaman yoldan keçən ağ atlı şəhzadə gördüm. 
-ey sən hə səninləyəm. məni xilas edəssən yoxsa pol taxtası udmuş kimi mənə baxacaqsan?
ağ atlı şəhzadə ağ atının əvəzindən ağ iki qapılı bmvesindən yüksək təbəqəyə uyğun incəlik ilə enərək əlini mənə uzatdı. mən də əlimi ona uzadıb ayağa qalxıb ağ olan donumun tozunu çırpdım. və zil qara gözlərimi onun yam yaşıl gözlərinə zillədim. bu arada qısa bir qeyd edim ki şəhzadə Kıvançı xatırladırdı. 
istəmsizcə yanaqlarımın qızardığını hiss edirdim
-ey gözəl başqa nə kömək edə bilərəm?
həyəcandan dilim topux vuraraq yenə də gözlərimi ondan çəkməyərək dilləndim
-məni asvaltı qucaqlamaqdan xilas etməniz yetərlidi. sizə təşəkkür etməliyəm şəhzadəm.
bayaqdan onun gözündə gözlük olmadığı halda birdən xüsüsi bir əda ilə şəhzadə eynəyin çıxardıb kənara tullayıb mənə yaxınlaşdı. belimi incə elləri ilə özünə doğru çəkib daha yaxından gözlərimə baxdı. o baxışlarda o qədər o qədər .... axır nə isə var idi. və axır o gözəl məlahətli səsini eşitdirdi
-gözlərin linzadı yoxsa təbiidi?
bu andakı sifət cizgilərimi görmək istədiyinizə əmin deyiləm. və axır səbrim qalmadı dodaqlarımı önə verib onu öpmək istədim. bunun tez olduğunun fərqində idim ama hələ də dodaqlarım önə doğru idi o da mənə tərəf yaxınlaşdı və o gözəl səhnə. qulağıma qapı döyulməsi səsi gəlirdi ama belə də olmaz ki.....
Qapının vəşicəsinə döyülməsi nəticəsində gözlərimi açdım. yuxu yaxşı yerində sona çatdı. yuxudan oyanmağıma bu qədər istəkli olduğum ağlıma gəlməzdi. yaxşı çox da abartmıyım. 
Yəqinki Aytəndi. Evdə tək olmağın dezavantajları: qapı döyüldüyü zaman balaca qardaşına qışqıra bilmirsənki "aç”, yada anava guya eşitmirmiş kimi edib özünü avamlığa vurmaq ki ana sən aç yada ki lap çarəsiz qalanda atana şirin, yalvaran baxışlar ilə baxmaq kifayət edər ki ata sən aç. Hə metodiklarımin işə yaramadığı anlardayam. 
Əlbətdəki qapını açdığım zaman çaşmadım Aytən demək olar özü ağırlığında çantalar ilə biri boynundan asılıb, biri çiynindən, biri qolundan və üzündə o axmaq şirin gülümsəmə. 
-mən gəldiiiim
Deyib atıldı içəri. Mən heç nə demədən kənara çəkildim ki o rahat içəri keçə bilsin. Artıq hər şey üçün çox gecdi. Qismətimə boyun əyib Aytənin dediklərin etməliyəm. Bu mənim üçün nə qədər ağır olsa da. Özümü tam traqediyada əks etdirməyi bacardığıma görə məni kimi aktrisa yer üzərində yoxdu. 
-Süsüm mən bu qara paltarı geyməyini istəyirəm ama sən də bax. (çantadan qırmızı qısa geniş donunu çıxarıb mənə göstərərək ) deee bunu özüm geyəcəm. Necədi?
Nəzərə alsaq ki bu tip geyimləri sevmirəm və demək olar hamısı mənim gözümdə licimsiz bir şey kimi görsənir geriyə söylənəsi tək bir cümlə qalır.
-əsrarəngizdi.
Bu əziyyətdən qurtulmağın asand yollarına üz tutaraq tez yaxa qurtarmağa çalışıram.
Daha sonra digər çantadan asılqan üzərində olan qara qısa ama deyəsən çox qısa donu mənə tərəf tutaraq 
- Bu da sənin 
- Bu elə bil çox uzundu
- Göy rəngə də bax( digər paltarı gördükdə qaranın qısalığına şükür etdim). Bu neçədi?
- Aytən, paltarı tam gətirdiyinə əminsən? Elə bil bu göyün ümümiyyətlə arxası yoxdu.
- Süsü bəsdi. 
- Qaranın isə aşağı hissəsi yoxdu sanki
- Süsü gecikirik. Seç birin geyin.
Mən suyu süzülə-süzülə qara paltarı onun əlindən alaraq otağıma getdim. Paltarı geydim. Bütün bədənimi tarım şəkildə sarıdı. Bəxtim sinə üzərində gələn tüldə gətirdi. Sinəmi bağlayırdı. Heç olmaya paltarın örtülü hissəsi olduğuna görə madalyer təşəkkürü qazandı. 
Qonaq otağına gələndə qırmızı donunu artıq geyinmiş, saçlarını hazırlamış hətda ayaqqablarını belə geyinmiş Aytən qarşıladı məni. 
Mən isə paltarın ətəyini aşağı dartaraq
-bəlkə lazım deyil Aykuş?
O mənim dediyimi eşitmirmiş kimi edib
-saçlarının hamısın yuxarda topla. Mmmm tarım topla. 
Dikdabanının üzərində mankenlər kimi gedərək
-sadə makyaj yetərlidi sənə. 
Sanki başqa Aytən vardı qarşımda. Yox o əvvəl də baxımlı idi. Üçüncü kursdayıq və ilk gələndən də onunla tanış olmuşuq yəni sanırdım ki onun hər halın görmüşəm. Anladım ki yanılmışam. Aytəni bir az daha süzdüm. onu yaxşı tanıyıram. özümdən də yaxşı. yeganə ən yaxın dostumdu. başqa tanışlarım da var ama o, o tamam başqadı. səbəb isə məni mən kimi qəbul edən, nə ürəyində varsa üzümə deyən, ailəmi tanıyan yeganə insan. 
mən deyəsən ürəyimdə çox danışıram. bu qədər başqaları ilə danışsam yəqin dəli sanallar məni. görən mən anormalam? tək mənəm bu qədər ürəyində danışan? bəlkə mən xəstəyəm ağıldan?
gözlərim bu fikirləşdiklərimdən haşiyəsindən çıxırdı. bunu hiss edib özümü toparladım.
bir sözlə Aytən məni kukla kimi edib kənardan mənə baxırdı. əlbətdəki öz gözəlliyim olmasa . arada özümü də tərifləmək lazımdı. atam həmişə mənə deyirdi "özün-özünü tərifləməsən heç kəs tərifləməz”. 
-hazırıq.
-Aytən incimə özümü yolda duran qızlar kimi hiss edirəm
-adam vidində olmamısan axı. ondandı. öyrəşəndə normal hislərə sahib olassan.
-bu indi ali təbəqə geyimidi guya?
-vallah süsü əsəbiləşməyəcəm. taksi də çağırdım. ayaqqabları da gey çıxaq
o mənə çantanı uzatdı. mən də götürdüm. açdım qutu var. qutunu da açdım, açmaz olaydım. hündürlüyü eyfel qulləsi kimi olan dik daban. 
-Aytən mənəmeeee Süsün. indiyə kimi dikdaban geyməyən Süsən. 
-geyin görək
-sən çox acımasız insansan. yəqin bunu bilirsən
-------
artıq o məşhur Aytənin arzularının restoranının önündəyik. liftin önünə gəldik. ayağımın altında çox ağrı hiss edirdim. 
-Süsən sən doğuşdan dikdabanla yeriməyi bilənlərdənsən. dəqiq ilkdi?
-Aytən hələ yemədiyin yeməyi burnundan gətirməyimi istəmirsənsə dik dabanı yadıma salma. 
Aytən yenə şirin gülümsəməsini üzünə yerləşdirdi. arxamızda kiminsə durduyğun hiss etdim. ama ayaqlarım elə incidirdiki arxad Barak Obama olsa vecimə deyil. bir az düşünüm görən Obama hal hazırda arxamda dayansa ve cimə olmaz?
Aytənə diqqqət etdim tipik qızlara məxsus eda ilə arxadakılara baxıb əzilib büzülürdü. əmin ola bilərəm arxadakılardan biri dəqiq cavan oğlandı.
                                                                      Ardı var


(səs: 4)
Şərhlər: 4
Baxılıb: 6 132
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri