Maskalı həyat (Bölüm 3)

Müəllif: Narın Yağış
Şərhlər: 3
Baxılıb: 4 267
Səs ver:
(səs: 6)
Liftə vardığımda gördüm ki masadakılardan biri əlində menyu ilə bütün üzün gizlətməyə qadir olub. Digəri isə onsuzda əks tərəfdə oturub deyə görə bilmirdim. Boynuma alıram üzlərin görmək mənə qismət olmadığı üçün bütün sinir hüceyrələrim tarıma çəkilmişdi. 
Aytən sağ olsun adından bixəbər olduğum yeməyi sifariş edib məni bu dərddən xilas etmişdi. 
-Ayka onsuzda öz çərçivəmizdən çıxmışıq gəl daha da quduraq 
Ayka qaşının birini özünə məxsus şəkildə qaldırıb
-Necə yəni?
-Yəni şərab da içək
-Başın deyəsən geydiyin dik dabanlardan qaçıb
-Eee Ayka nolarrrrr deyərək uşaq sifəti alıb gözlərimi ona dirədim
-Nə istəyirsən et məni qatma
Mən bir bardaq şərab sifarişi vermək üçün afisantı (evi bir birinə qatdım afisantın azərbaycancasın tapa bilmədik) səslədim
-Buyurun xanım
-Bir bardaq şərab
-Hansından?
Bu sual məni qəfil tutdu. Yoxsa bilirdim axı şərab adların. Özüm özümə göz süzdürdüm.
-Mmmmm
Gözlərimi Aytənə zillədim kömək dilənircəsinə. Ama Aytən məndən beş betər. Axır ağlıma ilk gələn
-Ən yaxşısından yada ən bahalısından
Nə qədər baha ola bilər ki. Heç nə yəni. Özünü sıxma Süsən. bu dik dabanlar səni yıxa bilməyibsə heç kəs səni yıxa bilməz. Kim tutar səni Süsən? Eqolarım tavana çatdı.
Şərabımı da gətirdilər.
-Aytən heç ağlına gələrdi ki biz və bura?
-Mən bilirdim bir gün bura gələcəm ama xəyallarımda sənlə gəlmək yox idi düzü deyib güldü
-Bəs kimlə?
-Bəyaz, qara da olar atlı şəhzadə ilə
-Nə insafsız insansane. Qədirbilməz...
-Yaxşı yaxşı. Ama şəhzadəni sənlə əvəz edəcəyimin xəyalların qurma
-Şəhzadə demişkən yuxuda görmüşəme
-Şəhzadəmi?
-Səninki ilə nə işim var öz ağ atlı şəhzadəmi deyib bir qurtum şərabdan içdim. İlk dəfə olsa da dadın sevdim. Ağ şərab idi. Deyilənə görə ağ şərab adamı daha tez tutur. Əşi bir bardağdan nə olacağee. Yuxumu da dolğun şəkildə danışdım.
-Bıy Süsü 
-Nə oldu
-Sənə bu gün nəsə olub.
-Niyə?
-Sən şəhzadə arzusuna düşmüsən. ALLAHım bu gün tarixə düşəcək
Artıq bardağımı bitirmişdim və gəlib heç saniyə keçmədən dəyişib təzəsin gətirdilər. Mən də içirdim. Artıq nəyinsə yolunda getmədiyinin fərqində idim. Ama nəyin bilmirdim. Deyəsən üçüncü bardağ idi yoxsa dörd?
Aytən nə isə danşışırdı mən isə gülmək istəyirdim özümü güclə boğmuşdum. Bu arada sən demə bayqaqdan zalda musiqi gedirmiş. Düzü bilmirdim kimin. Başımı qatıb gülməyimi saxlamaq istəyirdim ama dözmədim və birdən xodlanmış maşın kimi başladım gülməyə. Aytən mənə dəli kimi baxırdı
-Nə olub sənə
Mənsə sadəcə gülürdüm. deyəsən artıq ətrafdakılarda bizə baxırdı. Aytən yerindən qalxıb mənə doğru addımladı.
-Süsü qurban olum biyabır etdin bizi. Bəsdi
Mənsə hələ təzə xoda düşmüşəm. 
-Əşiii.
-Süsü nəolar dur gedək
Mənim qolumdan tutub qaldırmağa çalışırdı. Birdən başımın üzərində birinin daha bəlirdiyini gördüm. Düzü biri yox bir neçəsi ama hamısı eyni adam idi. Aytən onu görüb daha da həyəcanlandı. 
-Kömək edə bilərəm?
-Xeyr xeyr özümüz həll edərik Kamran bəy. 
Mən güclə açıq tutduğum gözlərimi bərəldərək Aytənə baxdım və nədənsə içimdə saxlaya bilmirdim beynimə gələnləri.
-Aytən bu kimdi həri sən 
Deyib içimdə saxlaya bilmədiyim daha bir gülüşümü azad buraxdım. 
Kamran deyilən bəyzadə mənə baxıb qaşların çataraq yellədi. Aytənə baxaraq 
-Sizə kömək edim. Deyəsən xanım bir azcıq içkini çox içib.
Aytənin gözləri ışıldayirdı. Əsəbləşdim ayağa qalxıb getməyə çalışırdım. Bəli bəli çalışırdım. Yerişim dəyişmişdi təbii dik dabanların bundakı rolunu heç danmaq olmaz və danılmaz bir həqiqət ilə üzləşdim. Yer ilə tanış oldum. Ətrafdan "aaaa” deyə xor şəklində səs eşitdim. 
Birinin iri əlləri məni belimdən tutaraq qaldırdı. Kimin olduğuna baxmırdım
-Lazım deyildi. Yer ilə hələ tanışmam bitməmişdi. Yerləri də yaxşı siliblər deyib məni tutan insana baxdım. Bu bayaqki bəyzadəmiz imiş.
-Ooo bəyzadəəə
O mənə çaşğın baxışlar ilə baxırdı. 
-Məni tanımırsan?
-Tanımalı idim?
Və biz belə danışaraq o məni liftə aparırdı. Ağlıma səhərki yuxum gəldi. Bəlkə də əyan olub mənə hər şey.
-Sən doğurdan məni tanımırsan?
-Yox
O qəhqəhə çəkib güldü. 
Mən yenə müvazinətimi itirirdim. Ağlıma isə müsiqi sözləri gəlirdi. Bəyzadəmiz məni daha da bərk belimdən tutdu və özünə doğru çəkdi. Mən isə yenə içimdəkiləri içimdə saxlaya bilməyərək oxumağa başladım
-İnanki səndən başqa səndən başqa hiç kimsə yok içimdə kimsə yok içimdə oooooooo
O mənim gözlərimin içinə baxdı. Mən isə yuxumu xatırladım və gözlərimi yumub dodaqlarımı önə verdim.
Liftin qapısın açıldığını eşitdim və yenə bayaqki səs "aaaaaa” bu səsin üzərinə başqa şəkil səsləri suallar 
-Kamran bəy yeni sevgilinizdi?
-Kamran bəy indiyə qədər niyə gizlədirdiz?
-Ailənizin xəbəri var?
Bu və digər suallar mən sadəcə bunları başa düşdüm. Gözlərimi açdığımda təzədən bağlamaq istəsəm də bəyzadə məni dartaraq liftən çıxarmağa çalışırdı. Həm də bizim üzərimizə gələn jurnalst axınına qarşı gələrək. Sadəcə dilinin altında tək mənim anlayacğımı da bilməyərək dedi
-Başıma bəla oldun
Bunu eşitmək məni cin atına mindirməyə yetdi də artdı. Onu özümdən itələməyə çalışırdım ama alınmırdı. Elə bil maşAlllah güc deyime, ayı yanında qələt edir. 
-Xanım dinc durun. Açdığınız bəlalar yetərlidi
-Bəyzadə mən sizdən xaiş etməmişdim məni xilas edəsiz
Yenə bu dik dabanlar imkan vermədi büdrədim bəyzadəmiz məni daha da bərk olaraq özünə tərəf sıxdı.
-Etməsəz də ehtiyacınız hər halınızdan bəllidi. 
Maşına tərəf çatdıq. Qabaq qapını açdı
-Əyləş
-İstəmirəm
-Əyləş 
Bu dəfə ton qalxmışdı. Mən qorxduğumdan yox sadəcə yaxşı qorxdum boynuma alıram. Gözlərində o qaranlıqda olsa belə necə ağartdısa görməyimə yetdi. Önə oturdum qapını bağladı hələ də flaşlar partlayırdı, şəkillər çəkilirdi və əlbət də suallar güllə kimi bəyzadəmizin üzərinə yağırdı. Nəhayət özü də oturdu. Maşını işə salmağından heç iki saniyə keçmədiki maşın artıq restorandan çox uzaqda idi. 
-Eviniz hardadı
-Sizə nə? 
-Evinizə getməyi düşünmürsüz?
Mən yenə o məlahətli səsimlə zümzümə etməyə başladım. 
-Darararay dararay...
-Çin işgəncəsi bu imiş demək
-Sən çin işgəncəsi görməmisən heç  deyib gözlərimi süzdürdüm. Gözlərim demişkən ağırlıq edir. Yavaş-yavaş bağlanır. Sonuncu gördüyüm bəyzadmizin profili oldu.
Səhər gözlərimi açdım. Yəni məncə səhərdi. Çünki günəşin göz çıxardan şüaları gözlərimi çıxardacaq dərəcə də şüaların saçırdı. Mmmm rahatca yastığı qucaqladım. Başım ağrıyır düzü. Ətrafa nəzər saldım, qarşıda divardan asılan televizor, kənarda küncdə iri qabın içərisində quru güllər, iri pəncərə. Nə iri pəncərəmi? televizormu? 
-Aaaaaa bura haradı?
-Qışqırma!
Başımı çevirdim ki, biri otaqdan əlində dəsmal ilə başını qurulayaraq, əynində şalvar və düymələnməmiş köynəkli iri yarı bir adam çıxdı. Mən üzərimdəki adyalı boğazıma qədər çəkərək gözlərimi bərəldərək o iri yarı adama baxdım. Dayana bilmədim yenə qışqırdım
-Aaaaaa
O mənə tərəf qaçıb ağzımı tutdu
-Yetərincə məni biabır etmisən indi də oteldə?
Aman Allah mən nə etmişəm?

P.S: Ardı var
(səs: 6)
Şərhlər: 3
Baxılıb: 4 267
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri